Aprelin 11-13-də Bakıda üçlük ölkələrin (Azərbaycan –Pakistan-Türkiyə) sərgi təşkil olunacaq.
İstiqlal.az xəbər verir ki, sərgiyə həsr olunmuş mətbuat konfransında Pakistanın ölkəmizdəki səfiri Said Xan Mohmand deyib ki, sərgidə 35 Pakistan, 20 türkiyə və 20 Azərbaycan şirkəti iştirak edəcək.
Diplomat qeyd edib ki, bu üç ölkəni bir-birinə bağlayan bir çox ənənələr mövcuddur. Azərbaycanla ticari əlaqələrin genişləndirilməsi üçün böyük potensial var. Səfir onu da qeyd edib ki, son illər Pakistanda ölkəmizdə gələn turistlərin sayında artım müşahidə olunub. Ötən il bu say 22 min olub və cari ildə bu sayın 32 min olacağı gözlənilir.
Türkiyə Sahibkarlar və Sənayeçilər Dərnəyinin (TUMSIAD) Pakistan ofisinin rəhbəri Çundari Anis İqbal bildirib ki, bu sərginin keçirilməsində əsas məqsəd ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndirməkdir. Sərginin bu ilin oktyabrında növbəti dəfə keçirilməsi gözlənilir.
TUMSIAD, Pakistan bölməsi tərəfindən təşkil olunacaq sərgi Azərbaycan İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Pakistan Ticarətin İnkişafı Təşkilatı (TDAP), Punjab İnvestisiya və Ticarət Şurası (PBIT), Pakistanın Azərbaycandakı səfirliyi, Pakistan Ticarət Palatasının aparıcı palatası və Pakistanın sənaye müəssisələrinin dəstəyi ilə baş tutacaq. Bu, istehsalçıların, iş adamlarının, idxalçıların, satıcıların biznes fəaliyyətlərini artırmaq üçün bir-biri ilə qarşılıqlı əlaqə yaratmaqlarına olan unikal və çoxölçülü bir tədbirdir. 75-dən çox stendin olduğu olduğu sərgidə 200-dən çox qeydiyyatdan keçən numayəndə heyəti, 10 mindən çox ziyarətçinin iştirakı gözlənilir. Sərgi ərzaq və kənd təsərrüfatı, tekstil, təbii dəri, idman və idman geyimləri, cərrahiyyə və diş müalicəsi avadanlıqları, bıçaqlar, elektrik avadanlıqları və dekor, farmasefrika, tibbi və komsetika, mebel, əl sənətkarlığı, xalçalar, santexnika, inşaat, daşınmaz əmlak, turizm sahələrini əhatə edəcək.
Üçlük ölkələrin bu sərgisi 11-13 aprel tarixlərində saat 10.00-dan 17.00-a kimi Bakı İdman Zalında keçiriləcək.