Hüseyn Abdullayevin şirkətində 1,4 milyon manat mənimsənilib - məhkəmə işi

09/04/2019 [19:38] - Cəmiyyət (119)



Bakı Hərbi Məhkəməsində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən, qanunsuz sahibkarlıq, dələduzluq, hədə-qorxu ilə tələb etmə və vergidən yayınma kimi əməllərdə ittiham olunan sabiq deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, Abdullayevlərlə birgə məhkəmə qarşısına çıxarılan daha 7 nəfərin arasında sərhədçilər də var. Dövlət Sərhəd Xidmətinin əməkdaşları hərbçi statusundadır.

Qeyd edək ki, məhkəmə prosesi açıq keçirilsə də, mətbuat nümayəndələri zala buraxılmayıb. Əldə etdiyimiz məlumata görə, məhkəmədə öncə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərin heç biri elan olunmuş ittihamla özlərini təqsirli bilməyib.

İttihamda yazılıb ki, Z.Abdullayeva bacısının pasportu ilə bir neçə dəfə ölkədən çıxıb və bir müddət sonra geri qayıdıb. Cinayət məsuliyyətinə cəlb olunanlar arasında sərhədçilərlə yanaşı, Z.Abdullayevanı maşınla sərhəd məntəqəsinə aparmış N.Əliyev də var.

N.Əliyev ifadəsində taksi sürücüsü işlədiyini, Z.Abdullayevanı da sərnişin kimi apardığını deyib. Onun ifadəsinə görə, Z.Abdullayevanı Balakənə aparması üçün ona digər təqsirləndirilən İntiqam Süleymanov müraciət edib: “İntiqam dedi ki, dayım arvadını Balakənə aparmaq lazımdır, mən də aparmışam. Zeynəb xanımın hansı məqsədlə getdiyini bilməmişəm”.

Prosesdə məlum olub ki, Z.Abdullayevanın ölkədən çıxışına qadağa olmasına baxmayaraq, o, bir neçə dəfə xaricə gedib-qayıdıb.

İddia olunur ki, sərhədçilər rüşvət müqabilində Z.Abdullayevanın başqasının pasportu ilə ölkəni tərk etməsinə şərait yaratmaqla, vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.

Almaniyada sığınacaq almış H.Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq, Azərbaycana təhvil verilib. İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb. 2006-cı ildən H.Abdullayevin nəzarətində olan "Araz-İnşaat” ASC ilə bağlı araşdırma aprılıb, səhmdarlara yalan məlumat verilməklə, 1 milyon 374 min manatlıq gəlir mənimsənilib.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.

H.Abdullayev özünü təqsirli bilmir və siyasi sifarişlə həbs olunduğunu deyir.
Pirşağı gölündə balıqların kütləvi tələfatı qeydə alınıb - rəsmi
Ziyafət Əsgərov: "Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq işləmir"
Borca görə axtarışda olan 45 nəfər saxlanıldı
Azad Rəhimov: Bakı Avropa Liqasının final oyununa hazırdır
Borca görə axtarışda olan 45 nəfər saxlanıldı
Xəbər lenti
24/05/2019 [19:34]:
Kiyevdə Nəsiminin heykəlinin açılışı olub
24/05/2019 [19:03]:
Pirşağı gölündə balıqların kütləvi tələfatı qeydə alınıb - rəsmi
24/05/2019 [18:41]:
Malayziyanın keçmiş kralı dünyasını dəyişib
24/05/2019 [18:36]:
Luiş Fiqu: Bakı finalını qaçırmayın, mən də orada olacağam
24/05/2019 [18:16]:
Ziyafət Əsgərov: "Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq işləmir"
24/05/2019 [17:29]:
Borca görə axtarışda olan 45 nəfər saxlanıldı
24/05/2019 [16:44]:
Dağıstanda terrorçular zərərsizləşdirildi
24/05/2019 [15:51]:
Azad Rəhimov: Bakı Avropa Liqasının final oyununa hazırdır
24/05/2019 [15:15]:
Borca görə axtarışda olan 45 nəfər saxlanıldı
24/05/2019 [14:47]:
İlham Əliyev rusiyalı naziri qəbul edib
24/05/2019 [14:11]:
Nazirliyin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib
24/05/2019 [13:23]:
Ruhani: İran bombardmana məruz qalsa belə təslim olmayacaq
24/05/2019 [11:52]:
UEFA "Arsenal"a xəbərdarlıq etdi
24/05/2019 [10:24]:
“Facebook” 3 milyarddan çox hesabı silib
24/05/2019 [00:25]:
Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər
23/05/2019 [23:29]:
“Moody’s” neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb
23/05/2019 [22:38]:
Moskvada Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
23/05/2019 [21:49]:
Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
23/05/2019 [21:24]:
İlham Əliyev iftar mərasimində iştirak edib
23/05/2019 [21:03]:
Azərbaycan və Çin xarici işlər nazirləri görüşdü
23/05/2019 [20:14]:
Saakaşvili Zelenskidən vətəndaşlığının qaytarılmasını istəyib
23/05/2019 [19:58]:
Erməni idmançılar Bakıda
23/05/2019 [19:23]:
“Keşikçidağ”da yerləşən tarixi abidələrin mühafizəsi artırılacaq
23/05/2019 [18:46]:
UAZ-ın yeni baş direktoru azərbaycanlıdır!
23/05/2019 [18:11]:
Mayın 24-ə hava proqnozu
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Dünyanın ən varlı siyasətçiləri - siyahı
Laçının işğalından 27 il ötür
Qüdrət Həsənquliyevdən yeni təklif
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin