Prezident 10 milyonuncu sakininin valideynləri ilə görüşüblər

09/04/2019 [14:12] - Siyasət (181)



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər.

“AzərTAc” xəbər verir ki, dövlətimizin başçısı və xanımı uşağın valideynləri ilə söhbət etdilər.

Rauf Həsənov: 2019-cu il aprelin 6-da saat 03.30 radələrində dünyaya gəldi.

Prezident İlham Əliyev: Bilirəm. Biz bu hadisəni izləyirdik. Aprelin 6-da sizin həyatınızda, eyni zamanda, ölkəmizin həyatında çox əlamətdar hadisə baş vermişdir. Sizin körpəniz ölkəmizin 10 milyonuncu sakinidir. Sizi təbrik edirəm, sağlam böyüsün, sizi sevindirsin, xalqımızı sevindirsin. Bu, tarixi hadisədir. Bu gözəl hadisə münasibətilə Azərbaycan xalqını təbrik edirəm.

Rauf Həsənov: Biz gözləmirdik ki, bizim körpəmiz Azərbaycanın 10 milyonuncu sakini olar.

Prezident İlham Əliyev: Əhalimiz artır. Yadımdadır, 9 milyonuncu sakin 2010-cu ildə dünyaya gəldi. Doqquz il ərzində əhalimiz 1 milyon artdı. Amma son 15 il ərzində əhali 1,7 milyon nəfər artdı. Bu, bizim gücümüzü, ölkəmizin qüdrətini artırır. Eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır.

Rauf Həsənov: Mənim xəbərim yox idi. Mətbuat xəbərlərinə girib oxudum, gördüm ki, sağ olun, elə ilk öncə Siz təbrik etmisiniz.

Prezident İlham Əliyev: Bəli, bəli.

Rauf Həsənov: Çox sağ olun, çox minnətdarıq.

Birinci xanım Mehriban Əliyeva: Çox göyçək uşaqdır.

Prezident İlham Əliyev: Bu, sizin birinci uşağınızdır?

Rauf Həsənov: Bəli, ilk övladımızdır.

Birinci xanım Mehriban Əliyeva: İlk uşağınızdır?

Nigar Ocaqova: Bəli, ilk uşağımızdır.

Birinci xanım Mehriban Əliyeva: Maşallah, Allah qorusun.

Rauf Həsənov: Elə ilk olaraq Siz təbrik etdiyinizə görə adını da Sizin adınızı qoyduq.

Nigar Ocaqova: Siz də xeyir-duasını verin.

Birinci xanım Mehriban Əliyeva: Verirəm. Xoşbəxt böyüsün, sağlam böyüsün.

Prezident İlham Əliyev: Bu hadisəni bütün xalqımız bayram edir.

Rauf Həsənov: Bəli, bütün ölkəmiz bayram edir. Biz də çox sevincliyik, çox sevinirik.

Nigar Ocaqova: Biz də şəhərimizin belə gözəl tibb ocaqlarının olmasına sevinirik. Perinatal Mərkəzin direktoru Sevinc xanıma, körpənin sağlam şəkildə dünyaya gəlməsinə görə Rübabə xanıma təşəkkürümüzü bildiririk. Sağ olsunlar.

Prezident İlham Əliyev: Bu mərkəz çoxdan fəaliyyət göstərirdi. Təqribən 10 il bundan əvvəl əsaslı şəkildə yenidən quruldu, təmir olundu və indi ölkəmizin aparıcı tibb mərkəzlərindən biridir. Son illərdə ölkəmizin hər bir yerində doğum evləri, doğum şöbələri, xəstəxanalar tikilir. Yəni, indi tibbi xidmət almaq üçün bütün şərait var.

Birinci xanım Mehriban Əliyeva: Götürmək olar balacanı?

Rauf Həsənov və Nigar Ocaqova: Buyurun.

Birinci xanım Mehriban Əliyeva: Maşallah.

Nigar Ocaqova: Maşallah gününüz olsun.

Birinci xanım Mehriban Əliyeva: Allah qorusun! Xoşbəxt, sağlam, analı-atalı böyüsün!

Rauf Həsənov: Çox sağ olun ki, gəldiniz.

Prezident İlham Əliyev: Bu, Həsənova Mehriban Rauf qızının sertifikatıdır. Ölkəmizin 10 milyonuncu sakinidir. Bunu sizə təqdim edirəm.

Rauf Həsənov: Çox sağ olun.

Prezident İlham Əliyev: Bu həmin sertifikatın başqa variantıdır. Sizə dövlət tərəfindən mənzil hədiyyə olunur. Bu da mənzilin çıxarışıdır.

Rauf Həsənov: Çox sağ olun.

Prezident İlham Əliyev: Gözəl balanızın hesabına vəsait də köçürülür.

Rauf Həsənov: Çox sağ olun. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Xeyirli işlərdə istifadə edin. Bu da hədiyyələrdir.

Rauf Həsənov: Çox sağ olun. Sizə minnətdaram.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun. Təbrik edirik.

Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
AQTA-nın müəmmalı tenderi – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
Vətəndaş mədəniyyətinin təbliği - layihə
Xəbər lenti
17/07/2019 [23:59]:
NATO baş katibinə yeni müavin təyin edildi
17/07/2019 [23:11]:
Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
17/07/2019 [23:04]:
Polis gücləndirilmiş iş rejimə keçəcək
17/07/2019 [22:12]:
AQTA-nın müəmmalı tenderi – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
17/07/2019 [21:24]:
Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi son 1 ildə kəskin artıb
17/07/2019 [20:31]:
“Neftçi”nin baş məşqçisi: Gözəl nəticə qazanmağa çalışacağıq
17/07/2019 [20:14]:
166 nəfəri öldürən terrorçu ələ keçdi
17/07/2019 [19:47]:
İstanbulda 7,5 bal gücündə zəlzələ proqnozlaşdırıldı
17/07/2019 [18:53]:
13 alim AMEA-nın professoru seçildi
17/07/2019 [17:18]:
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
17/07/2019 [16:49]:
Karqo şirkətlərinin rəhbərləri gömrükdə aylıq rüşvət verirmişlər - məhkəmə işi
17/07/2019 [16:06]:
Hindistan Film Festivalı başlayır
17/07/2019 [15:34]:
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
17/07/2019 [15:33]:
Zelenskiyə Krımı satın almaq təklif olundu
17/07/2019 [15:08]:
Vətəndaş mədəniyyətinin təbliği - layihə
17/07/2019 [14:46]:
Xəzərsahili torpaqların mühafizəsi üçün monitorinq qrupları yaradılıb
17/07/2019 [13:57]:
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
17/07/2019 [13:03]:
Avroliqada üç vəsiqənin sahibi müəyyənləşdi
17/07/2019 [11:36]:
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
17/07/2019 [10:18]:
Avropa Komissiyasının yeni sədri məlum oldu
17/07/2019 [09:07]:
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
16/07/2019 [23:31]:
11 dövlət əmlakı üzrə 14 sifariş verilib
16/07/2019 [22:43]:
“Everton”un sabiq hücumçusu “Qarabağ”da
16/07/2019 [21:56]:
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23% artıb
16/07/2019 [21:01]:
“Ölkədə boşanmaların sayı kritik vəziyyət alır” – Ombudsman
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Vilayət Eyvazovdan yeni təyinat
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Goranboyda polislə toqquşmada yaralanan şəxs öldü - yenilənib
Deputat Zahid Oruc: "Məhbus ölür, hökumət üç gün susur, bu necə olur?"
Bahalaşma ilə bağlı təlaşa ehtiyac yoxdur – Nazir müavini
Şəki Xan Sarayında bədbəxt hadisə - yaralılar var - yenilənib
Vergilər Nazirliyinə yeni səlahiyyət verilib
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
İsveçrə səfiri: “İkitərəfli münasibətlər zamanla sürətlənir”
İmişlidə məktəb daxmada yerləşir - fotolar
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin