BMT-də Azərbaycanın sədrliyi ilə sessiya keçirildi

08/04/2019 [23:37] - Siyasət (190)



Cari ilin 3-5 aprel tarixində İsveçrənin Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun növbəti iclası keçirilib.

Bu barədə  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Hökumətlərarası ekspert qrupunun əsas məqsədi elektron ticarət və rəqəmli iqtisadiyyatın inkişafından maksimum faydalanmanı təmin etmək, bununla bağlı mövcud çətinliklərin aradan qaldırılması ilə inkişafı gücləndirməkdir.

100-dən artıq ölkənin təmsil olunduğu ekspert qrupunun iclasında dünya iqtisadiyyatında rəqəmli məlumatların artan rolu, məlumatların təhlili və süni intellekt üzrə imkanların gücləndirilməsi, elektron ticarət və rəqəmli iqtisadiyyatda məlumatların rolu, rəqəmli məlumatlar, onların inklüziv ticarət üçün əhəmiyyəti, sahə üzrə tənzimləyici məsələlər və çətinliklər kimi mövzular müzakirə edilib.

Hökumətlərarası ekspert qrupunun açılış sessiyasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun vəzifələrini icra edən Azər Bayramov sədrlik edib.

Xatırladaq ki, ötən ilin aprel ayında BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən keçirilən Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi qrupun sədri seçilmişdi.

Tədbirdə çıxış edən BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı təşkilatının baş katibi Muxisa Kituyi hökumətlərarası ekspert qrupunun son bir ildə uğurlu fəaliyyətini qeyd edib və Azərbaycanın elektron ticarətin inkişafı ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.

Qeyd edək ki, 1-5 aprel tarixində Cenevrədə həmçinin Elektron Ticarət Həftəsində “E-ticarət Həftəsi 2019: rəqəmsallaşmadan inkişafa doğru” tədbiri keçirilib. Elektron Ticarət Həftəsində aparılan müzakirələr nəticəsində inkişaf etməkdə olan ölkələrin e-ticarət və rəqəmli iqtisadiyyatdan inkişaf üçün maksimum faydalanmaları məqsədilə konkret imkanlar nəzərdən keçirilib.

Müxtəlif əlaqədar tərəflər tədbirdə bir araya gələrək rəqəmsallaşmadan irəli gələn əsas çətinlikləri və imkanları müzakirə ediblər.
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Pilot Rəşad Atakişiyevin nəşi tapıldı
Xəbər lenti
21/08/2019 [15:07]:
XİN: “Azərbaycan terrorizmə qarşı yönəlmiş beynəlxalq səyləri dəstəkləyir”
21/08/2019 [14:23]:
AFFA “Qarabağ”ı cəzalandırıb
21/08/2019 [13:37]:
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
21/08/2019 [12:58]:
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
21/08/2019 [12:49]:
Rusiya ilə sərhəddə nə baş verib? - təfsilat
21/08/2019 [11:24]:
Azərbaycanda kərə yağının istehlakı sürətlə aşağı düşür
21/08/2019 [10:13]:
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20/08/2019 [23:19]:
Yaqub Zurufçu Heydər Əliyev Sarayında konsert verəcək
20/08/2019 [22:24]:
"Real"dan Neymara son təklif
20/08/2019 [21:41]:
Bakıda Avrasiya Xalqları Günləri keçiriləcək
20/08/2019 [20:35]:
Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi
20/08/2019 [19:24]:
Bakı-Naxçıvan-Bakı sərnişin avtobusları İranda gömrük nəzarətindən keçməyəcək
20/08/2019 [18:38]:
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
20/08/2019 [17:55]:
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
20/08/2019 [17:49]:
Bakıda məktəb yarmarkaları açılıb
20/08/2019 [17:08]:
Pilot Rəşad Atakişiyevin nəşi tapıldı
20/08/2019 [16:53]:
Attestatı olmayan abituriyent ADU-nun tələbəsi oldu
20/08/2019 [16:05]:
Avqustun 21-ə hava proqnozu
20/08/2019 [15:17]:
Azərbaycanı Avropa çempionatında qalib heyət təmsil edəcək
20/08/2019 [14:28]:
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib
20/08/2019 [13:34]:
Problemli kreditlərin həcmi açıqlandı
20/08/2019 [12:41]:
Yeni dövlət fondu yaradılır
20/08/2019 [12:37]:
Aktyor Məhərrəm Qurbanovun vəziyyəti stabilləşib
20/08/2019 [11:33]:
Türkiyə nazir müavini yol qəzasında ölüb
20/08/2019 [10:26]:
Ramiz Mehdiyevin yeni kitabı - Paşinyanın səhvləri...
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Vaqif Əliyevin ailə biznesi: Hindistanlı Hema, onlarla yeni şirkət, böyük işlər...
Bakıda bu ərazilərdəki evlər söküləcək
Daha bir rayona yeni polis rəisi təyin edilib
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Deputat İqbal Məmmədovun oğlu həbs edildi
Əmək pensiyasının minimum məbləği artırıld;
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
Atambayevin həbs qoyulan əmlakları - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin