Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündən danışıb.
Virtualaz.org-un məlumatına görə, o bildirib ki, əvvəlcə məhdud tərkibdə, daha sonra isə təkbətək görüş keçirilib.
Putin deyib ki, onlar iki ölkə arasında münasibətləri müzakirə ediblər.
“Bir çox məsələlər, o cümlədən, enerji məsələləri - Türkiyədəki atom elektrostansiyası, “Türk axını” layihəsi müzakirə olundu”, - o qeyd edib.