Qulamhüseyn Əlibəyli hüquq islahatlarını şərh edir

08/04/2019 [19:16] - Siyasət (931)



Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hüquq-mühafizə sistemində aparılan islahatlardan yazıb. İstiqlal.az Q.Əlibəylinin yazısını təqdim edir:

Hakimlərin maddi təminatının əhəmiyyətli dərəcədə artırılması, məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi, məhkəmələrdə işlərin elektron qaydada bölüşdürülməsi, məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi, mediasiya institutunun tətbiqi, məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübəni təhlili, məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq təcrübəni öyrənilməsi ilə əlaqədar məsələlər Fərmanın pozitiv məqamlarıdır.

Mövcud qanunvericilikdə nəzərdə tutulan bəzi məsələlərin (ədalət mühakiməsinin Konstitusiya və qanunlarında təsbit edilmiş prinsiplərinə dönmədən riayət edilməsinin tövsiyyə olunması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi və s.) bir daha Fərmanda xatırlanması qanunvericiliyin müvafiq tələblərinin məhkəmə hakimiyyəti orqanları tərəfindən yerinə yetirilməsində ciddi problemlər olduğunu bir daha təsdiq edir. 

Hesab edirəm ki, məhkəmə-hüquq sistemində əsaslı islahatlara nail olmaq üçün Fərmanda nəzərdə tutulanlarla yanaşı, bəzi digər məsələlərin də həll edilməsi vacibdir. Bu məsələlər sırasına ilk növbədə vəkillik institutunun möhkəmləndirilməsi, məhkəmə prosesində, xüsusən də cinayət mühakimə icraatında vəkillərin ittiham tərəfi ilə faktiki bərabərliyinin təmin olunması, onlarən verdiyi vəsatətlərin rədd ediməsi əsaslarının məhdudlaşdırılması və konkretləşdirilməsi, bir sıra hallarda isə (əavə şahidlərin dindirilməsi, maddi sübutları araşdırılması və s.) həmin vəsatətlərə baxılmasının məcburiliyinin müəyyən olunması, vəkillərin fəaliyyətinin dayandırılmasə və lisenziyadan məhrum edilməsi əsaslarının minimuma endirilməsi və daha konkret müəyyən olunması kimi məsələlər aiddir. Prokurorluğun və bir sıra icra hakimiyyəti orqanlarının tabeliyində olan ibtidai araşdırma orqanlarının müstəqil bir qurumda birləşdirilməsi təkliflərinə də yenidən baxıla bilər. Məhkəmə-Hüquq Şurasının tərkibi və formalaşdırılmasi qaydasinin da dəyişdirilməsi məqsədəuyğundur. Bu Şura hazırda dövlət strukturlarında vəzifə tutmayan (məsələn keçmiş hakimlərdən, hüquqşünas alimlərdən, hüquq sahəsində ixtisaslaşan vətəndaş cəmiyyəti hümayəndələrindən) ibarət tərkibdə formalaşdırıla bilər.

Bütövlükdə Fərman məhkəmə hakimiyyəti sistemində, ədalət mühakiməsinin həyata keçirilməsi mexanizmində mühüm dəyişikliklər üçün hüquqi əsaslar yaradır. Fərmanda nəzərdə tutulanların vaxtında yerinə yetirilməsi qeyd etdiyim məsələlərlə birlikdə əsaslı məhkəmə-hüquq  islahatlarına, cəmiyyətimizdə və beynəlxalq aləmdə Azərbaycan məhkəmələrinə etimadın möhkəmlənməsinə və son nəticədə məhkəmə hakimiyyətinin itirilmiş nüfuzunun bərpasına gətirib çıxara bilər.
Azərbaycanda 42 şəhərin Baş planı təsdiq edilib
5-ci Beynəlxalq Yoqa Günü münasibəti ilə Şamaxıda tədbir
Rusiyanın “Lenta.ru” saytı Azərbaycan xalqından üzr istəyib
Londonda Zamirə Hacıyevanın məhkəmə prosesi keçirilir
Azay Quliyev: "QHT-lər bizi şantaj etməkdənsə, layihə yazmağı öyrənsin”
Xəbər lenti
25/06/2019 [17:59]:
Bakı Hava limanında Hindistan şousu
25/06/2019 [17:43]:
Azərbaycanda 42 şəhərin Baş planı təsdiq edilib
25/06/2019 [16:52]:
5-ci Beynəlxalq Yoqa Günü münasibəti ilə Şamaxıda tədbir
25/06/2019 [16:41]:
Prezident Ramil Usubovu qəbul edib
25/06/2019 [16:24]:
Robert Köçəryan yenidən həbs olundu
25/06/2019 [15:38]:
İnquşetiyanın rəhbəri istefaya gedir
25/06/2019 [14:23]:
"Qarabağ"ın ikinci oyununun saatı açıqlandı
25/06/2019 [13:07]:
İran Azərbaycanı dollardan imtina etmək üçün dilə tutur
25/06/2019 [11:42]:
Azərbaycan Rusiyanın Avropa Şurasına qayıtmasına səs verəcək?
25/06/2019 [10:26]:
Rusiyanın “Lenta.ru” saytı Azərbaycan xalqından üzr istəyib
24/06/2019 [23:28]:
80 dövlət əmlakı hərraca çıxarılacaq
24/06/2019 [23:26]:
Azercell-dən #Hədiyyə
24/06/2019 [22:49]:
Türkiyədə daha 32 hərbçi saxlanıldı
24/06/2019 [22:01]:
Görkəmli alim Şirməmməd Hüseynov vəfat edib
24/06/2019 [21:47]:
II Avropa Oyunları: 4 cüdoçumuz bürünc uğrunda yarışacaq
24/06/2019 [20:26]:
Almaniyada iki qırıcı təyyarə toqquşub
24/06/2019 [19:33]:
Londonda Zamirə Hacıyevanın məhkəmə prosesi keçirilir
24/06/2019 [18:58]:
Sami Yusuf Bakıya gəlib
24/06/2019 [18:41]:
Azay Quliyev: "QHT-lər bizi şantaj etməkdənsə, layihə yazmağı öyrənsin”
24/06/2019 [18:09]:
İlham Əliyev 6 nəfərə genreal rütbəsi verdi - sərəncam
24/06/2019 [17:03]:
Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək
24/06/2019 [16:29]:
BMT ilə əmək nazirliyin birgə layihəsi
24/06/2019 [16:12]:
Polisi güvənc yerinə çevirməliyik… - Daxili İşlər naziri
24/06/2019 [15:21]:
Neft bahalaşır
24/06/2019 [14:17]:
“Ovod” filmindən tanınan aktyor vəfat edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən yeni təyinat
Minimum aylıq əməkhaqqı kəskin artırıldı - yenilənib
İlham Əliyev nazirlərin yerini dəyişdi - yenilənib
Prezident sınaqdan çıxmış kadrlara yeni vəzifələr verdi – Qüdrət Həsənquliyev
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdiriləcək - səfir
Pensiyalar da artırılır
Minimum əmək haqqının artımından 950 min insan faydalanacaq - təhlil
Özgür Honça: Növbəti xatirə avronun üzərində Elçibəyin şəkli olacaq
Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər – Deputatdan sensasiyalı açıqlama
General rəisi işdən çıxardı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin