Ukrayna prezidentliyinə namizəd, şoumen Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bəyan edib.
“Lakin, biz ərazilərimizi və insanlarımızı heç vaxt qurban etməyəcəyik. Ukraynanın bütövlüyü bizim üçün əsas şərtdir”,- deyə İnterfaks-Ukrayna Zelenskiyə istinadən bildirib.
Prezidentliyə namizəd Donbasda atəşin mümkün qədər tez kəsilməli olduğunun vacibliyini vurğulayıb.
O, həmçinin qeyd edib ki, problemin həlli üçün Minsk sazişi çərçivəsində danışıqlar davam etdirilməlidir, “lakin bu formatda müəyyən dəyişikliklərin edilməsi vacibdir”.