Heydər Əliyevlə bağlı kitabın təqdimatı olub

05/04/2019 [16:07] - Cəmiyyət (316)



Aprelin 5-də Azərbaycanda Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vaqif Abdullayevin yeni çapdan çıxmış “Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə YAP Siyasi  Şurasının üzvləri, Milli Məclisin üzvləri, respublikanın ictimai-siyasi, elm, mədəniyyət sahəsində tanınmış şəxsləri iştirak edib. 

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış edərək bildirib ki, Azərbaycanın siyasi elminin tanınmış nümayəndələrindən biri, ictimai-siyasi sahədə çoxsaylı elmi-tədqiqat əsərlərinin və kitabların müəllifi Vaqif Abdullayevin müəllifi olduğu "“Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi " kitabı siyasi, ictimai, sosial sahəyə yeni elmi baxışın nümunəsi hesab edilə bilər. Alimin qələmə aldığı əsərdə siyasi, iqtisadi, sosial, humanitar  proseslərin düzgün və obyektiv, fəlsəfi-analitik təhlilini görmək mümkündür.

N.Cəfərov bildirib ki, Azərbaycan milli elitasının formalaşması prosesində Heydər Əliyevin müstəsna xidmətləri vardır. Müəllif kitabda dərin elmi-fəlsəfi təhlillər əsasında elita məsələsini sosioloji-politoloji rakursdan, “millət-lider-elita” aspektindən işıqlandırılıb. Həm də sovet dövründə Heydər Əliyevin siyasi rəhbərliyə gəlişi ilə epoxaların ekstremallığına baxmayaraq, millətin varlığını qoruması və inamlı gələcəyə addımlamasında üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirib. Dövlət müstəqilliyinin bərpasından sonra elitanın formalaşma prosesi Yeni Azərbaycan Partiyasının bazasında yeni məzmun kəsb edib. “Müəllif haqlı olaraq qeyd edir ki, milli elitanın əsas missiyası dövlət müstəqilliyini, mədəni-tarixi dəyərləri, cəmiyyətin milli identikliyini qoruyub saxlamaqdan ibarətdir. Lakin bütün bunlar yalnız o zaman mümkün ola bilər ki, milli elita öz xalqını dünyanın inkişaf mərhələsinə uyğun olan iqtisadi, sosial və hərbi-siyasi mövqelərlə təmin edə bilsin. Elitanın fəaliyyətinin əsas mənası öz amalını millət və dövlət qarşısında məsuliyyət kimi ifadə etməsidir”.

Çıxış edən millət vəkilləri Musa Quliyev,  Aqil Abbas, Çingiz Qənizadə, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, alimlərdən İsgəndər Quliyev, Əlikram Nağıyev  və digərləri kitabın nəşrini yüksək qiymətləndirərək müasir sosial-iqtisadi, ictimai-siyasi həyatımızda yeni məzmun, fəlsəfi baxışın sanballı nümunəsi kimi dəyərləndiriblər. Natiqlər qeyd ediblər ki, müəllif Ulu öndərin qurub-yaratdığı və əmanət etdiyi müasir, müstəqil Azərbaycan möhkəm təməl üzərində Prezident İlham Əliyevin rəhbərliyi altında zəngin, qüdrətli dövlətə çevrildiyini, iqtisadi, sosial, elm, təhsil, hüquq, humanitar və digər sahələrdə əldə etdiyi yüksək nailiyyətləri zəngin faktlarla təqdim edibdir. Kitabda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın geniş və çoxşaxəli fəaliyyəti sayəsində Azərbaycanda aparılan iqtisadi və sosial proqramların mühüm uğurları da dərin elmi-fəlsəfi təhlil obyekti kimi mühüm yer tutur.

Mərasimdə çıxış edən kitabın müəllifi Vaqif Abdullayev təqdimat mərasimində iştirak edən hər kəsə minnətdarlığını bildirib, Ulu öndərin siaysi irsinin öyrənilməsində bu nəşrin faydalı olacağına inandığını vurğulayıb.
Ziyafət Əsgərov: "Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq işləmir"
Borca görə axtarışda olan 45 nəfər saxlanıldı
Azad Rəhimov: Bakı Avropa Liqasının final oyununa hazırdır
Borca görə axtarışda olan 45 nəfər saxlanıldı
Nazirliyin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib
Xəbər lenti
24/05/2019 [18:41]:
Malayziyanın keçmiş kralı dünyasını dəyişib
24/05/2019 [18:36]:
Luiş Fiqu: Bakı finalını qaçırmayın, mən də orada olacağam
24/05/2019 [18:16]:
Ziyafət Əsgərov: "Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq işləmir"
24/05/2019 [17:29]:
Borca görə axtarışda olan 45 nəfər saxlanıldı
24/05/2019 [16:44]:
Dağıstanda terrorçular zərərsizləşdirildi
24/05/2019 [15:51]:
Azad Rəhimov: Bakı Avropa Liqasının final oyununa hazırdır
24/05/2019 [15:15]:
Borca görə axtarışda olan 45 nəfər saxlanıldı
24/05/2019 [14:47]:
İlham Əliyev rusiyalı naziri qəbul edib
24/05/2019 [14:11]:
Nazirliyin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib
24/05/2019 [13:23]:
Ruhani: İran bombardmana məruz qalsa belə təslim olmayacaq
24/05/2019 [11:52]:
UEFA "Arsenal"a xəbərdarlıq etdi
24/05/2019 [10:24]:
“Facebook” 3 milyarddan çox hesabı silib
24/05/2019 [00:25]:
Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər
23/05/2019 [23:29]:
“Moody’s” neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb
23/05/2019 [22:38]:
Moskvada Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
23/05/2019 [21:49]:
Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
23/05/2019 [21:24]:
İlham Əliyev iftar mərasimində iştirak edib
23/05/2019 [21:03]:
Azərbaycan və Çin xarici işlər nazirləri görüşdü
23/05/2019 [20:14]:
Saakaşvili Zelenskidən vətəndaşlığının qaytarılmasını istəyib
23/05/2019 [19:58]:
Erməni idmançılar Bakıda
23/05/2019 [19:23]:
“Keşikçidağ”da yerləşən tarixi abidələrin mühafizəsi artırılacaq
23/05/2019 [18:46]:
UAZ-ın yeni baş direktoru azərbaycanlıdır!
23/05/2019 [18:11]:
Mayın 24-ə hava proqnozu
23/05/2019 [17:44]:
NATO Rusiyanı Krımdan çıxmağa çağırdı
23/05/2019 [17:06]:
“Region” ingilislərin qarayaxma kampaniyasına cavab verdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Dünyanın ən varlı siyasətçiləri - siyahı
Laçının işğalından 27 il ötür
Qüdrət Həsənquliyevdən yeni təklif
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin