Sığorta bazarında nə baş verir? - təhlil

05/04/2019 [09:59] - İqtisadiyyat (389)



Nizami rayonundakı “Diqlas” Ticarət Mərkəzinin yanması sığorta bazarındakı durğunluğu aşkarladı. Prezident İlham Əliyevin yanğınla bağlı müşavirədə bu məqamı xüsusi vurğuladı. Nəticədə sığortalanmayan oyektlərə görə təzminatı dövlət öz üzərinə götürdü. Normalda isə təzminat xərclərini sığorta şirkətləri qarşılamalıydı. 

Təbii ki, prezidentin iş adamlarına dəyən ziyanın dövlət resursları hesabına ödənilməsi ilə bağlı qərarı müsbət addım idi. Ən azı ona görə ki, iş adamlarının icbari sığortası yox idi. Dövlət yardım etməsəydi, iş admlarıböyük borclanmaya gedib hər şeyi sıfırdan başlamalı idi. Ancaq sığorta sistemi olduğu halda niyə təzminatlar büdcə vəsaitləri hesabına ödənilməlidir. Anloji hadisələr mütəmadi təkrarlansa, büdcə bu izafi yüklənməyə dözməyə bilər. Təbii sual ortaya çıxır: sığorta bazarı niyə durğunluq dövrünü yaşayır?

2011-ci ildə icbari sığortalar haqda qanun qəbul olunub. Bu qanunun tətbiqi ilə bağlı xeyli işlər görüldü, sığorta bazarınıda vəziyyət ölü nöqtədən təpədilib, sığorta işini kifayət qədər mükəmməl bilən kadrlar irəli çəkilib.  İnsanlara icbari sığorta növünün aşılanması, maarifləndirilməsi çox böyük bir vaxt və enerji tələb edirdi. Proses 2016-cı ilə qədər normal axarda getdi. Ancaq 2016-cı ilin Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması və Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin ləğv edilərək funksiyalarının palataya həvalə edilməsi ilə durğunluq başladı. Məsələn, 2016-cı ildə avtomobillərin icbari sığortası üzrə zərərlərin birbaşa tənzimlənməsi sistemi qurulmalıydı. Ancaq bu iş yarımçıq qaldı, peşəkar kadrlar isə işdən kənarlaşdırıldı. 

Bazarda ən böyük boşluqlardan biri budur ki, həm icbari sığorta, həm də könüllü sığortalar paralel tətbiq edilməliydi. Ancaq palata bununla qərarlar qəbul etməyib. 

Bir çox əmlaklar var ki, onların sığortalanması asandır.  Məsələn, dükanlar. Dükanların  əmlakları ayrı- ayrılıqda sığorta etdirmək çətindir. Ancaq praktikaya görə, həmin dükanın dövriyyəsi  ümumi sığorta olunur.  Ancaq bir şərtlə ki,  şəffaf şəkildə mühasibatlıq aparılsın. Burada dövriyyə düzgün nəzarət olunursa, qanunla hesablanmış vergilər ödənilirsə, yanğın baş verərsə, sığorta ödənişində heç bir problem olmur.  Ancaq bu məsələlər hələ həllini tapmayıb. 

Konkret desək,  2011-ci ildə icbari sığortalar haqda qanun yeni tələblərə artıq adekvat deyil və yenilənməlidir. Eyni zamanda qanun tətbiq dairəsi gənişlənməlidir. Elə bir işlək mexanizm yaradılmalıdır ki, iş adamları özləri sığorta bazarının inkişafında maraqlı olsun. 

Sığorta bazarının  inkişafına mane olan amillərdən biri də sığorta hadisəsi zamanı sığorta şirkətinin ödəniş etməkdən yayınmasıdır. Sonra isə sığortalananla sığorta şirkəti arasında uzun və üzücü məhkəmə çəkişmələri başlayır. Etiraf edək ki, belə hallar kütləvi xarakter daşıyır.  Artıq ləğv edimiş və funksiyalarl Maliyyə Bazarlarına Nəzarət Palatasına verilmiş Dövlət Sığorta Nəzarəti Xidməti bunun qarşısını almaq və sığorta ödənişlərinin operativ həll olunması üçün Sığorta Ombudsmanın yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Sığorta Ombudsmanın mandatı sığorta mübahislərini məhkəməyə qədər həll etmək idi. Xidmət ləğv edildikdən sonra bu ideya da arxivə ötürüldü. İndi hökumət sadalanan problemləri həll etmək üçün adekvat qərarlar qəbul etməlidir, əks halda sığorta bazarını durğunluqdan çıxartmaq mümkün olmayacaq.

Qadir İbrahimli
Azərbaycanda 42 şəhərin Baş planı təsdiq edilib
5-ci Beynəlxalq Yoqa Günü münasibəti ilə Şamaxıda tədbir
Rusiyanın “Lenta.ru” saytı Azərbaycan xalqından üzr istəyib
Londonda Zamirə Hacıyevanın məhkəmə prosesi keçirilir
Azay Quliyev: "QHT-lər bizi şantaj etməkdənsə, layihə yazmağı öyrənsin”
Xəbər lenti
25/06/2019 [17:43]:
Azərbaycanda 42 şəhərin Baş planı təsdiq edilib
25/06/2019 [16:52]:
5-ci Beynəlxalq Yoqa Günü münasibəti ilə Şamaxıda tədbir
25/06/2019 [16:41]:
Prezident Ramil Usubovu qəbul edib
25/06/2019 [16:24]:
Robert Köçəryan yenidən həbs olundu
25/06/2019 [15:38]:
İnquşetiyanın rəhbəri istefaya gedir
25/06/2019 [14:23]:
"Qarabağ"ın ikinci oyununun saatı açıqlandı
25/06/2019 [13:07]:
İran Azərbaycanı dollardan imtina etmək üçün dilə tutur
25/06/2019 [11:42]:
Azərbaycan Rusiyanın Avropa Şurasına qayıtmasına səs verəcək?
25/06/2019 [10:26]:
Rusiyanın “Lenta.ru” saytı Azərbaycan xalqından üzr istəyib
24/06/2019 [23:28]:
80 dövlət əmlakı hərraca çıxarılacaq
24/06/2019 [23:26]:
Azercell-dən #Hədiyyə
24/06/2019 [22:49]:
Türkiyədə daha 32 hərbçi saxlanıldı
24/06/2019 [22:01]:
Görkəmli alim Şirməmməd Hüseynov vəfat edib
24/06/2019 [21:47]:
II Avropa Oyunları: 4 cüdoçumuz bürünc uğrunda yarışacaq
24/06/2019 [20:26]:
Almaniyada iki qırıcı təyyarə toqquşub
24/06/2019 [19:33]:
Londonda Zamirə Hacıyevanın məhkəmə prosesi keçirilir
24/06/2019 [18:58]:
Sami Yusuf Bakıya gəlib
24/06/2019 [18:41]:
Azay Quliyev: "QHT-lər bizi şantaj etməkdənsə, layihə yazmağı öyrənsin”
24/06/2019 [18:09]:
İlham Əliyev 6 nəfərə genreal rütbəsi verdi - sərəncam
24/06/2019 [17:03]:
Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək
24/06/2019 [16:29]:
BMT ilə əmək nazirliyin birgə layihəsi
24/06/2019 [16:12]:
Polisi güvənc yerinə çevirməliyik… - Daxili İşlər naziri
24/06/2019 [15:21]:
Neft bahalaşır
24/06/2019 [14:17]:
“Ovod” filmindən tanınan aktyor vəfat edib
24/06/2019 [13:18]:
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən yeni təyinat
Minimum aylıq əməkhaqqı kəskin artırıldı - yenilənib
İlham Əliyev nazirlərin yerini dəyişdi - yenilənib
Prezident sınaqdan çıxmış kadrlara yeni vəzifələr verdi – Qüdrət Həsənquliyev
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdiriləcək - səfir
Pensiyalar da artırılır
Minimum əmək haqqının artımından 950 min insan faydalanacaq - təhlil
Özgür Honça: Növbəti xatirə avronun üzərində Elçibəyin şəkli olacaq
Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər – Deputatdan sensasiyalı açıqlama
General rəisi işdən çıxardı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin