Xalq artisti məhkəmədə ifadə verib

02/04/2019 [22:31] - Cəmiyyət (286)



f3u gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qarmon ifaçısı, xalq artisti Ənvər Sadıqov şahid qismində ifadə verib.

Tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun epizodu üzrə dindirilən Ə.Sadıqov bildirib ki, təqsirləndirilən şəxslə uzun müddət bir yerdə çalışıb: “Orxanı həmişə hörmət saxlayan, yaxşı insan kimi tanımışam. Hadisədir, oldu və keçdi. Mənə dəymiş ziyan ödənildi, problem də həll olundu. Orxana kömək edilməsini istəyirəm”.

Daha sonra digər zərərçəkmiş Xətai Yusubovla təqsirləndirilən şəxsin vəkili Nüşabə Ağayeva arasında mübahisə yaranıb.

Məhkəmə X.Yusubova xəbərdarlıq edib.

X.Yusubov vəsatət qaldıraraq söyləyib ki, Ədliyyə Nazirliyinə və Prezident Administrasiyasına müraciət edib. O deyib ki, vəkil N.Ağayevanın məhkəməyə rüşvət verməsi ilə bağlı dediklərinin səs yazısını əldə edib.

X.Yusubov ölkə xaricinə getdiyi üçün növbəti proseslərin onun iştirakı olmadan keçirilməsini istəyib.

Prokuror zərərçəkmişin vəsatəti ilə ətraflı tanış olduqdan sonra münasibət bildirmək istədiyini deyib.

Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib.

İttiham aktına əsasən, O.Mirəliyev köməkçisi olduğu tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib.

Həmçinin o, müğənni A.Bağırova məxsus qarajı Emil Qurbanova satacağını vəd edərək ondan 10 min manat pul alıb.

Cinayət materialına görə, O.Mirəliyev Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 500 manat pul alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib.

O, təkrarən Maman Nadirovadan 2017-ci ildə 3500 manat pul alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.

O.Mirəliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, O.Mirəliyev müğənni İradə Mehrinin qardaşıdır.
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Macarıstandakı azərbaycanlılar İlham Əliyevdən yardım istəyir - müraciət
Korrupsiya birbaşa milli təhlükəsizliyimizə təhdiddir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
28/05/2020 [23:58]:
Ötən il Gürcüstanın qaz tələbatının 93%-ni Azərbaycan ödəyib
28/05/2020 [22:39]:
Avropa səhiyyəsi üçün 9,7 milyard avroluq proqram hazırlanıb
28/05/2020 [21:41]:
Azərbaycan ötən il Gürcüstanın əsas qaz təchizatçısı olub
28/05/2020 [20:32]:
"Qalatasaray" "Atletiko"nun müdafiəçisini istəyir
28/05/2020 [19:30]:
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu
28/05/2020 [18:54]:
Gürcüstan koronavirus testindən keçməyən turistləri ölkəyə buraxmayacaq
28/05/2020 [18:30]:
Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi
28/05/2020 [18:12]:
Vyetnam və Laos rəhbərləri Prezident İlham Əliyevi təbrik ediblər
28/05/2020 [17:50]:
Donald Tramp sosial medianı bağlayacaqlarını istisna etməyib
28/05/2020 [17:37]:
Ərdoğan Azərbaycan xalqını təbrik etdi
28/05/2020 [16:34]:
Əhali gəzintiyə qrafiklə çıxacaq
28/05/2020 [15:56]:
Pakistanın Baş Naziri İlham Əliyevə təşəkkür etdi
28/05/2020 [15:24]:
Fransada COVID-19 xəstələrinin sayı azalır
28/05/2020 [14:36]:
Azərbaycanda quraşdırılan elektron kassaların sayı 10%-dən çox artıb
28/05/2020 [13:42]:
Braziliyada bir gündə koronavirusa on minlərlə yoluxma qeydə alındı
28/05/2020 [13:40]:
Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi
28/05/2020 [13:20]:
La Liqa üçün yeni təqvim təsdiqləndi
28/05/2020 [13:09]:
Mayk Pompeo Azərbaycan xalqını təbrik edib
28/05/2020 [12:48]:
Xəstəxanalarda koronavirusa yoluxmuş xəstə qalmayıb
28/05/2020 [12:17]:
Avstriya klubu millimizin futbolçusu ilə yollarını ayırdı
28/05/2020 [11:53]:
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
28/05/2020 [11:31]:
COVİD-19 pandemiyası: ümid hazırda bir dərmana qalıb
28/05/2020 [11:20]:
Prezident “İstiqlal abidəsi”ni ziyarət etdi
28/05/2020 [10:45]:
4 ayda banklardan 8 milyard dollar əmanət çıxarılıb
28/05/2020 [10:00]:
Aİ Belarusla viza rejiminin sadələşdirilməsi sazişini təsdiqləyib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Ramin Bayramlı: "Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir"
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
Sirli koronavirus insan orqanizmini necə məhv edir...
Bu Gün Beynəlxalq Çay günüdür
Oksford Universiteti koronavirusa qarşı peyvənd sınaqlarının ikinci mərhələsinə başlayıb
Aİ-nin turizm nazirləri videokonfrans keçiriblər
Məhəmməd Əmin Rəsulzadənin 1907-ci ildə çəkilmiş fotosu – Stalinlə dost olduğu, “Hümmət”ə üzv olduğu zamanlar
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə “açıq qapı” günləri təşkil olunacaq
Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin