Cahangir Hacıyevlə birgə tutulan şəxslər dindirilir - məhkəmə işi

01/04/2019 [19:26] - Cəmiyyət (129)



Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, müttəhimlər kürsüsündə sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, “Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərləri əyləşib.

Təqsirləndirilən şəxslərə qarşı CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və “Aqrokreditbank” tanınıb.

Prosesdə şahid qismində Cəbrayıl Süleymanlı ifadə verib. Şahid Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərinşaat layihə” İnstitutunda mühəndis işlədiyini deyib: “Dünyamin Xəlilova məxsus şirkətlərin tikinti işlərinin Forma-2-sini yoxlamışıq. Bizə tapşırıq nazirlikdən verilmişdi. Yasamalda, Zaqatalada görülən işlərin sənədlərini təqdim edirdilər, biz də yoxlayırdıq. Yəni Forma-2 verilirdi, biz də həcmini hesablayıb tərtib edirdik".

Prosesdə Beynəlxalq Bankın sabiq əməkdaşı Fuad Cəfərov da dindirilib. O, ifadəsində göstərib ki, həmin vaxtlar onlara şirkətlərdən kredit götürülməsi ilə bağlı müraciətlər olunub: “Biz də bu barədə Kredit Komitəsinə məlumat verirdik. "İntertekstil" şirkəti də bizə müraciət edib. Bu şirkət bankla dörd-beş dəfə müqavilə bağlayıb. Onlara, təxminən 1.5 milyon manata qədər kredit verilirdi. Təminatçı da elə şirkət özü olurdu. Bizə göstəriş gəlirdi ki, "İntertekstil"ə kredit verək".

Digər şahid Azər Rzayev də ifadəsində Beynəlxalq Bankda işlədiyini, şirkətlərə kreditin verilməsi ilə bağlı qərarın bankın Kredit Komitəsi tərəfindən verildiyini bildirib: "Biz sənədləri hazırlayıb, Komitəyə göndərirdik. Daha sonra qərarı Kredit Komitəsi verirdi".

Daha sonra şahid qismində Beynəlxalq Bankın sabiq filial rəhbəri olmuş İlqar Abdullayev dindirilib. Məhkəmədə elan olunub ki, İ.Abdullayev C.Hacıyevlə birgə ittiham edilib, məhkəmənin hökmü ilə ona şərti cəza verilib. İ.Abdullayev qeyd edib ki, bankda yüksək məbləğdə kreditlərin verilməsi Kredit Komitəsinin qərarı ilə olub.

C.Hacıyevlə birgə ittiham edilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alan Kənan Orucov ifadəsində qeyd edib ki, 2003-2015-ci illərdə Beynəlxalq Bankın Nəqliyyat filialının rəhbəri işləyib: ""Spotline" şirkəti 1.5 milyon manatlıq kreditlə bağlı müraciət etdi. Mən də Kredit Komitəsinə məlumat verdim. Sonra sənədlər hazırlandı, həmin şirkətə kredit verildi".

Məhkəmədə fasilə elan edilib. Proses fasilədən sonra davam edəcək.
Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
AQTA-nın müəmmalı tenderi – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
Vətəndaş mədəniyyətinin təbliği - layihə
Xəbər lenti
17/07/2019 [23:59]:
NATO baş katibinə yeni müavin təyin edildi
17/07/2019 [23:11]:
Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
17/07/2019 [23:04]:
Polis gücləndirilmiş iş rejimə keçəcək
17/07/2019 [22:12]:
AQTA-nın müəmmalı tenderi – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
17/07/2019 [21:24]:
Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi son 1 ildə kəskin artıb
17/07/2019 [20:31]:
“Neftçi”nin baş məşqçisi: Gözəl nəticə qazanmağa çalışacağıq
17/07/2019 [20:14]:
166 nəfəri öldürən terrorçu ələ keçdi
17/07/2019 [19:47]:
İstanbulda 7,5 bal gücündə zəlzələ proqnozlaşdırıldı
17/07/2019 [18:53]:
13 alim AMEA-nın professoru seçildi
17/07/2019 [17:18]:
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
17/07/2019 [16:49]:
Karqo şirkətlərinin rəhbərləri gömrükdə aylıq rüşvət verirmişlər - məhkəmə işi
17/07/2019 [16:06]:
Hindistan Film Festivalı başlayır
17/07/2019 [15:34]:
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
17/07/2019 [15:33]:
Zelenskiyə Krımı satın almaq təklif olundu
17/07/2019 [15:08]:
Vətəndaş mədəniyyətinin təbliği - layihə
17/07/2019 [14:46]:
Xəzərsahili torpaqların mühafizəsi üçün monitorinq qrupları yaradılıb
17/07/2019 [13:57]:
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
17/07/2019 [13:03]:
Avroliqada üç vəsiqənin sahibi müəyyənləşdi
17/07/2019 [11:36]:
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
17/07/2019 [10:18]:
Avropa Komissiyasının yeni sədri məlum oldu
17/07/2019 [09:07]:
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
16/07/2019 [23:31]:
11 dövlət əmlakı üzrə 14 sifariş verilib
16/07/2019 [22:43]:
“Everton”un sabiq hücumçusu “Qarabağ”da
16/07/2019 [21:56]:
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23% artıb
16/07/2019 [21:01]:
“Ölkədə boşanmaların sayı kritik vəziyyət alır” – Ombudsman
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Vilayət Eyvazovdan yeni təyinat
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Goranboyda polislə toqquşmada yaralanan şəxs öldü - yenilənib
Deputat Zahid Oruc: "Məhbus ölür, hökumət üç gün susur, bu necə olur?"
Bahalaşma ilə bağlı təlaşa ehtiyac yoxdur – Nazir müavini
Şəki Xan Sarayında bədbəxt hadisə - yaralılar var - yenilənib
Vergilər Nazirliyinə yeni səlahiyyət verilib
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
İsveçrə səfiri: “İkitərəfli münasibətlər zamanla sürətlənir”
İmişlidə məktəb daxmada yerləşir - fotolar
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin