92 dövlət əmlakı hərraca çıxarılıb - siyahı

01/04/2019 [18:37] - İqtisadiyyat (143)



Dövlət əmlaklarının özəlləşdirilməsi prosesi ölkə üzrə müxtəlif iqtisadi sahələrə investisiyanın yatırılması və qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi açıq və innovativ hərraclar sərmayəçilərin, sahibkarların, iş adamlarının və digər şəxslərin özəlləşmədə rahat iştirakına yönəlib. Müasir hərracın üstünlükləri seçim prosesindən hərracda iştiraka qədər bütün prosedurları onlayn formada həyata keçirmək imkanlarını yaradır.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, növbəti hərrac 30 aprel tarixində keçiriləcək. Budəfəki hərraca ümumilikdə 92 dövlət əmlakı çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 49-u kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 7-si isə nəqliyyat vasitəsidir. Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m arasındadır. Dövlət obyektləri təyinat və ərazi baxımından da müxtəlifdir. Onlar arasında təmir-tikinti, xidmət, aqrar və digər sahələr üzrə kifayət qədər dövlət əmlakları var. Bu da investorların biznes layihələri üzrə daha uyğun seçim etmələrinə şərait yaradır. İsmayıllı şəhəri, Heydər Əliyev prospektində yerləşən 45 saylı Təmir Tikinti Sahəsinin ümumi faydalı sahəsi 555.1 kv.m-dir. Qeyd edək ki, bu dövlət əmlakı 5.4 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb.

Özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 21.7 kv.m ilə 140 kv.m intervalındadır. Bu növ dövlət əmlaklarından 6-sı Bakıda, 5-i Sumqayıtdadır. Ümumi faydalı sahəsi 49.4 kv.m olan qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşir. Qeyri-yaşayış sahəsini özəlləşdirən şəxs ondan ofis və xidmət obyekti kimi istifadə edə bilər.
Səhmdar cəmiyyətlərinin 30-45%-lik dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Təmir-tikinti, nəqliyyat, kənd təsərrüfatı və digər iqtisadi sahələrə aid olan dövlət əmlakları Yevlax, Beyləqan, İsmayıllı kimi şəhər və rayonlarda yerləşir.

Budəfəki hərraca çıxarılan avtomobillərin buraxılış tarixləri 1998-2007-ci illərə aiddir. Nissan, Qaz, Kia markalı bu nəqliyyat vasitələrinin ilkin hərrac qiymətləri 1.5 min ilə 7 min arasındadır.

Bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və özəlləşdirilmə hərraclarına qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Əmlak Məsələləri Dövlət Komitəsi investorları, iş adamlarını və əmlak sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştiraka dəvət edir.
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Pilot Rəşad Atakişiyevin nəşi tapıldı
Xəbər lenti
21/08/2019 [15:07]:
XİN: “Azərbaycan terrorizmə qarşı yönəlmiş beynəlxalq səyləri dəstəkləyir”
21/08/2019 [14:23]:
AFFA “Qarabağ”ı cəzalandırıb
21/08/2019 [13:37]:
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
21/08/2019 [12:58]:
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
21/08/2019 [12:49]:
Rusiya ilə sərhəddə nə baş verib? - təfsilat
21/08/2019 [11:24]:
Azərbaycanda kərə yağının istehlakı sürətlə aşağı düşür
21/08/2019 [10:13]:
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20/08/2019 [23:19]:
Yaqub Zurufçu Heydər Əliyev Sarayında konsert verəcək
20/08/2019 [22:24]:
"Real"dan Neymara son təklif
20/08/2019 [21:41]:
Bakıda Avrasiya Xalqları Günləri keçiriləcək
20/08/2019 [20:35]:
Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi
20/08/2019 [19:24]:
Bakı-Naxçıvan-Bakı sərnişin avtobusları İranda gömrük nəzarətindən keçməyəcək
20/08/2019 [18:38]:
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
20/08/2019 [17:55]:
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
20/08/2019 [17:49]:
Bakıda məktəb yarmarkaları açılıb
20/08/2019 [17:08]:
Pilot Rəşad Atakişiyevin nəşi tapıldı
20/08/2019 [16:53]:
Attestatı olmayan abituriyent ADU-nun tələbəsi oldu
20/08/2019 [16:05]:
Avqustun 21-ə hava proqnozu
20/08/2019 [15:17]:
Azərbaycanı Avropa çempionatında qalib heyət təmsil edəcək
20/08/2019 [14:28]:
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib
20/08/2019 [13:34]:
Problemli kreditlərin həcmi açıqlandı
20/08/2019 [12:41]:
Yeni dövlət fondu yaradılır
20/08/2019 [12:37]:
Aktyor Məhərrəm Qurbanovun vəziyyəti stabilləşib
20/08/2019 [11:33]:
Türkiyə nazir müavini yol qəzasında ölüb
20/08/2019 [10:26]:
Ramiz Mehdiyevin yeni kitabı - Paşinyanın səhvləri...
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Vaqif Əliyevin ailə biznesi: Hindistanlı Hema, onlarla yeni şirkət, böyük işlər...
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Bakıda bu ərazilərdəki evlər söküləcək
Daha bir rayona yeni polis rəisi təyin edilib
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Deputat İqbal Məmmədovun oğlu həbs edildi
Əmək pensiyasının minimum məbləği artırıld;
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
“SOCAR Ukrayna” manipulyasiya cəhdinə görə hərraclardan uzaqlaşdırıldı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin