Azərbaycanlıların soyqırımından 101 il ötür

31/03/2019 [00:00] - Gündəm (334)



Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 101 il ötür.

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.

1998-ci il martın 26-da Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.

Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə soyqırımının 100 illiyi dövlət səviyyəsində qeyd olunub. Prezident Administrasiyasına bununla əlaqədar tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Milli Məclis isə martın 30-da soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclas keçirib.
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Macarıstandakı azərbaycanlılar İlham Əliyevdən yardım istəyir - müraciət
Korrupsiya birbaşa milli təhlükəsizliyimizə təhdiddir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
28/05/2020 [23:58]:
Ötən il Gürcüstanın qaz tələbatının 93%-ni Azərbaycan ödəyib
28/05/2020 [22:39]:
Avropa səhiyyəsi üçün 9,7 milyard avroluq proqram hazırlanıb
28/05/2020 [21:41]:
Azərbaycan ötən il Gürcüstanın əsas qaz təchizatçısı olub
28/05/2020 [20:32]:
"Qalatasaray" "Atletiko"nun müdafiəçisini istəyir
28/05/2020 [19:30]:
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu
28/05/2020 [18:54]:
Gürcüstan koronavirus testindən keçməyən turistləri ölkəyə buraxmayacaq
28/05/2020 [18:30]:
Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi
28/05/2020 [18:12]:
Vyetnam və Laos rəhbərləri Prezident İlham Əliyevi təbrik ediblər
28/05/2020 [17:50]:
Donald Tramp sosial medianı bağlayacaqlarını istisna etməyib
28/05/2020 [17:37]:
Ərdoğan Azərbaycan xalqını təbrik etdi
28/05/2020 [16:34]:
Əhali gəzintiyə qrafiklə çıxacaq
28/05/2020 [15:56]:
Pakistanın Baş Naziri İlham Əliyevə təşəkkür etdi
28/05/2020 [15:24]:
Fransada COVID-19 xəstələrinin sayı azalır
28/05/2020 [14:36]:
Azərbaycanda quraşdırılan elektron kassaların sayı 10%-dən çox artıb
28/05/2020 [13:42]:
Braziliyada bir gündə koronavirusa on minlərlə yoluxma qeydə alındı
28/05/2020 [13:40]:
Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi
28/05/2020 [13:20]:
La Liqa üçün yeni təqvim təsdiqləndi
28/05/2020 [13:09]:
Mayk Pompeo Azərbaycan xalqını təbrik edib
28/05/2020 [12:48]:
Xəstəxanalarda koronavirusa yoluxmuş xəstə qalmayıb
28/05/2020 [12:17]:
Avstriya klubu millimizin futbolçusu ilə yollarını ayırdı
28/05/2020 [11:53]:
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
28/05/2020 [11:31]:
COVİD-19 pandemiyası: ümid hazırda bir dərmana qalıb
28/05/2020 [11:20]:
Prezident “İstiqlal abidəsi”ni ziyarət etdi
28/05/2020 [10:45]:
4 ayda banklardan 8 milyard dollar əmanət çıxarılıb
28/05/2020 [10:00]:
Aİ Belarusla viza rejiminin sadələşdirilməsi sazişini təsdiqləyib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Ramin Bayramlı: "Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir"
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
Sirli koronavirus insan orqanizmini necə məhv edir...
Bu Gün Beynəlxalq Çay günüdür
Oksford Universiteti koronavirusa qarşı peyvənd sınaqlarının ikinci mərhələsinə başlayıb
Aİ-nin turizm nazirləri videokonfrans keçiriblər
Məhəmməd Əmin Rəsulzadənin 1907-ci ildə çəkilmiş fotosu – Stalinlə dost olduğu, “Hümmət”ə üzv olduğu zamanlar
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə “açıq qapı” günləri təşkil olunacaq
Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin