“Ən böyük hədəfim olimpiya çempionu olmaqdır” – Ramil Quliyev

29/03/2019 [21:46] - İdman (124)



“Ən böyük hədəfim olimpiadalarda qızıl medal qazanmaqdır. Bunu reallaşdıraraq “3-lüy”ü tamamlayacağam”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyə millisinin heyətində 200 metr məsafəyə qaçışda Avropa və dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyev “Anadolu” agentliyinə müsahibəsində deyib. 29 yaşlı idmançı yeni mövsüm üçün hazırlığının Antaliyadakı Belek Turizm Mərkəzində sıx qrafiklə davam etdiyini bildirib.

Quliyev mayın 5-də Qətərin paytaxtı Dohada keçiriləcək Brilliant Liqa yarışı ilə yeni mövsümə başlayacağını söyləyib. Atlet Brilliant Liqadan savayı 27 sentyabr – 6 oktyabrda Dohada təşkil olunacaq dünya çempionatınadək digər turnirlərə də qatılacağını deyib: “Ümid edirəm ki, bu il yaxşı keçəcək. Təbii ki, bütün hazırlıqlarımı 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün edirəm”.

Son dünya çempionatının qalibi olan idmançı bu nəticənin ona hər hansı bir təzyiq yaratmayacağını bildirib: “Builki dünya çempionatında rahat yarışacağam. Qızıl medala, rəqiblərimə nisbətən bir addım daha yaxınam. Yenidən bu uğuru təkrarlamaq üçün çalışıram”.

Quliyev ciddi bir zədə ilə qarşılaşmayacağı təqdirdə ən azı daha 8 il karyerasına davam edəcəyini sözlərinə əlavə edib: “Tokio-2020″ son olimpiadam olmayacaq. Karyerama davam edəcəyəm. 2020-ci ildən sonra daha bir olimpiada görəcəyimə inanıram”.

Təcrübəli atlet karyerasını başa vurduqdan sonra idman mərkəzi açmaq istədiyini də diqqətə çatdırıb: “Bakıda Respublika Olimpiya İdman Liseyində təhsil almışam. Orada bütün idman növləri üzrə dərslər keçilirdi. Həm idman, həm də təhsil eyni yerdə idi. İdmanla təhsilin birgə olması çox önəmlidir. Təhsil, idman və digər bütün ehtiyaclar eyni yerdə olmalıdır. Bundan sonra idmançılar uğurlar qazana bilər. Türkiyədə belə bir idman mərkəzi açmaq istəyirəm”.
Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər
İlham Əliyev iftar mərasimində iştirak edib
Mayın 24-ə hava proqnozu
“Region” ingilislərin qarayaxma kampaniyasına cavab verdi
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
Xəbər lenti
24/05/2019 [11:52]:
UEFA "Arsenal"a xəbərdarlıq etdi
24/05/2019 [10:24]:
“Facebook” 3 milyarddan çox hesabı silib
24/05/2019 [00:25]:
Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər
23/05/2019 [23:29]:
“Moody’s” neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb
23/05/2019 [22:38]:
Moskvada Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
23/05/2019 [21:49]:
Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
23/05/2019 [21:24]:
İlham Əliyev iftar mərasimində iştirak edib
23/05/2019 [21:03]:
Azərbaycan və Çin xarici işlər nazirləri görüşdü
23/05/2019 [20:14]:
Saakaşvili Zelenskidən vətəndaşlığının qaytarılmasını istəyib
23/05/2019 [19:58]:
Erməni idmançılar Bakıda
23/05/2019 [19:23]:
“Keşikçidağ”da yerləşən tarixi abidələrin mühafizəsi artırılacaq
23/05/2019 [18:46]:
UAZ-ın yeni baş direktoru azərbaycanlıdır!
23/05/2019 [18:11]:
Mayın 24-ə hava proqnozu
23/05/2019 [17:44]:
NATO Rusiyanı Krımdan çıxmağa çağırdı
23/05/2019 [17:06]:
“Region” ingilislərin qarayaxma kampaniyasına cavab verdi
23/05/2019 [16:59]:
İzmirdə 8 PKK terrorçusu saxlanıldı
23/05/2019 [16:25]:
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23/05/2019 [15:42]:
BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə yeni nümayəndəsi təyin olunub
23/05/2019 [15:38]:
Türkiyə İrandan qaz idxalını dayandırıb
23/05/2019 [15:21]:
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
23/05/2019 [14:53]:
Qüdrət Həsənquliyev: Paşinyanın qovulması vaxt məsələsidir
23/05/2019 [14:46]:
Deputatların statusuna dair qanuna dəyişiklik təklif edilir
23/05/2019 [13:57]:
Gürcüstan XİN Azərbaycanla sərhəd məsələsi üzrə danışıqlar barədə
23/05/2019 [13:21]:
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
23/05/2019 [13:04]:
Dini eksremizm təhdidləri və onların qarşısının alınmasında vətəndaş cəmiyyətinin rolu
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
İlham Əliyev icra başçılarının yerini dəyişdi - siyahı
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Dünyanın ən varlı siyasətçiləri - siyahı
Laçının işğalından 27 il ötür
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin