Paşinyanla görüşdən sonra İlham Əliyev şərhdən imtina etdi - yenilənib

29/03/2019 [18:32] - Siyasət (175)



Azərbaycan prezidenti İlham Əliyev bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatını gözləməyə çağırıb.

“ATƏT-in Minsk qrupunun həmsədrləri hər şeyi danışacaqlar”, - virtualaz.org TASS-a istinadən xəbər verir ki, prezident görüşün nəticələri barədə şərh xahişinə belə cavab verib.

***

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Dağlıq Qarabağ tənzimlənməsi üzrə Azərbaycan prezidenti İlham Əliyevlə görüş normal keçib. Virtualaz.org TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin sədri cümə günü jurnalistlərin sualını cavablandırarkən bildirib.

“Görüş normal keçdi”, - avtomobilə əyləşərkən o, gülümsəyərək deyib.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən təkbətək görüş başa çatıb.

Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter səhifəsində yazıb.

Onun sözlərinə görə, görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilir.

***

Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təkbətək görüşdən əvvəl tərəflər ATƏT-in Minsk Qrupunun həmsədrləri və xarici işlər nazirlərinin iştirakı ilə müzakirə aparıblar.

Bu arada Ermənistan parlamentinin hakim “Mənim addımım” blokundan olan bir qrup deputatları Dağlıq Qarabağa yola düşüblər. Nəticədə parlamentdə kvorum alınmayıb.

Nəyə görə deputatlar məhz bu gün-Vyanada danışıqların getdiyi bir vaxtda Qarabağa yola düşüblər? Paşinyanın blokundan deputat Alen Simonyan jurnalistlərin bu sualına cavab olaraq deyib ki, səfər “düzgün addımdır və müsbət təsir edəcək”. Onun sözlərinə görə, səfər əvvəlcədən planlaşdırılıb.  “Əvvəlcədən heç bir razılıq olmayıb ki, məhz bu gün getsinlər. Çünki siz gözəl bilirdiniz ki, Nikol Paşinyanın Vyanaya səfəri ancaq dünən təsdiqlənib”.

Lakin erməni mediası qeyd edir ki, Paşinyanın Vyanada Əliyevlə görüşəcəyi haqda KİV-lər günlərdir yazırdı.

***

Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş başlayıb.

Virtualaz.org bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter səhifəsində yazıb.

Liderlərin görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri, o cümlədən, Azərbaycan və Ermənistan XİN rəhbərləri də iştirak edirlər.
Pirşağı gölündə balıqların kütləvi tələfatı qeydə alınıb - rəsmi
Ziyafət Əsgərov: "Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq işləmir"
Borca görə axtarışda olan 45 nəfər saxlanıldı
Azad Rəhimov: Bakı Avropa Liqasının final oyununa hazırdır
Borca görə axtarışda olan 45 nəfər saxlanıldı
Xəbər lenti
24/05/2019 [19:03]:
Pirşağı gölündə balıqların kütləvi tələfatı qeydə alınıb - rəsmi
24/05/2019 [18:41]:
Malayziyanın keçmiş kralı dünyasını dəyişib
24/05/2019 [18:36]:
Luiş Fiqu: Bakı finalını qaçırmayın, mən də orada olacağam
24/05/2019 [18:16]:
Ziyafət Əsgərov: "Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq işləmir"
24/05/2019 [17:29]:
Borca görə axtarışda olan 45 nəfər saxlanıldı
24/05/2019 [16:44]:
Dağıstanda terrorçular zərərsizləşdirildi
24/05/2019 [15:51]:
Azad Rəhimov: Bakı Avropa Liqasının final oyununa hazırdır
24/05/2019 [15:15]:
Borca görə axtarışda olan 45 nəfər saxlanıldı
24/05/2019 [14:47]:
İlham Əliyev rusiyalı naziri qəbul edib
24/05/2019 [14:11]:
Nazirliyin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib
24/05/2019 [13:23]:
Ruhani: İran bombardmana məruz qalsa belə təslim olmayacaq
24/05/2019 [11:52]:
UEFA "Arsenal"a xəbərdarlıq etdi
24/05/2019 [10:24]:
“Facebook” 3 milyarddan çox hesabı silib
24/05/2019 [00:25]:
Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər
23/05/2019 [23:29]:
“Moody’s” neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb
23/05/2019 [22:38]:
Moskvada Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
23/05/2019 [21:49]:
Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
23/05/2019 [21:24]:
İlham Əliyev iftar mərasimində iştirak edib
23/05/2019 [21:03]:
Azərbaycan və Çin xarici işlər nazirləri görüşdü
23/05/2019 [20:14]:
Saakaşvili Zelenskidən vətəndaşlığının qaytarılmasını istəyib
23/05/2019 [19:58]:
Erməni idmançılar Bakıda
23/05/2019 [19:23]:
“Keşikçidağ”da yerləşən tarixi abidələrin mühafizəsi artırılacaq
23/05/2019 [18:46]:
UAZ-ın yeni baş direktoru azərbaycanlıdır!
23/05/2019 [18:11]:
Mayın 24-ə hava proqnozu
23/05/2019 [17:44]:
NATO Rusiyanı Krımdan çıxmağa çağırdı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Dünyanın ən varlı siyasətçiləri - siyahı
Laçının işğalından 27 il ötür
Qüdrət Həsənquliyevdən yeni təklif
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin