Prezident “Diqlas”dakı yanğına görə müşavirə keçirdi - yenilənib

28/03/2019 [16:08] - Siyasət (138)



Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

“AzərTAc” xəbər verir ki, dövlətimizin başçısı müşavirədə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

Martın 26-da ticarət mərkəzlərinin birində yanğın baş vermişdir. Xoşbəxtlikdən insan itkisi olmamışdır. Ancaq o ticarət mərkəzində çalışan insanlara maddi ziyan dəymişdir. Yanğının səbəbləri araşdırılır, bu gün ilkin məlumat veriləcəkdir və əminəm ki, tam araşdırılacaqdır. Eyni zamanda, biz sahibkarların problemlərini həll etməliyik. Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik.

Dünən Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilib. Bu gün səhər ikinci görüş keçirilib və onlara deyilib ki, dövlət onlara dəstək və yardım göstərəcəkdir. Belə hadisələr baş verir. Əlbəttə ki, səbəblər tam araşdırılmalıdır və operativ olaraq dövlət sahibkarlara öz maddi yardımını göstərməlidir. İqtisadiyyat Nazirliyi ticarət mərkəzində çalışan sahibkarlarla bir-bir görüşməlidir, onların problemlərini dinləməlidir və onlara dəstək göstərməlidir. Maliyyə Nazirliyi operativ olaraq, ilkin maliyyə vəsaiti ayırmalıdır ki, sahibkarlara bu vəsaitin verilməsi təmin edilsin. Bununla bərabər, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi yanmış malların qiymətini sahibkarlarla birlikdə araşdırmalıdır, aydınlaşdırmalıdır və bizdə bu məsələ ilə bağlı dəqiq məlumat olmalıdır.

Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük. Misal üçün, bu yaxınlarda Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəyib və heç bir ev sığortalanmayıb. Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir. Artıq evlərin tikintisi başlamışdır və bu ayın əvvəlində birinci evlərin vətəndaşlara təqdimetmə mərasimi keçirilmişdir. Bütövlükdə, sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq.

Azərbaycan çox güclü sosial siyasət aparır. Bu siyasət özünü müxtəlif sahələrdə büruzə verir. Bildiyiniz kimi, bu ilin əvvəlində çox ciddi və böyük sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunur. Deyə bilərəm ki, dünyada belə bir təşəbbüsün bənzəri yoxdur. Təbii fəlakət - zəlzələ, daşqın vaxtı hər zaman vətəndaşın yanında ilk olan dövlətdir. Bu, bizim siyasətimizdir, biz bu siyasətə sadiqik və bunu bütün sahələrdə aparacağıq. Ona görə, baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik.

Məsələni tam araşdırıb təklifləri vermək üçün komissiya yaradılacaq. Əlbəttə ki, komissiya bir müddət işləyəcək. Ancaq biz operativ olaraq sahibkarlara ilkin mərhələdə maddi dəstək göstərməliyik ki, onlar bu vəziyyətdən çıxa bilsinlər. Gələcəkdə onları işlə təmin etmək üçün müvafiq addımlar atılacaq. O ki qaldı, ticarət mərkəzinin sahibkarlarının fəaliyyətinə, əlbəttə ki, onlar dövlət tərəfindən sahibkarlara veriləcək məbləğin ödənilməsini tam təmin etməlidirlər və edəcəklər. Ancaq nəzərə alsaq ki, biz istəyirik məsələ tezliklə öz həllini tapsın, bu məqsədlə, yenə də dediyim kimi, dövlət dərhal öz dəstəyini göstərməlidir.

* * *

Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, iqtisadiyyat naziri Şahin Mustafayev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov məruzə etdilər.

* * *

Müşavirəyə yekun vuran Prezident İlham Əliyev dedi:

- Bir daha demək istəyirəm ki, ilk növbədə, yanğının səbəbləri tam araşdırılmalıdır. İlkin versiyalar var. Kamera müşahidəsi də deməyə əsas verir ki, yanğın haradan başlayıb. Bunu nəzərə alaraq yekun rəy əlbəttə ki, təqdim olunacaq. Eyni zamanda, bütün ticarət mərkəzlərində ciddi təftiş işləri aparılmalıdır, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar, Bakı Şəhər İcra Hakimiyyəti, rayon, şəhər icra hakimiyyətləri bu işlərlə çox ciddi məşğul olmalıdırlar. Təhlükəsizliklə bağlı olan bütün məsələlər ən yüksək standartlarda təmin edilməlidir.

Sahibkarlara gəldikdə, bir daha demək istəyirəm ki, dövlət onların yanında olacaq. Onlara artıq bu məlumat verildi. Maliyyə dəstəyinin göstərilməsi operativ qaydada təşkil edilməlidir və müvafiq göstəriş verilib. Eyni zamanda, burada da qeyd olunduğu kimi, onlara güzəştli şərtlərlə kreditlər verilməlidir, dəymiş ziyan dəqiq hesablanmalıdır. Onların bu gün fəaliyyətdə olan digər ticarət mərkəzlərində yerləşdirilməsi ilə bağlı tədbirlər görülməlidir ki, işsiz qalmasınlar.

Beləliklə, hesab edirəm, görülmüş və görüləcək tədbirlər nəticəsində sahibkarlar bir daha görəcəklər ki, dövlət hər zaman onları dəstəkləyir. Azərbaycanda sahibkarlığın inkişafı geniş vüsət alıb və ölkəmizin gələcək, uzunmüddətli, dayanıqlı inkişafı böyük dərəcədə sahibkarların fəaliyyəti ilə bağlıdır. Azərbaycanda indi sahibkarlar sinfi yaradılıb. Sahibkarlar müxtəlif sahələrdə - həm istehsalda, xidmət və ticarət sektorlarında çox fəal işləyirlər. Əlbəttə ki, dövlət onlara həm siyasi dəstək, həm də maliyyə dəstəyi verir. Bildiyiniz kimi, güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilmişdir. Ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman onların yanındadır və onların yanında olacaqdır.

Qeyd etdiyim kimi, komissiya tezliklə fəaliyyətə başlamalıdır, bütün bu məsələləri araşdırmalıdır və yekun rəy təqdim etməlidir. Sağ olun.
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Pilot Rəşad Atakişiyevin nəşi tapıldı
Xəbər lenti
21/08/2019 [15:07]:
XİN: “Azərbaycan terrorizmə qarşı yönəlmiş beynəlxalq səyləri dəstəkləyir”
21/08/2019 [14:23]:
AFFA “Qarabağ”ı cəzalandırıb
21/08/2019 [13:37]:
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
21/08/2019 [12:58]:
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
21/08/2019 [12:49]:
Rusiya ilə sərhəddə nə baş verib? - təfsilat
21/08/2019 [11:24]:
Azərbaycanda kərə yağının istehlakı sürətlə aşağı düşür
21/08/2019 [10:13]:
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20/08/2019 [23:19]:
Yaqub Zurufçu Heydər Əliyev Sarayında konsert verəcək
20/08/2019 [22:24]:
"Real"dan Neymara son təklif
20/08/2019 [21:41]:
Bakıda Avrasiya Xalqları Günləri keçiriləcək
20/08/2019 [20:35]:
Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi
20/08/2019 [19:24]:
Bakı-Naxçıvan-Bakı sərnişin avtobusları İranda gömrük nəzarətindən keçməyəcək
20/08/2019 [18:38]:
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
20/08/2019 [17:55]:
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
20/08/2019 [17:49]:
Bakıda məktəb yarmarkaları açılıb
20/08/2019 [17:08]:
Pilot Rəşad Atakişiyevin nəşi tapıldı
20/08/2019 [16:53]:
Attestatı olmayan abituriyent ADU-nun tələbəsi oldu
20/08/2019 [16:05]:
Avqustun 21-ə hava proqnozu
20/08/2019 [15:17]:
Azərbaycanı Avropa çempionatında qalib heyət təmsil edəcək
20/08/2019 [14:28]:
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib
20/08/2019 [13:34]:
Problemli kreditlərin həcmi açıqlandı
20/08/2019 [12:41]:
Yeni dövlət fondu yaradılır
20/08/2019 [12:37]:
Aktyor Məhərrəm Qurbanovun vəziyyəti stabilləşib
20/08/2019 [11:33]:
Türkiyə nazir müavini yol qəzasında ölüb
20/08/2019 [10:26]:
Ramiz Mehdiyevin yeni kitabı - Paşinyanın səhvləri...
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Vaqif Əliyevin ailə biznesi: Hindistanlı Hema, onlarla yeni şirkət, böyük işlər...
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Bakıda bu ərazilərdəki evlər söküləcək
Daha bir rayona yeni polis rəisi təyin edilib
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Deputat İqbal Məmmədovun oğlu həbs edildi
Əmək pensiyasının minimum məbləği artırıld;
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
“SOCAR Ukrayna” manipulyasiya cəhdinə görə hərraclardan uzaqlaşdırıldı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin