Diaspor rəhbəri elmlər doktoru oldu

28/03/2019 [12:22] - Cəmiyyət (116)



 Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov Hüquq elmi üzrə elmlər doktoru dissertasiyasını müdafiə edib.


Azadinform xəbər verir ki, hüquq elmləri doktoru diplomunu H.Cavadova Ukrayna Milli Elmlər Akademiyasının V.M.Korotskiy adına Dövlət və Hüquq İnstitutunun Elmi Şurasında İnstitutun direktoru, akademik Y.S.Şemşuçenko təqdim edib.


Qeyd edək ki, Hikmət Cavadov 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. 2007-ci ildə Ukrayna Milli Elmlər Akademiyasının V.M.Korotskiy adına Dövlət və Hüquq İnstitutunun aspirantura şöbəsini bitirərək 2008-ci ildə Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.  


2004-cü ildən Ukrayna Milli Elmlər Akademiyasının V.M.Korotskiy adına Dövlət və Hüquq İnstitutunda elmi fəaliyyətlə məşğul olan H.Cavadov 2009-2013-cü illərdə kiçik elmi işçi, 2013-2016-cı illərdə həmin institutun doktorantı olub, hazırda elmi işçi vəzifəsində çalışır. Bu müddətdə H.Cavadovun hüquq elmi üzrə 2 monoqrafiyası və 40-dan çox elmi məqaləsi çapdan çıxıb.  


H.Cavadov 2005-2012-ci illərdə “Demokratiyanın Nəbzi” Beynəlxalq İctimai Təşkilatının sədri vəzifəsində çalışıb, 2010-cu ildən “Slovo Azerbaydjana” ümumukrayna qəzetinin şef redaktorudur. 2012-ci ildən isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri kimi aktiv ictimai fəaliyyətlə məşğuldur. Ötən müddət ərzində Azərbaycanla bağlı bir sıra uğurlu layihələrə imza atıb. H.Cavadov Ukrayna-Azərbaycan münasibətlərinə həsr olunmuş 3 elmi konfransın keçirilməsinə (2009-2011-ci illər), Ukrayna-Azərbaycan münasibətlərindən bəhs edən “Ukraina- Azerbaydjan” Xronika 2000 almanaxının nəşrinə (2010-cu il), Ukrayna - Azərbaycan münasibətlərinə həsr olunmuş “Film o drujbe” tarixi-sənədli filminin hazırlanmasına (2010-cu il), Rusiya Azərbaycanlı Gənclər Təşkilatı ilə “Diaspor məktəbləri üçün xüsusi dərslik” birgə layihəsinin təşkilinə (2012-ci il), “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Rusiya Azərbaycanlı Gənclər Təşkilatı ilə UABD-nin birgə layihəsi olan “Pilot kotorıy videl ad” tarixi-sənədli filminin ərsəyə gəlməsinə (2012-ci il), Ukraynanın müxtəlif vilayətlərində “Azərbaycan dili Diaspor məktəblərinin”nin təsis edilməsinə (2010-2015) nail olub. 

H.Cavadov 2014-2016-cı illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ukrayna Diaspor Mərkəzinin baş koordinatoru olub. 2016-cı ildən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

 

 

 

Pirşağı gölündə balıqların kütləvi tələfatı qeydə alınıb - rəsmi
Ziyafət Əsgərov: "Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq işləmir"
Borca görə axtarışda olan 45 nəfər saxlanıldı
Azad Rəhimov: Bakı Avropa Liqasının final oyununa hazırdır
Borca görə axtarışda olan 45 nəfər saxlanıldı
Xəbər lenti
24/05/2019 [19:03]:
Pirşağı gölündə balıqların kütləvi tələfatı qeydə alınıb - rəsmi
24/05/2019 [18:41]:
Malayziyanın keçmiş kralı dünyasını dəyişib
24/05/2019 [18:36]:
Luiş Fiqu: Bakı finalını qaçırmayın, mən də orada olacağam
24/05/2019 [18:16]:
Ziyafət Əsgərov: "Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq işləmir"
24/05/2019 [17:29]:
Borca görə axtarışda olan 45 nəfər saxlanıldı
24/05/2019 [16:44]:
Dağıstanda terrorçular zərərsizləşdirildi
24/05/2019 [15:51]:
Azad Rəhimov: Bakı Avropa Liqasının final oyununa hazırdır
24/05/2019 [15:15]:
Borca görə axtarışda olan 45 nəfər saxlanıldı
24/05/2019 [14:47]:
İlham Əliyev rusiyalı naziri qəbul edib
24/05/2019 [14:11]:
Nazirliyin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib
24/05/2019 [13:23]:
Ruhani: İran bombardmana məruz qalsa belə təslim olmayacaq
24/05/2019 [11:52]:
UEFA "Arsenal"a xəbərdarlıq etdi
24/05/2019 [10:24]:
“Facebook” 3 milyarddan çox hesabı silib
24/05/2019 [00:25]:
Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər
23/05/2019 [23:29]:
“Moody’s” neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb
23/05/2019 [22:38]:
Moskvada Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
23/05/2019 [21:49]:
Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
23/05/2019 [21:24]:
İlham Əliyev iftar mərasimində iştirak edib
23/05/2019 [21:03]:
Azərbaycan və Çin xarici işlər nazirləri görüşdü
23/05/2019 [20:14]:
Saakaşvili Zelenskidən vətəndaşlığının qaytarılmasını istəyib
23/05/2019 [19:58]:
Erməni idmançılar Bakıda
23/05/2019 [19:23]:
“Keşikçidağ”da yerləşən tarixi abidələrin mühafizəsi artırılacaq
23/05/2019 [18:46]:
UAZ-ın yeni baş direktoru azərbaycanlıdır!
23/05/2019 [18:11]:
Mayın 24-ə hava proqnozu
23/05/2019 [17:44]:
NATO Rusiyanı Krımdan çıxmağa çağırdı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Dünyanın ən varlı siyasətçiləri - siyahı
Laçının işğalından 27 il ötür
Qüdrət Həsənquliyevdən yeni təklif
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin