Desəm ki, dövlət sizə pul verəcək, yalan deyərəm – İcra başçısının sahibkarlarla görüşü

27/03/2019 [19:16] - Gündəm (217)



Xəbər verildiyi kimi, bu gün “Diqlas” TM-də yanğın nəticəsində mağazaları və malları yanan sahibkarlarla TM-nin yerləşdiyi Nizami Rayon İcra Hakimiyyəti rəhbərliyinin görüşü olub. İcra hakimiyyəti başçısı Arif Qasımovla görüşən sahibkarlar öz vəziyyətləri bildirib, baş verən hadisəyə görə, dövlətdən gözləntilərini və tələblərini səsləndiriblər.

“40 min manat itirmişəm, 600 manat mənə nə edəcək?”

Sahibkarlar bildirib ki, onlara “Diqlas”ın yanında yeni ticarət mərkəzinin 3 aya tikiləcəyini bildiriblər, amma bu çıxış yolu deyil: “Dedilər ticarət mərkəzi 3 aya tikiləcək. Gedib nisyə mal götürün, gətirin satın. Bizə mal verən kimdir, biz malınızı itirmiş və bankrot olmuş adamlarıq. Lap 3 ay gözləsək, bundan sonra həmin obyektdə nə edəcəyik?”.

Yeni tikiləcək obyektdə ilk aylar icarə haqqı olmadan işləmək təklifi də sahibkarları razı salmayıb: “40 min manat itirdiyimiz halda iki aylıq 600 manat icarə pulu güzəşti bizə nə edəcək? Mərkəzdə 4-5, hətta 10 obyekti yanan adamlar var, onlar nə edəcəklər?”.

“Sizin sözlərinizi yüksək yerlərə çatdırırıq”

İcra hakimiyyəti başçısı bildirib ki, iş adamları dölətin onların haqlarını müdafiə etməsindən arxayın ola bilərlər: “Dövlət və dövlət başçısı hər dəqiqə sizin haqlarını müdafiə edəcək, onun nümayəndəsi İH başçısı kimi mən də. Haqq kimin tərəfindədirsə, onun haqqı qorunacaq”.

Görüşdə bildirilib ki, icra hakimiyyəti başçısı “sahibkarların fikir, istək və tələbərini onların səsi çatmayan yerlərə də çatdırır və sizin mövqedən bu prolemlərlə məşğuddur”.

“Sığortanız olsaydı da 1-2 günə pulu ala bilməyəcəkdiniz”

A.Qasımov bildirib ki, məsələ araşdırılır, amma bu məsələ vaxt tələb edir: “Bu bir saata, 1-2 günə həll olunan məsələ deyil, hətta mallarınız sığorta olunsaydı da 2-3 günə, bir həftəyə pulunu ala bilməyəcəkdiniz. İndi isə biz təsəvür edin sizin problemi sığorta olmaya-olmaya həllə etməliyik”.
Bildirilib ki, hazırda bu məsələnin araşdırılması üzərində FHN və prokurorluq işləyir: “Məsələ araşdırılır, yer sığortalıdır ya yox, kimə nə qədər zərər dəyib, salamat qalan əmlaklar da varmı? Bunlar araşdırılır”.

“Desəm ki, dövlət sizə pul verəcək, yalan deyərəm…”

İcra başçısı bildirib ki, malları yanan və zərərə düşən sahibkarlara dövlətin pulu ödəməsi gözlənilmir: “Bu dəqiqə dövlət tərəfindən onların əvəzindən sizə pul veriləcək, yalan deyərəm, bu gözlənilmir. Bura özəl mülkdür, məsələ araşdırılmalıdır”.
Amma  başçı bildirib ki, məsələ tam obyektv araşdırılacaq və sahibkarların hüquqları sonadək qorunacaq: “Bu məsələ birbaşa nəzarətdədir. Heç kim gözləməsin ki, malım-mülküm batdı, heç kimin heç nəyi batmayıb.Nəzarətdədir, nəyin ücbatından baş verib, necə olub, o sizə ödəyəcək – obyektin sahibi. Buna istintaq qərar verəcək”.
A.Qasımov bildirib ki, istintaq tam obyektiv olacaq: “İstintaqın gedişində sizin hüquqların tapdalanmamasına biz zəmanət veririk.
Tam obyektiv istintaq gedəcək, 100% zəmanət verirəm, başçı kimi zəmanət verirəm ki, hüquqlarınızın tapdanmasına imkan verməyəcəyik”.

Salamat qalan malları gedib götürmək olar

İcra başçısı bildirib ki, TM-də salamat qalan mallar da var və sahibkarlar gedib onları götürə bilər: “Deyirlər ki, 1-2-ci mərtəbədə nələrsə qalıb, kimlər varsa, gəlib götürsün. Polisin və FHN-in və icra hakimiyyətinin nəzarəti və iştirakı ilə baxın, nəyiniz var götürün. Qalan əmlaklar yazılacaq, siyahısı tutulacaq”.

“1 metr yarım yerə 4 min dollar “şapka” vermişəm”

Sahibkarlar bildirib ki, “Diqlas”da icarə haqqından əlavə burada obyekti kirayələmək üçün birdəfəlik ödəniş də ediblər: “1 metr yarım yerə 4 mir dollar “şapka” vermişəm, burada oturanların əksəriyyəti bunu ödəyib. Bəs bunu nə edək? Burada 10-15 min manat verənlər də var. Bizə kompensasiya verilə bilmirsə də, heç olmasa həmin pulları qaytarsınlar, Siz prezidentin səlahiyyətli nümayəndəsisiniz, xahiş edirəm ki, bu məsələni qaldırın”.  Cavabında icra hakimiyyəti başçısı bildirib ki, görüşdə deyilən hər söz yazılır və ölkə rəhbərliyinə çatdırılacaq: “Söz verirəm ki, yüksək səviyyədə çatdırılacaq. Bunu bilin”.
İcra hakimiyyəti başçısı deyib ki, icarə haqqı və digər ödənişlərlə bağlı məsələlər də araşdırılacaq: “Yer pulu veribsən, pul alıbsan, hamısı yazılır, qeyd olunur. Sən deyirsən, veribsən, o (yəni TM-in sahibi) deyəcək ki, verməyibsən, ona görə də bu araşdırma aparılır. Tam səmimiyyətimlə deyirəm ki, sizin hüquqlarınız dövlət tərəfindən qorunacaq. Buna 100% əmin olun. Kimin haqqı varsa qorunacaq. İmkan verməyəcəyik ki, heç kimin haqsız olaraq pulu batsın. Əgər sizin tərəfinizə gəlməsək, deyin ki, bizi müdafiə etmirsiniz”.

“Mənim malımı qoruya bilməyib, pulumu versin”

Sahibkarlar bildirib ki, qaydaya görə onlar hər axşam mallarını ticarət mərkəzinin məhafizəsinə təhvil verib, səhər isə onlardan təhvil alıblar: “Blomblayırdılar, hər gün saat 9-30-da malları təhvil alırdıq. Biz axşam malı onlara təşvil vermişdik, səhər ala bilmədik, qoruya bilməyiblər, yanıb, indi bizim malımızı versinlər”.

“Diqlas”ın sahibi bizə dəyən zərəri ödəsin”

Sahibkarlardan biri bildirib ki,  80 min manatıq da malı batıb, indi o pulu “Diqlas”ın sahibi ödəməlidir: “Diqlas sahibinin tam imkanı var ki, bizim pulumuzu ödəsin”.
Başqa bir sahibkar bildirib ki, “Diqlas”da 8 ildə 100 mindən artıq yer pulu verib: “Bu 100 mini bizdən alıb, indi yarısını ödəsin”.

“Sığorta şirkətləri bizi sığortalamır – nə edək?”

Sahibkar bildirib ki, sığortanın olmaması onların günahı deyil: “Bizə deyirlər sığortanız yoxdur. Mən bankdan kredit götürəndə bütün sığorta şirkətlərini gəzdim. Dedilər biz bazarı, ticarət mərkəzini sığortalamırıq. Kupça yoxdur, VÖEN yoxdur və belədir. İndi mənim nə günahım var, pulumu ödəmişəm, özü də vaxtında ödəmişəm. Bilirəm ki, obyektin sahibi də istəməzdi ki, obyekti yansın. Amma nə etmək olar, yanıb və onun da maddi imkanı var ki, bu pulu ödəsin. Mənim Binə ticarət mərkəzlərindəki obyektlərə 40 min manat borcum var. Bu pulu necə ödəyəcəm?”.

“İmkan vermərik ki, bir qəpiyiniz də batsın”

İcra başçısı bildirib ki, bütün bu faktlar yazılmalıdır: “Bu sözləri istintaqın gedişinə yazılı şəkildə verəcəksiniz. Onda hər şey məlum olacaq. Yazın ki, kimə nə vermisiniz, nə alacaqsınız. Sizin pulunuza dövlət zəmanət verə bilməz. Amma araşdırma gedir, kiminsə sizə borcu varsa, onun üstünda dayanıb, lap məhkəmə yolu ilə olsa da məsələni həll etməyə kömək edəcəyik. Biz sizə pul verə bilmərik, amma imkan vermərik ki, bir qəpiyiniz də batsın”.

Bəzi sahibkarlar hətta bu gün çörək almağa pulunun olmadığını bildirib. Sahibkarlar icra hakimiyyəti başçısına, ona inandıqlarını bildirərək və onları “yola verməməyi” xahiş ediblər. İcra başçısı belə halın olmayacağına əmin edib.

Banklaran xahiş edərik ki, kreditə vaxt versinlər

“Diqlas”da malları yanan sahibkarlardan biri bildirib ki, yanğına görə kreditini qaytara bilməyəcək: “Bizim banklara  kreditimiz var. Sabah bankın ödəniş günüdür, biz necə ödəyəcəyik? Siz bu rayonun rəşbərliyi kimi onlara deyin, bizə 1-2 ay vaxt versinlər”.

Cavabında icra başçısı deyib ki, banklara göstəriş verə bilməz: “Buna ixtiyarımız yoxdur, bizə tabe də deyillər. Amma amma mən məsələ qaldıraram, bank rəhbərləri ilə şəxsi söhbət edərik, kimin nə qədər krediti var xahiş edərik, əgər onlar buna gedərlərsə, onu da sizin üçün edərik”.

Başqa ticarət mərkəzində yer təşkil edə bilərik

Görüşdə bəzi sahibkarlar müvəqqəti iş yeri istəyib. İH başçısı bildirib ki, kim müvəqqəti iş yeri istəyirsə, onları başqa ticarət mərkəzlərində yerləşdirmək üçün işlər aparılır: “İşləmək məsələsi, kimə iş yeri lazımdır, onu öz gücümüzlə bazarda yerləşdirəcəyik”.
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Şəki və Lahıcdakı muzeylər Turizm Agentliyinin tabeliyinə verilib
“Neftçi” Avropa Liqasında mübarizəsini dayandırdı
Xəbər lenti
18/08/2019 [23:59]:
“Qarabağ”ın “Linfild”lə oyununu isveçrəli hakimlər idarə edəcək
18/08/2019 [22:44]:
Kürkəni Sarkisyanın da həbs ediləcəyindən əmindir
18/08/2019 [21:03]:
Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Jizel” təqdim olunacaq
18/08/2019 [19:16]:
Çin Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilməsini dəstəklədi
18/08/2019 [17:27]:
Bakıda kirayə evlərin qiyməti qalxıb
18/08/2019 [15:39]:
BMT yeni dəhşətli silah növünün yayılacağından qorxur
18/08/2019 [14:51]:
Borca görə axtarışda olan daha 12 nəfər saxlanılıb
18/08/2019 [12:48]:
SOCAR qazma, hasilat və ixrac göstəricilərini açıqladı
18/08/2019 [10:36]:
Ülvi Qənizadə dünya çempionatının finalına yüksəlib
17/08/2019 [23:41]:
AFFA İntizam Komitəsi "Qarabağ"la bağlı məsələyə baxacaq
17/08/2019 [21:58]:
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
17/08/2019 [20:03]:
Azərbaycan və Almaniya energetikləri əməkdaşlığı dərinləşdirəcək
17/08/2019 [18:14]:
Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib
17/08/2019 [17:08]:
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində iştirak edib
17/08/2019 [16:29]:
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
17/08/2019 [14:41]:
Atambayevin həbs qoyulan əmlakları - siyahı
17/08/2019 [12:38]:
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib - təfsilat
17/08/2019 [11:51]:
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
17/08/2019 [10:29]:
Azərbaycan nefti ucuzlaşıb
17/08/2019 [00:48]:
“Qalatasaray” mövsümə məğlubiyyətlə başlayıb
16/08/2019 [23:33]:
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16/08/2019 [22:18]:
Dövlət şirkətləri 288,4 milyon manat xarici kredit alıb
16/08/2019 [21:32]:
Məhkəmə Ekspertiza Mərkəzinin şöbə rəisi vəzifəsindən azad edilib
16/08/2019 [20:55]:
Avqusun 17-ə hava proqnozu
16/08/2019 [19:44]:
Sabah Azərbaycanın 3 rayonunda qaz olmayacaq - siyahı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Gədəbəyin sabiq başçısı 222-ci maddəni satın aldı - araşdırma
Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı - siyahı
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
Nazir polkovniki işdən çıxardı
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Bakıda bu ərazilərdəki evlər söküləcək
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
"Xalqımız müharibə istəyir" deyən siyasi demaqoqa demək istəyirəm ki... - Qüdrət Həsənquliyev
Vilyayət Eyvazovdan yeni təyinat
Pakistan səfiri: Kəşmirdə baş verənlərlə bağlı Azərbaycanın dəstəyini gözləyirik
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin