Ticarət obyekti hansı məbləğdə və necə sığortalanmalıdır? - ekspert rəyi

26/03/2019 [20:27] - İqtisadiyyat (100)



Bu gün Bakının Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş verən yanğın daşınmaz əmlak sığortasının aktuallığını gündəmə gətirib.

ONA xəbər verir ki, ölkəmizdə icbari olan bu sığorta növü istər yaşayış, istərsə də qeyri-yaşayış obyektlərini dəymiş zərərdən sığortalayır.

Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

Sığorta mütəxəssisi Ceyhun Əsgərov ONA-ya bildirib ki, sahibkarlıqla məşğul olan hər bir şəxs öz daşınmaz əmlakını icbari şəkildə sığortalamalıdır. İcbari sığortada 4 kateqoriya var ki, bu kateqoriyalara əsasən risklər bölünür və onlara görə ödəniş təyin edilir: “İcbari sığorta ilə yanaşı, mülki məsuliyyət sığortası var ki, o da icbari şəkildə olmalıdır. Məsələn, kiminsə obyektində yanğın hadisəsi baş verə və bu yanğın qonşu obyektə keçə bilər. O zaman bu kimi halların qarşısını almaq üçün əmlak sahibi icbari şəkildə məsuliyyət sığortasına cəlb olunur”.

Qeyd edək ki, sığortalanan ticarət mərkəzi və ya digər obyektlərin konstruksiyası sığortalanır. Bu zaman ticarət obyektinin daxilində yerləşən dükanlar sığortalı hesab edilmir. Onların da sığortalı olması üçün həmin dükan sahiblərinin sığorta şirkətlərinə müraciət etməsi gərəkdir.

Ceyhun Əsgərovun sözlərinə görə, qanun tələb edir ki, əmlakın qiyməti, yəni smeta dəyəri nə qədərdirsə, ən azı o məbləğdə də sığortalanmalıdır. Bu zaman obyektin bazar qiyməti deyil, inşa qiyməti nəzərdə tutulur.

Əmlakın icbari sığortası zamanı sığorta şirkəti daşınmaz əmlakı təbii fəlakətlərdən, daxili subasmadan, yanğından və digər bu kimi hadisələrdən sığortalayır.
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Qarabağ qaziləri Ərdoğanla görüşdülər
Nazirlik milli parklara direktor axtarır
Azərbaycanda polis əməkdaşı göldə batıb
Xəbər lenti
21/05/2019 [00:03]:
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
20/05/2019 [23:28]:
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
20/05/2019 [22:41]:
Koçaryanın cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi
20/05/2019 [21:38]:
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
20/05/2019 [20:23]:
Azərbaycan buğda idxalını 28% artırıb
20/05/2019 [19:37]:
Saakaşvilinin xanımı İvanişvili rejiminə son qoymağın yolunu göstərdi
20/05/2019 [18:42]:
98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı
20/05/2019 [17:58]:
Qarabağ qaziləri Ərdoğanla görüşdülər
20/05/2019 [17:11]:
Nazirlik milli parklara direktor axtarır
20/05/2019 [16:49]:
Azərbaycanda polis əməkdaşı göldə batıb
20/05/2019 [16:14]:
CASCFEN Şəkidə seminar keçirib
20/05/2019 [16:01]:
Gürcüstan müxalifəti seçkilərin nəticələrinə etiraz edir
20/05/2019 [15:47]:
Mayın 21-ə hava proqnozu
20/05/2019 [15:34]:
Qüdrət Həsənquliyev: Paşinyanın cavabı döyüş meydanında verilməlidir
20/05/2019 [15:03]:
Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi
20/05/2019 [13:59]:
“Tramp-Putin görüşü hər kəsə xeyirlidir” –Uşakov
20/05/2019 [13:07]:
İTV-dən Avropa Yayımları Birliyinə etiraz – Azərbaycan xəritəsi ilə bağlı
20/05/2019 [11:39]:
Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi olub
20/05/2019 [10:21]:
Oqtay Əsədov Kiyevdə müalicə alan Milli qəhrəmanımızla görüşdü
20/05/2019 [00:03]:
Marneulidə qeydə alınan qayda pozuntuları nəticəyə təsir etməyib - yenilənib
19/05/2019 [23:42]:
Saakaşvili tərəfdarlarını hücuma səslədi
19/05/2019 [23:29]:
"Qalatasaray" 22-ci dəfə Türkiyə çempionu oldu
19/05/2019 [22:44]:
V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib
19/05/2019 [21:11]:
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
19/05/2019 [20:59]:
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ramil Usubov polkovnik-leytenantı təqaüdə göndərdi
Qulamhüseyn Əlibəyli: Keşikçidağ monastrını Borçalı ilə dəyişdirmək olar
İlham Əliyev 2 sərəncam, 3 fərman imzaladı - yenilənib
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Jirinovski: "İrandan gələn milyonlarla qaçqın hər şeyi silib-süpürəcək"
Vergi generalı Əmanətlərin Sığortalanması Fondunu necə idarə edir? - təfsilat
Azərbaycan yeni alyansa daxil olur
Azərbaycanın ən riskli bankları - siyahı
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
Azərbaycanda qızıl-gümüş bahalaşıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin