Qarabağ icmasının sədri: Yaxın vaxtlarda sülh sazişinə ümid edirik

25/03/2019 [10:26] - Siyasət (116)



ABŞ-ın nüfuzlu “The Washington Times” qəzetinin müxbiri Monika Krouli və tanınmış 77WABC radiosunun aparıcısı Con Baçelor Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevdən müsahibə alıblar.

Con Baçelor tərəfindən aparılan radio proqramı təkcə ABŞ-da deyil, beynəlxalq aləmdə də geniş auditoriyaya malik siyasi şou proqram kimi tanınır.

Virtualaz.org bildirir ki, müsahibə zamanı erməni separatçılarının hələ sovet hakimiyyəti dövründə Azərbaycana qarşı ərazi iddiaları irəli sürdükləri, Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etdikləri, həmin ərazilərdə yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdikləri diqqətə çatdırılıb. Bildirilib ki, işğal nəticəsində öz torpaqlarından qovulmuş azərbaycanlı əhali ölkəmizin müxtəlif şəhər, rayon və kəndlərində məcburi köçkün vəziyyətində yaşayır.

Müsahibədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin hazırda davam etdirildiyi bildirilib, Azərbaycanın ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin Dağlıq Qarabağ və ətraf yeddi rayona qayıtmasını özündə ehtiva edən sülh sazişinin yaxın zamanlarda imzalanacağına ümid ifadə edilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin hələ ki, bir nəticə vermədiyi, lakin hazırkı danışıqların davam etdirilməsinin vacib olduğu vurğulanıb, BMT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyan qətnamələrin qəbul edildiyi bildirilib. Eyni zamanda, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması üçün beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsinin vacibliyi diqqətə çatdırılıb.
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Qarabağ qaziləri Ərdoğanla görüşdülər
Nazirlik milli parklara direktor axtarır
Azərbaycanda polis əməkdaşı göldə batıb
Xəbər lenti
21/05/2019 [00:03]:
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
20/05/2019 [23:28]:
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
20/05/2019 [22:41]:
Koçaryanın cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi
20/05/2019 [21:38]:
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
20/05/2019 [20:23]:
Azərbaycan buğda idxalını 28% artırıb
20/05/2019 [19:37]:
Saakaşvilinin xanımı İvanişvili rejiminə son qoymağın yolunu göstərdi
20/05/2019 [18:42]:
98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı
20/05/2019 [17:58]:
Qarabağ qaziləri Ərdoğanla görüşdülər
20/05/2019 [17:11]:
Nazirlik milli parklara direktor axtarır
20/05/2019 [16:49]:
Azərbaycanda polis əməkdaşı göldə batıb
20/05/2019 [16:14]:
CASCFEN Şəkidə seminar keçirib
20/05/2019 [16:01]:
Gürcüstan müxalifəti seçkilərin nəticələrinə etiraz edir
20/05/2019 [15:47]:
Mayın 21-ə hava proqnozu
20/05/2019 [15:34]:
Qüdrət Həsənquliyev: Paşinyanın cavabı döyüş meydanında verilməlidir
20/05/2019 [15:03]:
Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi
20/05/2019 [13:59]:
“Tramp-Putin görüşü hər kəsə xeyirlidir” –Uşakov
20/05/2019 [13:07]:
İTV-dən Avropa Yayımları Birliyinə etiraz – Azərbaycan xəritəsi ilə bağlı
20/05/2019 [11:39]:
Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi olub
20/05/2019 [10:21]:
Oqtay Əsədov Kiyevdə müalicə alan Milli qəhrəmanımızla görüşdü
20/05/2019 [00:03]:
Marneulidə qeydə alınan qayda pozuntuları nəticəyə təsir etməyib - yenilənib
19/05/2019 [23:42]:
Saakaşvili tərəfdarlarını hücuma səslədi
19/05/2019 [23:29]:
"Qalatasaray" 22-ci dəfə Türkiyə çempionu oldu
19/05/2019 [22:44]:
V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib
19/05/2019 [21:11]:
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
19/05/2019 [20:59]:
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ramil Usubov polkovnik-leytenantı təqaüdə göndərdi
Qulamhüseyn Əlibəyli: Keşikçidağ monastrını Borçalı ilə dəyişdirmək olar
İlham Əliyev 2 sərəncam, 3 fərman imzaladı - yenilənib
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Jirinovski: "İrandan gələn milyonlarla qaçqın hər şeyi silib-süpürəcək"
Vergi generalı Əmanətlərin Sığortalanması Fondunu necə idarə edir? - təfsilat
Azərbaycan yeni alyansa daxil olur
Azərbaycanın ən riskli bankları - siyahı
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
Azərbaycanda qızıl-gümüş bahalaşıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin