Rəsmi Bakıdan Paşinyanın bəyanatına sərt reaksiya

22/03/2019 [20:47] - Siyasət (103)



"Ermənistan baş nazirinin “Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi formatın dəyişdirilməsi deyil, bərpa ediməsidir” mülahizəsinin izahına ehtiyac duyulur, belə ki, onu əsaslandıran hər hansı sənəd və qərarlar mövcud deyil.

Bu xüsusda, danışıqlar prosesinin formatının dəyişilməz olduğunu birmənalı şəkildə əks etdirən Minsk Qrupu həmsədrlərinin son bəyanatını bir daha vurğulamaq istərdik. Oxşar bəyanatla Avropa İttifaqının yüksək vəzifəli şəxsləri də çıxış ediblər. Beynəlxalq ictimaiyyətin bu mövqeyi Ermənistan üçün ciddi siqnaldır, həmçinin Azərbaycanın əsaslı mövqeyinə dəstəyi nümayiş etdirir. Bununla belə, danışıqlar prosesinin reallıqlarını izah etmək üçün aşağıdakı məsələlərə yer ayırmağa ehtiyac var".

Virtualaz.org-un məlumatına görə, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi mətbuat xidmətinin şərhində yer alıb.

"Birincisi, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləmiş və erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bu qətnamələr münaqişənin nizama salınmasının hüquqi əsasını təşkil edir.

İkinci, ATƏT-in 1992-ci il 24 mart tarixində Helsinkidə Nazirlər Şurasının Əlavə Görüşünün gəldiyi nəticələrə nəzər salaq. Məlum olduğu kimi, bu sənəddə ATƏT-in Fəaliyyətdə olan sədrinə Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həlli üzrə Minsk şəhərində sülh konfransının çağırılması tapşırılır və bu xüsusda sənəddə qeyd edilir: “Konfransda iştirak edən ölkələrlə məsləhətləşmələrdən sonra Dağlıq Qarabağın seçkili və digər nümayəndələri maraqlı tərəf qismində sədr tərəfindən Konfransa dəvət oluna bilər”. Burada əks olunan Dağlıq Qarabağın seçkili və digər nümayəndələri, məhz ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki, erməni və azərbaycanlı icmasını nəzərdə tutur və sənəddə icmalar maraqlı tərəflər qismində qeyd olunur. Xatırladırıq ki, ATƏT-in Minsk Qrupu həmsədlərinin son bəyanatında da hər iki icmaya məhz maraqlı tərəf qismində istinad edilir. Maraqlı tərəflərin Minsk Konfransına çağırılması məsələsinə gəldikdə isə, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarıldıqdan sonra çağırılacaq sülh konfransına maraqlı tərəflər qismində ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının dəvət olunmasına, əlbəttə, müvafiq razılaşmadan sonra baxıla bilər.

Üçüncü, 1994-cü il ATƏT-in Budapeşt qərarından dəqiq sitat gətiririk: “Münaqişənin davam etməsini və onun əhatə etdiyi insan fəlakətini pisləyərək, iştirakçı dövlətlər Rusiya Federasiyasının ATƏM-in Minsk Qrupu ilə əməkdaşlığı çərçivəsində vasitəçiliyi ilə münaqişə tərəflərinin 1994-cü ilin 12 may tarixli atəşkəs razılaşmasını təsdiq etməsini alqışladılar. Onlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiq olduqlarını təsdiq etdilər və Təhlükəsizlik Şurasının ATƏM-in münaqişənin sülh yolu ilə həllinə yönələn səylərinə göstərdiyi siyasi dəstəyi alqışladılar”. Sammitin qərarında istinad edilən 1994-cü ilin 12 may tarixində əldə edilmiş atəşkəs razılaşması, ATƏT-in yuxarıda qeyd olunmuş 1992-ci il 24 mart tarixli Helsinki Nazirlər Şurasının qərarına uyğun olaraq münaqişənin tərəfləri qismində Azərbaycan və Ermənistan tərəfindən, eləcə də münaqişənin tənzimləbnəsində “maraqlı tərəflər” qismində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının rəhbərləri tərəfindən təsdiqlənib. Beləliklə də bu qərarda hər hansı bir şəkildə Dağlıq Qarabağa ayrıca tərəf kimi istinad edilmir. Üstəlik, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə dəstək ifadə olunur. Həmçinin, atəşkəsin əldə olunması ilə bağlı razılıqdan danışarkən razılaşmanın xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə vaxt cədvəli hazırlandığını erməni tərəfinə xatırlatmaq istərdik. Bu cədvələ uyğun olaraq işğalçı Ermənistan qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalı idi", - deyə XİN-in şərhində bildirilir.

XİN xatırladıb ki, vaxtı ilə hələ 1992-ci ildə Ermənistanın bəzi əsassız iddialarının sülh prosesinə ciddi əngəl törətdiyini diqqətə alaraq, Minsk Qrupunun sədri tərəfindən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının bərabərhüquqluluğuna dair açıqlama verilib: “İtaliya sədrliyi Ermənistanın 24 mart mandatının Dağlıq Qarabağ ermənilərinə Azərbaycan tərəfinə münasibətdə formal üstünlük verməsi, hətta onları “seçilmiş nümayəndələr” adlandırılması ilə bağlı Minsk Qrupunun digər üzvləri arasında hər hansı konsensus əldə edə bilmədi” (ATƏM Kommunikasiya sənədi No-279, Praqa, 15 sentyabr 1992). Göründüyü kimi, bu məsələyə hələ 1992-ci ildə, yəni Minsk Qrupunun formalaşdığı ilkin mərhələdə aydınlıq gətirilərək, Dağlıq QarabağIn hər iki icmasının bərabərhüquqlu olduğu bəyan edilmişdir.

Nəhayət, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) "Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərar Ermənistanın öz məsuliyyətini davamlı şəkildə inkarına son qoyaraq təsbit etdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejim Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur və Ermənistan bu ərazilər üzərində effektiv nəzarəti həyata keçirir.

Münaqişənin həlli üzrə danışıqların irəliləməsi səylərini heçə endirən bu kimi əsassız iddiaların axtarılmasına sərf edilən vaxt, sülh prosesinin uğuru və bölgənin dayanıqlı inkişafına xələl gətirir. Ermənistan rəhbərliyinin vaxtını nəyə sərf etməkdə maraqlı olduğunu nümayiş etdirməsinin tam məqamıdır.

Mnatsakanyan: “Məmmədyarovla Vaşinqtonda görüşə bilərəm”
“Təbriz” kinoteatrının yerində müasir ticarət-əyləncə mərkəzi tikiləcək
“Almaniyada mənim və anamın adına bank hesabları var” - Hüseyn Abdullayev
Ərdoğan hücuma məruz qalan Kılıçdaroğlu ilə görüşdü - keçmiş olsun
Aprelin 20-ə hava proqnozu
Xəbər lenti
25/04/2019 [23:23]:
Mnatsakanyan: “Məmmədyarovla Vaşinqtonda görüşə bilərəm”
25/04/2019 [22:27]:
Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılacağı yer məlum olub
25/04/2019 [21:48]:
Dollar 6 Türk Lirəsinə yaxınlaşdı
25/04/2019 [20:33]:
“Təbriz” kinoteatrının yerində müasir ticarət-əyləncə mərkəzi tikiləcək
25/04/2019 [19:14]:
“Almaniyada mənim və anamın adına bank hesabları var” - Hüseyn Abdullayev
25/04/2019 [18:26]:
Ərdoğan hücuma məruz qalan Kılıçdaroğlu ilə görüşdü - keçmiş olsun
25/04/2019 [17:43]:
Aprelin 20-ə hava proqnozu
25/04/2019 [16:39]:
İTV-nin Yayım Şurasının yeni üzvüləri danışdı
25/04/2019 [16:38]:
Ermənistan generalı Rusiyadan siyasi sığınacaq istədi
25/04/2019 [16:29]:
Pambıqçılıqda 2018-ci ildə də qarşıya qoyulan məqsədə nail olunmadı - ekspert
25/04/2019 [15:51]:
Türkiyə kubokunda ilk finalçı bəlli olub
25/04/2019 [14:17]:
DİM qabiliyyət imtahanlarının şərtlərində dəyişiklər edib
25/04/2019 [13:04]:
İlham Əliyev Pekində görüşlərini davam etdirir
25/04/2019 [11:24]:
Azərbaycan nefti bahalaşır
25/04/2019 [10:41]:
Lənkəranda quduzlaşmış itlər 9 nəfəri dişlədi
25/04/2019 [10:17]:
Yol Polisi “Formula-1”lə bağlı sürücü və piyadalara müraciət etdi
24/04/2019 [23:38]:
“Azərbaycan Diaspor Könüllüləri” proqramı təqdim olundu
24/04/2019 [23:29]:
“Space” telekanalı efirdə ədəbsiz ifadələrə görə cərimələndi
24/04/2019 [22:41]:
FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
24/04/2019 [21:34]:
Həsən Ruhani: ABŞ-ın dünya neft bazarına nəzarət edəcək gücü yoxdur
24/04/2019 [20:44]:
“Nikah müqaviləsi”nin mahiyyəti və verdiyi təminatlar - fotolar
24/04/2019 [20:18]:
Aprelin 25-ə hava proqnozu
24/04/2019 [19:07]:
Bakı Neft Emalı Zavodu təmirə dayandırılacaq
24/04/2019 [18:46]:
AMEA-da kadr təyinatları olub
24/04/2019 [17:52]:
ABŞ-ın Yerevandakı səfiri “soyqırım” tədbirində erməniləri məyus etdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
Bədənində 152 tikiş olan Aprel qazisi: 12 kvadratmetrlik otaqda qalırıq
Meriya 100 min insanın rahatlığını "Formula-1"ə qurban verdi - şərh
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
Aprelin 20-ə hava proqnozu
İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı - yenilənib
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
Ramil Usubov 372 nəfəri daxili işlər orqanlarına qəbul edib
“Formula 1”lə əlaqədar sabahdan Bakıda bu yollar bağlı olacaq - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin