Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır

19/03/2019 [00:22] - Siyasət (340)



 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını sədri, millət vəkili Qüdrət Həsənquliyev son əfv fərmanını dəyərləndirir:

- Qüdrət bəy, Prezidentin son əfv fərmanını necə qiymətləndirirsiniz?

- Həm beynəlxalq, həm yerli hüquq müdafiəçiləri həbs olunmalarında siyasi motivlərin olduğu iddia edilən bir qrup şəxsin əfv olunmasını Prezidentdən xahiş etmişdi. Mən də belə bir əfv qərarının verilməsinin həm humanizm, həm də ölkənin milli maraqları baxımından vacib olduğunu düşünərək Milli Məclisin plenar iclasında həmin çağırışlara qoşulmuşdum. Bu gün çox məmnunam ki, Prezident Novruz bayramı ərəfəsində böyük alicənablıq nümayiş etdirərək həmin şəxslərin də böyük qismi daxil olmaqla 400 nəfəri cəzadan azad edib.

- Qüdrət bəy, cəzadan azad olunanlardan biri də keçmiş səhiyyə naziri Əli İnsanov idi. Onun ilk açıqlamasını necə qarşıladınız?

- Əvvəla onu qeyd edim ki, o yaşda insanın azad edilməsi təqdir olunmalıdır. Onun siyasətdə qalacağını deməsi çox normaldır. Amma həbsdə olarkən cinayətkar dünyanın qaydalarına hörmətdən danışmaq və buna görə həyat yoldaşı ilə 14 il görüşməməsini söyləməsi iddialı bir siyasətçi üçün sadəcə biabırçılıqdır. İkinci biabırçılıq isə azad olunması üçün Qərbə, beynəlxalq təşkilatlara dönə-dönə təşəkkür etdiyi halda həbsdə olduğu müddətdə ona mənəvi dayaq olmuş ailəsinin ünvanına, onu müdafiə etmiş insanlara, yerli hüquq müdafiəçilərinə bir cümlə ilə belə təşəkkür etməməsi idi. Qərb bildiyimə görə onun azad olunması üçün heç bir ciddi tələb irəli sürməmişdi. O isə bunu bilə-bilə insanlara Qərbin onu dəstəklədiyini göstərmək və gələcəkdə onlardan kömək almaq üçün ikrah doğuran ucuz açıqlama verirdi.

Nə qədər iddialı danışsa da belə bir şəxsin xalqdan ciddi dəstək alacağı mümkünsüz görünür. Korrupsionerlərin korrupsiyaya qarşı, diktatorların demokratiya uğrunda şüarlarla hakimiyyət uğrunda savaşa atılmasını və bir qayda olaraq biabırçı iflasa uğramasını çox görmüşük.
5-ci Beynəlxalq Yoqa Günü münasibəti ilə Şamaxıda tədbir
Rusiyanın “Lenta.ru” saytı Azərbaycan xalqından üzr istəyib
Londonda Zamirə Hacıyevanın məhkəmə prosesi keçirilir
Azay Quliyev: "QHT-lər bizi şantaj etməkdənsə, layihə yazmağı öyrənsin”
Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək
Xəbər lenti
25/06/2019 [16:52]:
5-ci Beynəlxalq Yoqa Günü münasibəti ilə Şamaxıda tədbir
25/06/2019 [16:41]:
Prezident Ramil Usubovu qəbul edib
25/06/2019 [16:24]:
Robert Köçəryan yenidən həbs olundu
25/06/2019 [15:38]:
İnquşetiyanın rəhbəri istefaya gedir
25/06/2019 [14:23]:
"Qarabağ"ın ikinci oyununun saatı açıqlandı
25/06/2019 [13:07]:
İran Azərbaycanı dollardan imtina etmək üçün dilə tutur
25/06/2019 [11:42]:
Azərbaycan Rusiyanın Avropa Şurasına qayıtmasına səs verəcək?
25/06/2019 [10:26]:
Rusiyanın “Lenta.ru” saytı Azərbaycan xalqından üzr istəyib
24/06/2019 [23:28]:
80 dövlət əmlakı hərraca çıxarılacaq
24/06/2019 [23:26]:
Azercell-dən #Hədiyyə
24/06/2019 [22:49]:
Türkiyədə daha 32 hərbçi saxlanıldı
24/06/2019 [22:01]:
Görkəmli alim Şirməmməd Hüseynov vəfat edib
24/06/2019 [21:47]:
II Avropa Oyunları: 4 cüdoçumuz bürünc uğrunda yarışacaq
24/06/2019 [20:26]:
Almaniyada iki qırıcı təyyarə toqquşub
24/06/2019 [19:33]:
Londonda Zamirə Hacıyevanın məhkəmə prosesi keçirilir
24/06/2019 [18:58]:
Sami Yusuf Bakıya gəlib
24/06/2019 [18:41]:
Azay Quliyev: "QHT-lər bizi şantaj etməkdənsə, layihə yazmağı öyrənsin”
24/06/2019 [18:09]:
İlham Əliyev 6 nəfərə genreal rütbəsi verdi - sərəncam
24/06/2019 [17:03]:
Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək
24/06/2019 [16:29]:
BMT ilə əmək nazirliyin birgə layihəsi
24/06/2019 [16:12]:
Polisi güvənc yerinə çevirməliyik… - Daxili İşlər naziri
24/06/2019 [15:21]:
Neft bahalaşır
24/06/2019 [14:17]:
“Ovod” filmindən tanınan aktyor vəfat edib
24/06/2019 [13:18]:
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayıb
24/06/2019 [12:16]:
Mehriban Əliyeva BMT Baş katibinin müavini ilə görüşüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən yeni təyinat
Minimum aylıq əməkhaqqı kəskin artırıldı - yenilənib
İlham Əliyev nazirlərin yerini dəyişdi - yenilənib
Prezident sınaqdan çıxmış kadrlara yeni vəzifələr verdi – Qüdrət Həsənquliyev
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdiriləcək - səfir
Pensiyalar da artırılır
Minimum əmək haqqının artımından 950 min insan faydalanacaq - təhlil
Özgür Honça: Növbəti xatirə avronun üzərində Elçibəyin şəkli olacaq
Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər – Deputatdan sensasiyalı açıqlama
General rəisi işdən çıxardı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin