Əfv sərəncamının icrası başa çatdı

18/03/2019 [09:58] - Gündəm (287)



Martın 17-də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı icra olunub.

Sərəncamın icrası Milli Məclis deputatlarının, Ombudsman Aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, Əfv komissiyası üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki 1, 2, 4, 6, 9, 10, 11, 15, 16, 17, Bakı İstintaq Təcridxanası və digər cəzaçəkmə müəssisələrində həyata keçirilib.

Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək, sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin ediblər.

Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.

Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə, o cümlədən qadınlar, ahıllar və digər məhkumlara azad olunmaları barədə sənədləri təqdim ediblər.

Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edən Penitensiar Xidmətin rəhbərliyi, Ədliyyə Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, Ombudsman Aparatının əməkdaşları və digərləri Novruz bayramı münasibətilə məhkumlara və onların ailə üzvlərinə təbriklərini çatdırıblar. Çıxış edənlər bu humanist aktın mahiyyəti və əhəmiyyətə barədə danışıblar. Vurğulayıblar ki, əfv sərəncamı bir qayda olaraq, cəzaçəkmə müəssisələrində nümunəvi davranışları ilə fərqlənən, həqiqətən islah olunmuş məhkumlara şamil edilir. Əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarına, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətə adaptasiya olacaqlarına əminlik ifadə edilib.

Bildirilib ki, son illər Azərbaycanda insan hüquqlarının təmini istiqamətində bir sıra humanist qərarlar qəbul olunub. Prezident İlham Əliyevin martın 16-da imzaladığı və ümumilikdə 431 nəfərə şamil olunmuş əfv sərəncamı da bu humanizm aktlarının tərkib hissəsidir…

Cəzadan azad olunan şəxslər cəmiyyətə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərini bildiriblər.

Xatırladaq ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər sərəncama əsasən, cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər, həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən, üç nəfər islah işləri, bir nəfər ictimai işlər, 12 nəfər isə cərimə cəzasından azad edilib. Əfv olunan şəxslər arasında xarici ölkələrin vətəndaşları da var.
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
23/02/2020 [12:55]:
Emmanuel Makron: “İdlibdəki situasiya Avropada yeni miqrasiya böhranı yaradacaq”
23/02/2020 [12:17]:
Koronavirus fəlakətinin miqyası böyüyür: İtaliyada 10 şəhər karantinə alındı
23/02/2020 [11:42]:
Məşhur bank müştərilərinə kələk gəldi - 3 milyard dollar cərimələndi
23/02/2020 [11:18]:
Əfqanıstan hökuməti Talibana qarşı əməliyyatları dayandırdı
23/02/2020 [10:39]:
Türkiyə Suriya ilə sərhədə ağır silah yerləşdirdi
23/02/2020 [10:00]:
Ərdoğan: “Biz öz yol xəritəmizi müəyyənləşdirdik”
22/02/2020 [23:59]:
Rusiya və Türkiyə Müdafiə nazirləri İdlibi müzakirə ediblər
22/02/2020 [22:52]:
Elmar Baxşıyev: "Optimal oyunumuzu hələ tapa bilmirik"
22/02/2020 [21:30]:
Mitinqlərdə 100-ə yaxın adam saxlanıldı
22/02/2020 [20:48]:
İlham Əliyev estoniyalı həmkarını təbrik edib
22/02/2020 [20:44]:
Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı
22/02/2020 [19:50]:
İnvestisiya banklarının gəliri son 12 ildə ən aşağı səviyyəyə düşdü
22/02/2020 [19:20]:
Azərbaycan Prezidenti Yaponiya İmperatoruna təbrik məktubu göndərib
22/02/2020 [18:43]:
Avropada inflyasiya sürətləndi
22/02/2020 [18:12]:
İlham Əliyev Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb
22/02/2020 [17:39]:
Güclü yağışlar nəticəsində Cakarta növbəti dəfə su altında qalıb
22/02/2020 [16:46]:
İrəvan Teatrı qastrol səfərinə hazırlaşır
22/02/2020 [15:50]:
73 seçki məntəqəsinin nəticələri ləğv edildi - SİYAHI
22/02/2020 [15:36]:
"Fənərbağça" dünya çempionu ilə yollarını ayırdı
22/02/2020 [14:24]:
Koronavirusdan yenə onlarla ölüm hadisəsi baş verdi
22/02/2020 [13:51]:
Səfir: “Ötən il Küveytdən Azərbaycana 50 mindən çox turist gəlib”
22/02/2020 [13:50]:
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
22/02/2020 [13:17]:
Həbsxanada qiyam, ölənlər və yaralananlar var
22/02/2020 [12:59]:
Azər Qərib: “80 yaşımda deputat olmaq arzum yaransa…”
22/02/2020 [12:47]:
ABŞ “Patriot”un müvəqqəti olaraq Türkiyədə yerləşdirilməsinə qərar verməyib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Pakistanın axtarışa verdiyi şəxs Bakı aeroportunda tutuldu
Bakıda 32 yaşlı kişi dəm qazından boğulub
Neftçalanın həbs olunan İH başçısı kimdir və niyə həbs edilib?
“Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi
Neftçalanın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
143 milyon manat aliment ödənilib
Xaricilər Azərbaycanı öyrənir: yeni innovativ platforma hazırlanıb
Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçiriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin