Novruz ərəfəsi Azərbaycandan İrana axın var

17/03/2019 [11:42] - Cəmiyyət (162)



Bir ilə yaxındır ki, Astara gömrüyü 24 saatlıq iş rejiminə keçib. Buna baxmayaraq, keçiddə növbəyə durub saatlarla vaxt itirənlər az deyil. Novruz bayramı ərəfəsində bu problem özünü daha kəskin göstərir. Həftənin şənbə və bazar günləri İrana gedənlərin sayının 2 min nəfərdən çox olduğu bildirlir.

İrandan qayıdan Lənkəran rayonun Xolmili kənd sakini Şirvan Hacıyev keçiddə saatlarla vaxt itirdiyini deyir:“Gömrükdən 3-4 saata keçmişəm. İrana bazarlığa getmişdim. Əlavə ərzaq məhsulları da gətirmişəm. Vəziyyətmi düzəldim. Üç uşaq atasıyam. 52 kloqram mal götürümüşəm, yarısını aldılar. Bayram ərəfəsidir, bizdə hər şey bahadır. Pulumuz orda bahalaşıb, çox mal ala bilirik. Buna görə İrana getmişəm. Kəndimizdən İrana bazarlığa gedənlər çoxdur. Vaxtaşırı gedirik. Eşidəndə ki, pulumuz orda qalxıb, bizə sərf edir, onda İrana gedirik. Elə İran Astarasında bazarlıq edirik.”

İrandan yenicə gələn qadın söhbətə qoşulur: “İran Astarsına keçdik. Taksiyə mindik.Taksi sürücüsü qadın idi. Bizi “Rus bazarı” deyilən yerə apardı. Yolda bizə dedi ki, İran pulunun ucuzlaşması qonşu ölkələrdən bazarlığa gələnlərin sayınnın artmasına səbəb olub. O dedi ki, İranı daşıyırlar. Türkiyə, İraq, Əfqanıstan sərhədlərində də eyni vəziyyət var. Apteklərdə də növbə gördük. Hansı apteka getdik orada vətəndaşlarımızı gördük. Orda dərmanlar bizə nisbətən ucüzdur. Bizə dərmanları İranlılara nisbətən baha verirdilər. Ərzaq məhsullarını alanda da bunu gördük. İranlılar mal alanda satıcıya deyirdilər ki, onlar İranlıdır. Bizə nisbətdə onlar aşağı qiymtə mal alırdılar. Deyirdilər ki, mağazalara belə göstəriş veriblər. Birinci dəfə idi İrana gedirdim. Hara getdim bizim adamlara rast gəldim. Gələndə Astara gömrük keçid məntəqəsində böyük növbə var idi. Bu taya çıxmaq üçün dörd saata yaxın növbədə durduq. Nə almışamsa gətirdim. Mənə heç nə demədilər.”

O əlində tutduğu yükləri göstərib sözünə davam edir: “Birində ərzaqdır. Mən lazım olan ərzağın hərəsindən birini almışam.Amma İran gömrüyündə bizə xəbərdarlıq etdilər ki, un, düyü, toyuq əti almayaq. Gətirənlər gətirir.”

Astara rayon sakini Fayıq Cəfərzadə də gördüklərindən danışır.

Onun bildirdiyinə görə, Azərbaycandan İrana mal aparılmır. İrandan Azərbaycana mal gətirlir: “Əslində İran gömrüyündə qadağalar olmalıdır. Çünki mallar İranındır. Amma, Azərbaycanın Astara keçid məntəqəsində qadağalar var. İran gömrüyündə bir elə növbə yoxdur. Bizim vətəndaşların İrana getməsinin səbəbləri var. Əsas səbəb odur ki, insanlar ucuzluğa qaçır. İrana bazarlığa ən çox imkanı aşağı olanlar gedir.Mən indyə kimi bir nəfər imkanlı adam görməmişəm ki, İrana bazarlığa getsin. Gömrük keçid məntəqəsi kasıbların həyat yoludur.Bir çox ailələr var ki,bununla dolanır.Tutaq ki,Azərbaycanda bayram süfrəsi ən azı 100-150 manat pul götürürsə, İranda 50 manat xərc çəksən kifayyət edər. ” 
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Pilot Rəşad Atakişiyevin nəşi tapıldı
Xəbər lenti
21/08/2019 [15:07]:
XİN: “Azərbaycan terrorizmə qarşı yönəlmiş beynəlxalq səyləri dəstəkləyir”
21/08/2019 [14:23]:
AFFA “Qarabağ”ı cəzalandırıb
21/08/2019 [13:37]:
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
21/08/2019 [12:58]:
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
21/08/2019 [12:49]:
Rusiya ilə sərhəddə nə baş verib? - təfsilat
21/08/2019 [11:24]:
Azərbaycanda kərə yağının istehlakı sürətlə aşağı düşür
21/08/2019 [10:13]:
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20/08/2019 [23:19]:
Yaqub Zurufçu Heydər Əliyev Sarayında konsert verəcək
20/08/2019 [22:24]:
"Real"dan Neymara son təklif
20/08/2019 [21:41]:
Bakıda Avrasiya Xalqları Günləri keçiriləcək
20/08/2019 [20:35]:
Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi
20/08/2019 [19:24]:
Bakı-Naxçıvan-Bakı sərnişin avtobusları İranda gömrük nəzarətindən keçməyəcək
20/08/2019 [18:38]:
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
20/08/2019 [17:55]:
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
20/08/2019 [17:49]:
Bakıda məktəb yarmarkaları açılıb
20/08/2019 [17:08]:
Pilot Rəşad Atakişiyevin nəşi tapıldı
20/08/2019 [16:53]:
Attestatı olmayan abituriyent ADU-nun tələbəsi oldu
20/08/2019 [16:05]:
Avqustun 21-ə hava proqnozu
20/08/2019 [15:17]:
Azərbaycanı Avropa çempionatında qalib heyət təmsil edəcək
20/08/2019 [14:28]:
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib
20/08/2019 [13:34]:
Problemli kreditlərin həcmi açıqlandı
20/08/2019 [12:41]:
Yeni dövlət fondu yaradılır
20/08/2019 [12:37]:
Aktyor Məhərrəm Qurbanovun vəziyyəti stabilləşib
20/08/2019 [11:33]:
Türkiyə nazir müavini yol qəzasında ölüb
20/08/2019 [10:26]:
Ramiz Mehdiyevin yeni kitabı - Paşinyanın səhvləri...
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Vaqif Əliyevin ailə biznesi: Hindistanlı Hema, onlarla yeni şirkət, böyük işlər...
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Bakıda bu ərazilərdəki evlər söküləcək
Daha bir rayona yeni polis rəisi təyin edilib
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Deputat İqbal Məmmədovun oğlu həbs edildi
Əmək pensiyasının minimum məbləği artırıld;
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
“SOCAR Ukrayna” manipulyasiya cəhdinə görə hərraclardan uzaqlaşdırıldı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin