Şəkər xəstəsi spirtli içki içərsə... - Xəbərdarlıq

15/03/2019 [12:54] - Cəmiyyət (302)



Bəlkə də çoxunuz bu ifadəni eşitmisiniz – “diabet xəstəlik deyil, həyat tərzidir”. Yəni müəyyən qaydalara əməl etdikdə insan xəstəliyin onun həyatına mənfi təsirini minimuma endirə bilər. Ancaq həmin qaydalara əməl olunmazsa, şəkərin səviyyəsi qanda daim yüksək olarsa, bu, orqanizmin bir çox orqan və sistemlərində müxtəlif ağır pozulmalara, hətta komaya səbəb ola bilər. Bu qaydalar sırasında pəhriz və düzgün qidalanma önəmli yerdə durur. Xəstə hansı qidaları yeyib-yeməyəcəyini dəqiq bilməli və buna ciddi riayət etməlidir. Ona görə də qidalanma şəkərli diabet xəstələrini düşündürən mövzudur. Şəkər xəstələrinin həkimə ən çox verdiyi suallardan biri isə budur - spirtli içki qəbul etmək olarmı? Endokrinoloq Nadirə Ağazadə mövzu ilə bağlı e-tibb.az-a danışıb.

Həkimin sözlərinə görə, şəkərli diabet xəstələrinə spirtli içki qəbul etmək məsləhət görülmür: “Hər bir diabetli xəstə içki qəbul edərkən çox diqqətli olmalıdır. Çünki alkoqol xəstənin hər gün qəbul etdiyi şəkərsalıcı dərmanlar və ya vurduğu insulinin müalicəvi effektinə təsir göstərərək, qan şəkərinin yüksəlməsinə və ya normadan çox düşməsinə -hipoqlisemiyalara səbəb olur. Əsasən də alkoqol qəbulu qan şəkəri tez-tez düşən, kontrolsuz hiperlipidemiyası - yağları çox olan xəstələrdə ağır hipoqlisemiyalar, ketoz, pankreatit və s. ciddi ağırlaşmalara gətirib çıxara bilər".

N. Ağazadə alkoqol qəbul edən şəkər xəstələrinə bəzi məsləhətlər verib. Bildirib ki, spirtli içkilər ac qarına içilməməli, yeməklə bir qəbul olunmalıdır. Sürətlə yox, yavaş-yavaş içilməlidir. Şirniyyatla yanaşı qəbul olunmamalıdır: “Spirtli içki qəbul olunan gün və onun səhərisi xəstənin qan şəkəri ölçülməli, əgər ciddi durum varsa, bu barədə həkiminə məlumat verilməlidir. Ətrafınızda olan insanlardan hər hansı biri sizin şəkərli xəstə olduğunuzu bilməlidir. Yaxşı olar ki, üzərinizdə sizin şəkərli diabet xəstəsi olduğunu bildirən bir sənəd olsun".

Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
“Ümumdünya QİÇS-lə mübarizə günü” mövzusunda tədbir
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Xəbər lenti
08/12/2019 [23:59]:
6 minə yaxın etirazçı küçələrə çıxaraq yürüş edib
08/12/2019 [22:13]:
Şimali Koreya ABŞ-la nüvə silahı məsələsini müzakirə etməyəcək
08/12/2019 [21:45]:
Messi yeni rekord müəyyənləşdirib
08/12/2019 [20:52]:
Netanyahu Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb
08/12/2019 [19:44]:
4,3 bal gücündə zəlzələ olub
08/12/2019 [18:36]:
Əhali bir ildə narkotik almağa azı 30 milyard avro xərcləyir
08/12/2019 [18:14]:
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
08/12/2019 [17:43]:
Morales prezident seçkilərində partiyasının qərargahına başçılıq edəcək
08/12/2019 [17:10]:
Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib
08/12/2019 [16:30]:
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər
08/12/2019 [15:52]:
Azərbaycan Ermənistanla bağlı BMT-yə növbəti dəfə müraciət etdi
08/12/2019 [15:22]:
Nazirdən şok: "İranı bombalamağa hazırıq"
08/12/2019 [14:50]:
İğtişaşlarda iştirak edən 77 nəfər saxlanılıb
08/12/2019 [14:23]:
Ən hərbiləşmiş, ən yoxsul ölkə: Ermənistan bahalı işğalın altında qalıb
08/12/2019 [13:54]:
"Həzi Aslanov" metrostansiyası bağlanır?
08/12/2019 [13:43]:
“Leviafan” filmi son on ilin “Ən yaxşı filmlər”i siyahısına daxil olub
08/12/2019 [13:17]:
Sudan qoşunlarını Yəməndən çıxaracağını açıqlayıb
08/12/2019 [12:49]:
Rusiya Ukrayna ilə qaz sazişi bağlamaq üçün şərtlərini açıqlayıb
08/12/2019 [12:22]:
Futbolçular rəhbərlikdən baş məşqçini istefaya göndərməməyi xahiş ediblər
08/12/2019 [11:41]:
Tikintidə əmək münasibətləri ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb
08/12/2019 [11:21]:
ABŞ və İran girov mübadiləsi həyata keçirib
08/12/2019 [10:54]:
Təhsil nazirinin müavini rüşvət aldığına görə həbs edilib
08/12/2019 [10:00]:
"Votford"a yeni baş məşqçi təyin edilib
07/12/2019 [23:59]:
Sakinlərə həftəsonu və tətillərdə evdə ölmək qadağan edildi
07/12/2019 [22:37]:
Azərbaycan taekvondoçuları Qran-pridə iki medal qazanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə
Səfir: “BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur”
Gənclərlə bağlı layihə yekunlaşdı
İş və istirahət günlərinin yeri dəyişdirilib
“Azəriqaz”da yeni təyinat olub
Bakı Dövlət Sirkində “Buz krallığı- Fantastik Sirk Şousu”
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Ançelotti gələn həftə qovula bilər
Hərbi qulluqçumuz vəfat edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin