Akademik Asəf Nadirovun anadan olmasının 90 illiyi tamam olur

13/03/2019 [16:03] - Cəmiyyət (64)



Görkəmli alim, iqtisad elmləri doktoru, Əməkdar elm xadimi, akademik Asəf Abbasqulu oğlu Nadirovun anadan olmasının 90 illiyi tamam olur.

AZƏRTAC görkəmli alimin həyat və fəaliyyətinə dair bəzi məqamları təqdim edir.

Asəf Abbasqulu oğlu Nadirov 1929-cu il martın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. O, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsində iqtisadi coğrafiya ixtisasını bitirib. 1956-cı ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1970-ci ildə ona professor elmi adı verilib. Asəf Nadirov 1980-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilib.

Alim Azərbaycan SSR Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda şöbə müdiri (1958-1964), elmi işlər üzrə direktor müavini (1964-1981), AMEA Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi (1981-1997) vəzifələrində çalışıb. Eyni zamanda, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Asəf Nadirov yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəməyib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komitəsinin Rəyasət Heyətinin üzvü olub.

Akademik Asəf Nadirov bütün fəaliyyətini elmə, təhsilə həsr edib. Azərbaycanda iqtisad elminin inkişafında onun səmərəli xidmətləri olub. Ölkədə regional iqtisadiyyatın tədqiqi və elmi istiqamət kimi əsaslarının müəyyən edilməsi Asəf Nadirovun adı ilə bağlıdır.

Alim 500-dən çox elmi əsərin, dəyərli monoqrafiya, dərslik və elmi məqalələrin müəllifidir. Əsərləri Türkiyə, Rusiya, Almaniya, Fransa və digər ölkələrdə nəşr olunub.

Asəf Nadirov müxtəlif ölkələrdə keçirilən beynəlxalq konqres və simpoziumlarda məruzələr edib. Onun rəhbərliyi ilə 50-dən çox doktorluq və namizədlik dissertasiyası müdafiə edilib. Akademik Asəf Nadirovun elm və təhsilimizin inkişafındakı xidmətləri layiqincə qiymətləndirilib. O, müxtəlif orden və medallarla, o cümlədən “Şöhrət” ordeni ilə təltif olunub.

Akademik Asəf Nadirov 2014-cü ildə vəfat edib. Görkəmli alimin xatirəsi ürəklərdə daim yaşayacaq.
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
Ermənistan hərbçilərin maaşını artırmaqdan imtina etdi
Kasprşik Paşinyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Xəzər universiteti ittihamlara cavab verdi
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
Xəbər lenti
25/03/2019 [00:36]:
Azərbaycan millisinin yeni baş məşqçisi jurnalistlərdən futbolçu istədi
24/03/2019 [22:33]:
SOCAR BP ilə Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilər
24/03/2019 [20:44]:
Azərbaycanın Xəzərdə balıq ovu kvotası 33 faiz azaldılıb
24/03/2019 [18:19]:
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
24/03/2019 [16:32]:
"Azərbaycan millisinin müqavimətini qırmaq çox çətin oldu"
24/03/2019 [14:41]:
Türkiyədə əmlaka sahib olan azərbaycanlıların sayı artıb – Rəqəmlər
24/03/2019 [12:38]:
Londonda yüz minlərlə insan Brexit-ə qarşı marşa çıxdı
24/03/2019 [10:26]:
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
23/03/2019 [23:14]:
Gəncə-Bakı reysində dəyişiklik edilib
23/03/2019 [21:26]:
Qazaxıstanda paytaxtın adı yenidən dəyişdirilib
23/03/2019 [19:38]:
Azərbaycan nefti 67 dollara qədər ucuzlaşıb
23/03/2019 [17:43]:
Polşa-Latviya oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
23/03/2019 [16:14]:
Səfir: “Pakistan hər zaman Azərbaycanın yanındadır”
23/03/2019 [15:59]:
Ermənistan hərbçilərin maaşını artırmaqdan imtina etdi
23/03/2019 [14:33]:
Azərbaycanda böyrək köçürülmüş 900-dən çox insan var
23/03/2019 [12:21]:
Kasprşik Paşinyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
23/03/2019 [11:50]:
Xəzər universiteti ittihamlara cavab verdi
23/03/2019 [10:18]:
Ağ Ev: Suriya İŞİD-dən azad edilib
22/03/2019 [23:39]:
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
22/03/2019 [22:31]:
Zakir Həsənov Pakistanın müdafiə naziri ilə görüşüb
22/03/2019 [21:43]:
“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırıldılar - təfsilat
22/03/2019 [20:47]:
Rəsmi Bakıdan Paşinyanın bəyanatına sərt reaksiya
22/03/2019 [19:44]:
Dünyanın ən bahalı şəhərləri - siyahı
22/03/2019 [17:36]:
Bakıda bu yollar bağlanır - siyahı
22/03/2019 [15:41]:
Xəzərdə zəlzələ olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər universiteti ittihamlara cavab verdi
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
İlham Əliyev böyük siyasi dəyişikliklərin anonsunu verdi - sənədlər paketi hazırlanır
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Azərbaycan səfiri 10 banka kürü oğurladı - təfsilat
Hindlilərin rəngarəng Holi bayramı
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu
Dünyanın ən xoşbəxt ölkəsinin adı açıqlanıb
“Aparıcının efirdə böyük-böyük danışması yolverilməzdir” – MTRŞ
Bu gün İlaxır çərşənbədir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin