Avropa Parlamenti “Şimal axını 2”-ni dayandırmağa çağırıb

13/03/2019 [11:28] - Dünya (117)



Avropa Parlamentinin Strasburq şəhərindəki plenar sessiyasında Avropa İttifaqı (Aİ) ilə Rusiya Federasiyasının siyasi münasibətləri barədə qətnaməyə səs verilib.“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, sənəddə “Şimal axını 2” layihəsini dayandırmaq, fərdi sanksiya tətbiqi üçün səlahiyyətləri genişləndirmək, Rusiyanın maliyyə və texnologiyalar əldə etmək imkanını məhdudlaşdırmaq və bu ölkəni artıq strateji tərəfdaş hesab etməmək təklifləri yer alır.

Bu ay latviyalı millət vəkili Sandra Kalniyete tərəfindən Avropa Parlamentinə təqdim olunaraq 89 nəfərin bitərəf qalmaq şərtilə 163 səs əleyhinə verilməklə 402 səslə qəbul olunan qətnamədə “Rusiya tərəfindən beynəlxalq hüququn pozulması davam edərsə, Avropa İttifaqı ünvanlı fərdi sanksiyalar, maliyyə və texnologiyalara çıxışı məhdudlaşdırmaq da daxil olmaqla daha geniş sanksiyalar tətbiqinə hazır olmalıdır” kimi müddəa var.

Bundan əlavə, sənəddə “Aİ hüquq səlahiyyəti məkanında ayrı-ayrı şəxslərə dair mülkiyyət və əmlak maraqlarını məhdudlaşdırmaq” və “müvafiq sanksiya siyahısı tərtib etmək” də daxil olmaqla viza qadağaları və nöqtə sanksiyaları tətbiq etmək üçün “təxirə salmadan Aİ-nin müştərək Maqnitski qanununa (Aİ insan hüquqları müdafiəsinə dair qlobal sanksiya rejimi) dair qanunyaradıcı təklifləri hazırlamaqla bağlı Avropa Komissiyasına və Avropa diplomatik xidmətinə çağırış ifadə olunur.

Bununla yanaşı, “Şimal axını 2” layihəsinin Avropa İttifaqının Rusiya təbii qazından asılılığını artırdığı, Aİ daxili bazarına təhdid yaratdığı, Aİ enerji siyasətinə və ya strateji mənafeyinə uyğun gəlmədiyi də qeyd olunan qətnamədə adı çəkilən layihəni dayandırmağın zəruri olduğu bildirilir. Bununla əlaqədar Rusiyanın bundan belə strateji tərəfdaş hesab edilməyəcəyi diqqətə çatdırılan sənədə görə, tərəfdaşlıq və əməkdaşlıq prinsiplərinə artıq əməl olunmadığı üçün müvafiq saziş dəyişdirilməlidir.

Avropa İttifaqı ölkələrinə Rusiya ilə xarici siyasətlərini daha çox əlaqələndirməyə və razılaşdırmağa çağırış səsləndirilən qətnamədə vurğulanır ki, bu ölkə öz hüquqi və beynəlxalq öhdəliklərini yerinə yetirərsə, Aİ münasibətləri və dialoqu gücləndirməyə, yaxud əməkdaşlığa qayıtmağa açıqdır.

“Aİ ilə Rusiya arasında hazırkı mübahisə və qarşıdurmalar tərəflərdən heç birinə sərf etmədiyi üçün məyusedici nəticələrə belə baxmayaraq, əlaqə kanalları açıq qalmalıdır, qitənin yeni parçalanması Aİ və Rusiya üçün təhlükədir”, – qətnamədə qeyd olunur.
Avropa çempionatı: Azərbaycan qızıl medal qazandı
Ramil Usubov polis rəisini işdən çıxartdı
Təyyarəyə gecikən nazir istefa verməli oldu
Xəstə olsalar da, səlahiyyət müddətləri bitsə də, oturublar yerlərində - deputat
Mayın 27-ə hava proqnozu
Xəbər lenti
27/05/2019 [01:31]:
Avropa çempionatı: Azərbaycan qızıl medal qazandı
27/05/2019 [01:01]:
Ramil Usubov polis rəisini işdən çıxartdı
27/05/2019 [00:47]:
Təyyarəyə gecikən nazir istefa verməli oldu
26/05/2019 [23:34]:
Xəstə olsalar da, səlahiyyət müddətləri bitsə də, oturublar yerlərində - deputat
26/05/2019 [22:13]:
Fuad Abbasovla bağlı deportasiya qərarından şikayəti verilib
26/05/2019 [20:41]:
Vaqif Səmədoğluya həsr edilən sərgi və konsert keçirilib
26/05/2019 [18:59]:
Mayın 27-ə hava proqnozu
26/05/2019 [17:16]:
Azərbaycanın faciəsi ondadır ki, bizdə böyük şəxsiyyətlər çox olub - nazir
26/05/2019 [15:42]:
Goranboya dolu düşüb
26/05/2019 [15:06]:
Deputatın bacısı oğlu vəzifədən azad edildi
26/05/2019 [14:32]:
“Qalatasaray” Fatih Terimlə yeni müqaviləni imzalayıb
26/05/2019 [13:17]:
Sevilyada son 700 ildə ilk dəfə məscid tikiləcək
26/05/2019 [11:44]:
PKK-nın Qara dəniz üzrə düşərgəsi ələ keçirildi
26/05/2019 [10:26]:
Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib
26/05/2019 [01:33]:
Dənizkənarı Bulvarda Azarkeş Festivalı başladı
26/05/2019 [00:37]:
Gürcüstan XİN: David Qareci yaxınlığında mühəndislik işləri Azərbaycanın sərhədləri daxilində aparılır
26/05/2019 [00:06]:
Güclü külək Quba və Qusarda ciddi fəsadlar törətdi
25/05/2019 [23:08]:
Bayıl sürüşmə zonasında yaşayanlar köçürülür – baş nazir sərəncam imzaladı
25/05/2019 [21:19]:
Ermənistan Boks Federasiyası: Azərbaycan və UEFA-nı tənqid etmək ağlasığmazdır
25/05/2019 [19:56]:
AMEA magistraturasına qəbul zamanı müsahibə mərhələsi ləğv olunub
25/05/2019 [18:32]:
Azərbaycan üzüm şərablarının ixracını azaldıb
25/05/2019 [17:07]:
Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazanıb
25/05/2019 [15:51]:
Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər
25/05/2019 [14:32]:
"Bu məğlubiyyət mənim üçün ağır zərbə idi" - Messi
25/05/2019 [14:07]:
21 nəfərə fəxri ad verildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı - yenilənib
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Deputatın bacısı oğlu vəzifədən azad edildi
"ATA Bank" 1-ci qrup əlilin əmlakını satıb- pulunu mənimsəyib...
Qəfildən gördük ki, prezident içəri daxil oldu – İlham Əliyevlə söhbət edən satıcı
46 milyon da belə havaya sovruldu - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin