Azercell “Kibertəhlükəsizlik Həftəsinə” qoşulub

12/03/2019 [23:27] - İqtisadiyyat (132)




Azərbaycanda ilk dəfə olaraq kibertəhlükəsizlik sahəsində maarifləndirmə və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsinə nail olmaq məqsədilə 11 - 15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.“Kibertəhlükəsizlik həftəsinin” əsas istiqamətlərindən biri virtual dünyada uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Bu sahədə böyük təcrübəsi olan “Azercell Telekom” MMC həftənin aktiv iştirakçılarından biridir. Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Azercell tərəfindən təhsil müəssisələrində uşaqlar, valideynləri və müəllimlər üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlimlər təşkil edilir. Artıq mart ayının 4-dən 7-nə kimi Şəmkirdə Azercell-in dəstəyi ilə “Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlim keçirilib. Təlimdə 166 şagird, 38 müəllim və valideyn iştirak edib.

 

Təlimlərdə böyüklərlə yanaşı, uşaqların da həyatının ayrılmaz hissəsinə çevrilən internetdə rastlanan təhlükələr barədə məlumat verilir. Yüzlərlə iştirakçısı olan treninqlərdə məktəblilərə kibertəhlükəsizlik anlayışı aşılanır, internetdən gələn təhlükənin dərəcəsi, səbəbləri araşdırılır. Uşaqlar təhlükəsiz portallarla tanış edilir, onlara təhlükəsiz axtarış saytlarından istifadə qaydaları öyrədilir. Təlimlərdə internetdəki təhlükəli oyunlar, ekstremizm çağırışları,insanların maliyyə məlumatlarının, özəl informasiyanın oğurlanması kimi hallarla mübarizə yollarından bəhs olunur, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti, şagirdlərin üzləşə biləcəkləri çətinliklərlə bağlı ətraflı məlumat verilir. Təlimlərdə eyni zamanda müəllim və valideynlərə qurğuların kibertəhlükələrdən mühafizəsi, login və parolların kibermüdafiəsi, təhlükəsiz paylaşma üsulları öyrədilir, şəbəkədən səmərəli istifadə ilə bağlı tövsiyələr verilir, uşaqlar üçün yaradılmış təhlükəsiz resursların siyahıları, internetdən təhlükəsiz istifadənin əsaslarını öyrədən materiallar təqdim olunur.

 

Qeyd edək ki, indiyədək Azərbaycanın müxtəlif bölgələrində Azercell-in təşəbbüsü ilə məktəblilər, valideynləri və müəllimlər üçün keçirilən bu cür təlimlərlər, gələcəkdə də mütəmadi olaraq təşkil olunacaq.

Kibertəhlükəsizlik həftəsi çərçivəsində “Azercell Telekom” MMC-nin növbəti təlimi 11-15 mart tarixlərində Gəncədə baş tutacaq.

 

Dünyada kiber təhlükələrin sayı və əhatə dairəsi genişləndiyindən, hal-hazırda valideyn nəzarəti proqramlarına daha çox ehtiyac yaranmaqdadır. Bu baxımdan, artıq 3 ildir ki, tətbiq olunan “Azercell Plus Təhlükəsizlik” proqramı böyük əhəmiyyət kəsb edir. Bu proqram uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönəldilmiş “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərini əhatə edir. Bu proqram uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, yerini müəyyənləşdirmək və onun üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.

 

Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsinin” məqsədləri sırasında əhalinin bu sahədə maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsinə nail olmaq mühüm yer tutur. Həftə çərçivəsində fərqli qurumların dəstəyi ilə müxtəlif forum və tədbirlər, müsabiqələr də təşkil olunacaq. 

Avropa çempionatı: Azərbaycan qızıl medal qazandı
Ramil Usubov polis rəisini işdən çıxartdı
Təyyarəyə gecikən nazir istefa verməli oldu
Xəstə olsalar da, səlahiyyət müddətləri bitsə də, oturublar yerlərində - deputat
Mayın 27-ə hava proqnozu
Xəbər lenti
27/05/2019 [01:31]:
Avropa çempionatı: Azərbaycan qızıl medal qazandı
27/05/2019 [01:01]:
Ramil Usubov polis rəisini işdən çıxartdı
27/05/2019 [00:47]:
Təyyarəyə gecikən nazir istefa verməli oldu
26/05/2019 [23:34]:
Xəstə olsalar da, səlahiyyət müddətləri bitsə də, oturublar yerlərində - deputat
26/05/2019 [22:13]:
Fuad Abbasovla bağlı deportasiya qərarından şikayəti verilib
26/05/2019 [20:41]:
Vaqif Səmədoğluya həsr edilən sərgi və konsert keçirilib
26/05/2019 [18:59]:
Mayın 27-ə hava proqnozu
26/05/2019 [17:16]:
Azərbaycanın faciəsi ondadır ki, bizdə böyük şəxsiyyətlər çox olub - nazir
26/05/2019 [15:42]:
Goranboya dolu düşüb
26/05/2019 [15:06]:
Deputatın bacısı oğlu vəzifədən azad edildi
26/05/2019 [14:32]:
“Qalatasaray” Fatih Terimlə yeni müqaviləni imzalayıb
26/05/2019 [13:17]:
Sevilyada son 700 ildə ilk dəfə məscid tikiləcək
26/05/2019 [11:44]:
PKK-nın Qara dəniz üzrə düşərgəsi ələ keçirildi
26/05/2019 [10:26]:
Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib
26/05/2019 [01:33]:
Dənizkənarı Bulvarda Azarkeş Festivalı başladı
26/05/2019 [00:37]:
Gürcüstan XİN: David Qareci yaxınlığında mühəndislik işləri Azərbaycanın sərhədləri daxilində aparılır
26/05/2019 [00:06]:
Güclü külək Quba və Qusarda ciddi fəsadlar törətdi
25/05/2019 [23:08]:
Bayıl sürüşmə zonasında yaşayanlar köçürülür – baş nazir sərəncam imzaladı
25/05/2019 [21:19]:
Ermənistan Boks Federasiyası: Azərbaycan və UEFA-nı tənqid etmək ağlasığmazdır
25/05/2019 [19:56]:
AMEA magistraturasına qəbul zamanı müsahibə mərhələsi ləğv olunub
25/05/2019 [18:32]:
Azərbaycan üzüm şərablarının ixracını azaldıb
25/05/2019 [17:07]:
Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazanıb
25/05/2019 [15:51]:
Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər
25/05/2019 [14:32]:
"Bu məğlubiyyət mənim üçün ağır zərbə idi" - Messi
25/05/2019 [14:07]:
21 nəfərə fəxri ad verildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı - yenilənib
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Deputatın bacısı oğlu vəzifədən azad edildi
"ATA Bank" 1-ci qrup əlilin əmlakını satıb- pulunu mənimsəyib...
Qəfildən gördük ki, prezident içəri daxil oldu – İlham Əliyevlə söhbət edən satıcı
46 milyon da belə havaya sovruldu - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin