Azərbaycanın investisiya reytinqi dəyişməlidir?- təhlil

12/03/2019 [10:09] - İqtisadiyyat (158)



“Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanda bu il üçün iqtisadi artımla bağlı proqnozunu açıqlayıb.

Proqnoza əsasən bu il Azərbaycanda iqtisadi artım 3,5% təşkil edəcək. Azərbaycanda ÜDM artımı 2018-ci ildəki 1,3%-dən bu il 3,5%-dək yüksələcək.

“Fitch”in analitikləri Azərbaycanda ÜDM artımını şərtləndirən amilləri açıqlayıb: “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olanacaq qazın ixracı və ölkənin neft sahəsində hasilatın pay bölgüsü sazişinin (AÇG) müddətinin uzadılması ilə bağlı investisiyaların artımı Azərbaycanda ÜDM-in artımını dəstəkləyəcək. "Şahdəniz-2” də hasilatın artması karbohidrogen ixracının çoxalmasına səbəb olacaq ki, bu da əsas ticarət tərəfdaşlarında milli valyutaların dəyərsizləşməsi fonunda idxalın artımını kompensasiya edəcək. Turizm və kənd təsərrüfatı ölkənin qeyri-neft sektorunun inkişafına təkan verəcək. Rusiyadan Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbatın artması, dayanıqlı turizm sektoru və karbamid istehsalı zavodunun istifadəyə verilməsi qeyri-neft məhsul və xidmətlərinin ixracını stimullaşdıracaq”.

Təbii ki, Beynəlxalq Reytinq Agentliyinin hesablamaları kifayət qədər ciddi və ən əsası isə bir neçə mənbədən təsdiqlənmiş məlumatlara əsaslanır. Burada maraqlı məqam qeyri-neft sektorundakı artım proqnozlarıdır. Hökumət 2015-ci ildən - yəni 122 faizlik devalvasiya şokundan sonra qeyri-neft sektoruna önəm verməyə başladı. 

Dünya Bankının illər öncə hazırladığı hesabata əsasən, post-neft dövründə Azərbaycan iqtisadiyyatının ağırlıq mərkəzi 2 sahənin üzərinə düşəcək - kənd təsərrüfatı və turizim. Məşğul əhalinin 38 faizinin çalışdığı aqrar sektor avtomatik olaraq pos-neft dövründə prioritetə çevrilir. Ölkənin coğrafiyası isə turizmin inkişafını şərtləndirir. Bu baxımdan devalvasiya şokundan sonra neftin qiymətlərində əhəmiyyətli artımın olmasına baxmayaraq hökumət neftdən asılı iqtisadiyyat sindromundan qurtulmaq üçün kənd təsərrüfatı və turizmin inkişafı üçün addımlar atmağa başladı. Turizmlə bağlı ciddi irəliləyişlər artıq var - Bakı, Qəbələ, Şəki-Zaqatala artıq turizm bölgəsinə çevrrilir. 

Aqrar sektorla bağlı isə proseslər çox ləng gedir. Bunun da ciddi səbəbləri var. Ən böyük səbəb isə satış bazarlarının məhdudluğu bağlıdır. Kənd təsərrüfatı istehsalçıları məhsullarını həm daxili, həm də xarici bazarlara çıxartmağa çətinlik çəkirlər. Rusiya bazarlarında Azərbaycanın aqrar məhsullarına təlabatın artması problemin nisbətən aradan qaldırılmasına səbəb olub. Buna görə də indiki zəif imkanları ilə belə aqrar sektor ÜDM-ın artımına öz tövhəsini verə bilib. Satış bazarları problemi həll olunsa, ən başlıcası isə daxildə emal sənayesinə yatırımlar artsa, bu artımlar daha yüksək ola bilər. 

Ümumiyyətlə götürdükdə isə, ÜDM-in strukturunda kənd təsərrüfatı və turizmin payının artması özü müsbət haldır. Bununla belə, hökumət bu sektorların dinamik inkişafı üçün adekvat qərarlar qəbul etməlidir. Çünki indiyədək qəbul edilən qərarlar yetərli olmayıb - bu daha çox aqrar sektora aiddir. 

Bütün bunların fonunda rəsmi Bakı belə hesab edir ki, dünyanın aparıcı reytinq agentlikləri olan “Standard and Poor's”, “Moody's” və  Fitch”in Azərbaycanın kredit reytinqini “BB+” səviyyəsində müəyyən etməsi ədalətli yanaşma deyil. 

Maliyyə naziri Samir Şərifov bu reytinqdən narazlılığını ifadə edib: “Hesab edirik ki, Azərbaycanın reytinqi 1 pillə də yuxarı, yəni əvvəlki “BBB-” səviyyəsində olmalıdır." 

Konkret desək, Samir Şərifov Azərbaycana investisiya reytinqi verilməli olduğunu vurğulayıb: “Çünki Azərbaycan iqtisadi böhrandan sonra problemlərini, xüsusilə borc problemini uğurla həll edib, valyuta ehtiyatları kifayət qədər artıb, odur ki, ölkənin reytinqinin qaldırılması üçün zəmin yaranıb”.

Qeyd edək ki, təkcə ötən il Azərbaycanın  valyuta ehtiyatları 3 milyard dollar artıb və 45 milyard dollara çatıb. Xarici borc 22,8 faizdən 19 faizə düşüb və iqtisadiyyat üçün  kritik həddən 3 dəfə azdır. 

Avropa Birliyinin 1992-ci il Maastrixt razılaşmasına görə, xarici borc ÜDM-in 60 faizindən yuxarı olduqda təhlükəli səviyyə hesab olunur. Əgər xaric borc 1 il ərzində 3 faiz azalıbsa və təhlükəli həddən 3 dəfə azdırsa, onda maliyyə nazirinin kredit reytinqinə yenidən baxılması təklifində haqlıdır. 

Reytinq göstəricilərinin yaxşılaşması isə ölkəyə investisiya axınını stumulaşdıra və biznes mühitini yaxşılaşdıra bilər – o cümlədən də investisiya problemi olan aqrar sektorun maliyyələşdirlməsi baxımından.

Qadir İBRAHİMLİ

Avropa çempionatı: Azərbaycan qızıl medal qazandı
Ramil Usubov polis rəisini işdən çıxartdı
Təyyarəyə gecikən nazir istefa verməli oldu
Xəstə olsalar da, səlahiyyət müddətləri bitsə də, oturublar yerlərində - deputat
Mayın 27-ə hava proqnozu
Xəbər lenti
27/05/2019 [01:31]:
Avropa çempionatı: Azərbaycan qızıl medal qazandı
27/05/2019 [01:01]:
Ramil Usubov polis rəisini işdən çıxartdı
27/05/2019 [00:47]:
Təyyarəyə gecikən nazir istefa verməli oldu
26/05/2019 [23:34]:
Xəstə olsalar da, səlahiyyət müddətləri bitsə də, oturublar yerlərində - deputat
26/05/2019 [22:13]:
Fuad Abbasovla bağlı deportasiya qərarından şikayəti verilib
26/05/2019 [20:41]:
Vaqif Səmədoğluya həsr edilən sərgi və konsert keçirilib
26/05/2019 [18:59]:
Mayın 27-ə hava proqnozu
26/05/2019 [17:16]:
Azərbaycanın faciəsi ondadır ki, bizdə böyük şəxsiyyətlər çox olub - nazir
26/05/2019 [15:42]:
Goranboya dolu düşüb
26/05/2019 [15:06]:
Deputatın bacısı oğlu vəzifədən azad edildi
26/05/2019 [14:32]:
“Qalatasaray” Fatih Terimlə yeni müqaviləni imzalayıb
26/05/2019 [13:17]:
Sevilyada son 700 ildə ilk dəfə məscid tikiləcək
26/05/2019 [11:44]:
PKK-nın Qara dəniz üzrə düşərgəsi ələ keçirildi
26/05/2019 [10:26]:
Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib
26/05/2019 [01:33]:
Dənizkənarı Bulvarda Azarkeş Festivalı başladı
26/05/2019 [00:37]:
Gürcüstan XİN: David Qareci yaxınlığında mühəndislik işləri Azərbaycanın sərhədləri daxilində aparılır
26/05/2019 [00:06]:
Güclü külək Quba və Qusarda ciddi fəsadlar törətdi
25/05/2019 [23:08]:
Bayıl sürüşmə zonasında yaşayanlar köçürülür – baş nazir sərəncam imzaladı
25/05/2019 [21:19]:
Ermənistan Boks Federasiyası: Azərbaycan və UEFA-nı tənqid etmək ağlasığmazdır
25/05/2019 [19:56]:
AMEA magistraturasına qəbul zamanı müsahibə mərhələsi ləğv olunub
25/05/2019 [18:32]:
Azərbaycan üzüm şərablarının ixracını azaldıb
25/05/2019 [17:07]:
Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazanıb
25/05/2019 [15:51]:
Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər
25/05/2019 [14:32]:
"Bu məğlubiyyət mənim üçün ağır zərbə idi" - Messi
25/05/2019 [14:07]:
21 nəfərə fəxri ad verildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı - yenilənib
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Deputatın bacısı oğlu vəzifədən azad edildi
"ATA Bank" 1-ci qrup əlilin əmlakını satıb- pulunu mənimsəyib...
Qəfildən gördük ki, prezident içəri daxil oldu – İlham Əliyevlə söhbət edən satıcı
46 milyon da belə havaya sovruldu - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin