Bolqarıstan səfiri: “Enerji sahəsindəki əməkdaşlıq strateji əhəmiyyət daşıyır”

05/03/2019 [21:59] - İqtisadiyyat (304)



Bolqarıstanın milli bayramı – Azadlıq Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

İstiqlal.az xəbər verir ki, səfir Nikolay Yankov çıxış edərək bildirib ki, 3 mart tarixində Bolqarıstan öz Azadlıq Gününü və Bolqarıstanın Dövlətçiliyinin Bərpasını qeyd edir. Ölkə tarixi barədə qısa məlumat verən səfir deyib ki, yaradıldığı 681-ci ildən etibarən yaşadığı 1338 il Bolqarıstanın qələbə və hüzün anları ilə tarixi eniş-çıxışları olub, ötən 13 əsr ərzində Bolqarıstan öz adını və varlığını, azad ruhunu və daha yaxşı bir gələcəyə inamını qoruyub saxlaya bilib: “1878-ci il 3 mart tarixində San Stefano Müqaviləsinin imzalanması ilə yenidən öz müstəqilliyini qazananadək, ölkəmiz təxminən 5 əsr ərzində müstəqil dövlət olmamışdır. Həmin gün Bolqarıstan özünün çoxdan arzulanan azadlığını yenidən əldə etdi və suveren, müstəqil və demokratik xalq olmaq istiqamətində öz yoluna başlayıb. Bu gün Bolqarıstan, müasir və çiçəklənən ölkə və Avropa Birliyinin, eləcə də bir çox digər beynəlxalq təşkilatların üzvüdür. Bolqarıstan öz qonşuluğundakı, eləcə də dünyanın müxtəlif ölkələri ilə dostluq və yaxşı qonşuluq münasibətlərini inkişaf etdirməkdədir.  Bolqarıstan təhlükəsizlik, sabitlik və iqtisadi çiçəklənmə üçün öz yerinə malik regional faktordur”.

 N.Yankov əlavə edib edib ki, bu il həm də Bolqar Diplomatik Xidmətinin yaranmasından 140 il ötür, hansı ki ölkə xarici siyasətinin və fəal iki tərəfli və beynəlxalq əməkdaşlığın inkişafında aparıcı qüvvəyə çevrilib. Azərbaycanla əlaqələrə toxunan diplomat bildirib ki, bu il həmçinin, Bolqarıstan Respublikasının Azərbaycanda  Səfirliyinin açılmasının 20 illiyi tamam olur: “1992-ci ildə diplomatik əlaqələrimizin qurulmasından bəri ölkələrimiz yaxın dostluq əlaqələrindən, yüksək səviyyəli dioloqdan və ortaq maraq dairəsinin bütün sferalarında inkişaf edən ikitərəfli əməkdaşlıqdan faydalanıb.  Hər iki ölkə öz əlaqələrini Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya səfəri zamanı imzalanan Strateji Əməkdaşlıq üçün Birgə Bəyənnaməyə əsasən strateji əməkdaşlıq ruhunda inkişaf etdirir. O vaxtdan, Bolqarıstan Prezidentinin, Baş nazirin, Parlament sədrinin və bir çox nazirlərin Bakıya bir sıra səfərləri baş tutub”.  Səfir deyib ki, enerji sahəsindəki əməkdaşlıq qarşılıqlı strateji əhəmiyyət daşıyır. 

Bolqarıstan Azərbaycanı Cənub Qaz Dəhlizinin həyata keçirilməsində əsas aparıcı qüvvə kimi tanıyır və yalnız bizim ölkə üçün deyil, həmçinin, bütün Avropaya təbii qaz təchizatı mənbələri və marşrutlarının diversifikasiyası üçün əhəmiyyətli tətərfdaş hesab edir: “Bolqarıstan illik istehlakının təxminən 30 faizini təşkil edən, 2020-ci ildən etibarən Şah Dəniz 2 layihəsindən hər il 1 milyard kub metr qaz almaq üçün artıq müqavilə imzalanıb və biz əlaqələrimizi enerji sektorunda möhkəmləndirmək üçün digər imkanlar üzərində də çalışırıq”. Diplomat qeyd edib ki, bu gün Bolqarıstan milli qaz şəbəkəsini modernləşdirmə prosesindədir və tezliklə Azərbaycan da daxil olmaqla müxtəlif mənbələrdən gələn qazı Balkanlara və Avropanın Qərbinə və Şimali Avropaya nəql etmək imkanı əldə qazanacaq. Bu, uzun illər Avropanın enerji təhlükəsizliyinin mühüm tərəfdarı kimi fəaliyyət göstərəcək və öz qeyri-enerji sektorunu daha da inkişaf etdirmək və xalqına daha çox rifah təmin etmək üçün əlavə mənfəət əldə edə biləcək Azərbaycana da danılmaz mənfəət gətirəcək. Onun sözlərinə görə, Həm Bolqarıstan, həm də Azərbaycan ikitərəfli əlaqələrin iqtisadiyyat və ticarət, nəqliyyat və malların daşınması, kənd təsərrüfatı, turizm, əczaçılıq, elm və texnologiya, təhsil və digər sahələrdə inkişaf potensialını artırmaq üçün böyük səylər göstərir.

Azərbaycan hökuməti adından bolqar xalqını bayram münasibəti ilə təbrik edən Azərbaycan Respublikası kənd təsərrüfatı nazir İnam Kərimov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 27 il keçdiyini xatırladaraq, bu illər ərzində əlaqələrin sürətlə inkişaf etdiyini deyib. Nazirin sözlərinə görə, ölkələrimiz arasındakı münasibətlər strateji xarakter daşıyır və qarşılıqlı əməkdaşlıq hər iki ölkə rəhbərlərinin səyləri nəticəsində daha da genişlənərək inkişaf edir: “Bu günədək iki ölkə arasında 55 sənəd imzalanıb ki, həmin sənədlər arasında 2015-ci ildə imzalanan strateji tərəfdaşlıq sazişinin əməkdaşlıq üçün yeni imkanlar açılıb. 

SƏMLA
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
21/09/2020 [00:19]:
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
20/09/2020 [23:59]:
Vyanada bal mövsümü ləğv edilib
20/09/2020 [21:24]:
Azərbaycan bu il 68 mln. dollarlıq gübrə idxal edib
20/09/2020 [20:58]:
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
20/09/2020 [18:43]:
Ekzoplanetlərdə almaz tapıla bilər
20/09/2020 [17:24]:
Yunanıstan Yanoş qasırğası ilə mübarizə aparır
20/09/2020 [17:12]:
"Bakcell" neftçiləri təbrik etdi
20/09/2020 [17:00]:
İlham Əliyev: "Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır"
20/09/2020 [16:52]:
ABŞ Kanada ilə sərhədləri açmağa hazırlaşır
20/09/2020 [15:43]:
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
20/09/2020 [15:25]:
Daha 154 nəfər COVİD-19-dan sağalıb
20/09/2020 [14:40]:
Gəzinti cavan qalmağa kömək edirmi? - Gündə 10 min addım...
20/09/2020 [13:36]:
BMT Belarusa dair qətnamə qəbul etdi - Rusiyanın bütün təklifləri rədd edilib
20/09/2020 [12:34]:
Azərbaycan tütün məmulatlarının idxalını azaldıb
20/09/2020 [12:10]:
İnsanların yarısında COVID-19-a qarşı anadangəlmə immunitet ola bilər
20/09/2020 [11:41]:
Nazir: "İranda virusdan ölənlərin sayı 45 minə yüksələcək"
20/09/2020 [11:14]:
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
20/09/2020 [10:27]:
Bağlanmış 4 bankın əmanətçilərinə 532 milyon manata yaxın vəsait ödənilib
20/09/2020 [10:00]:
Yenidən koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunacaq
20/09/2020 [09:51]:
"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür
19/09/2020 [23:59]:
Rusiya 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək
19/09/2020 [21:40]:
Hansı bədən temperaturu normal hesab edilməlidir?
19/09/2020 [20:45]:
Tural Gəncəliyev: "Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır"
19/09/2020 [20:39]:
Boris Conson koronavirusun ikinci dalğasının yaxınlaşdığını bildirib
19/09/2020 [19:39]:
Külək güclənib, Xəzərdə dalğanın hündürlüyü 2.7 metrə çatıb - FAKTİKİ HAVA
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
DÇ-2022-nin 3 stadionunda Çempionlar Liqasının oyunları keçiriləcək
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin