Beyləqanda Heydər Əliyev adına parkın ərazisi satılıb - Sənəd

05/03/2019 [15:47] - Gündəm (488)



Beyləqan rayonundakı Heydər Əliyev parkının müəyyən əraziləri hələ 2011-ci ildə satılıb". Bunu Beyləqan sakini, 2014-cü ilə kimi Beyləqan Rayon İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri olmuş Zakir Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu satışla bağlı iki sənəd verilib, sənədin biri 2011-ci ildə 24 sot sahəyə, digəri isə 203-cü ildə isə 34 sot sahəyə aiddir.

Amma hüquq şöbəsinin keçmiş müdiri iddia edir ki, vəzifədə olduğu müddətdə bu sənədlər üzə çıxmayıb: "O zaman həmin sənədlərdən xəbərsiz olmuşam, bu sənədlərin varlığından belə xəbərim olmayıb. Həmin vaxtlar 30-40 alqı-satqının, demək olar ki, yarısı mənim xəbərim olmadan reallaşdırılıb. Yalnız mən vəzifədən azad olunduqdan sonra bu alqı-satqılarla bağlı sənədləri üzə çıxarıblar. Deməyim odur ki, bu sənədlər saxtadır, ərazi istirahət parkı olduğu üçün alqı-satqı obyekti ola bilməz".

Z.Mehdiyev deyir ki, bu parka 2003-cü ildə Heydər Əliyev vəfat etdikdən sonra onun adı verilib və xatirəsi əbədiləşdirilib. Buna qədər isə Beyləqan şəhərinin Mədəniyyət və İstirahət Parkı kimi tanınıb.

Z.Mehdiyevin sözlərinə görə, bu ərazilər rayonun iş adamı Vahid Abdullayev tərfindən alınıb, həmin ərazidə çoxsaylı şam ağacları kəsilib, sahə hasarlanıb: "Bu, həm də şəhərdə insanların istirahət yerinin əlindən alınmasıdır və ona görə bu alqı-satqı bir çox adamlarda narazılıq yaradıb.

Hüquq şöbəsinin keçmiş müdirinin sözlərinə görə, həmin əraziləri alqı-satqı obyekti edə bilməkdən ötrü mənzil istismar idarəsinin burada yerləşən 30 kvadratmetr ərazisini əsas götürüblər: "Deməli, həmin 30 kvadratmetr yer üstünə əlavə olaraq 5800 kvadratmetr yer qanunsuz satılaraq zəbt edilib".

Z.Mehdiyev bildirir ki, bu məsələ ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətində olub, vəziyyəti rayon rəhbərliyinə çatdırıb və məhkəmə iddiası qaldıracağını bildirib.

Parkın ərazisinin bütünlükdə 4 hektar 21 sot olduğunu deyən keçmiş şöbə müdiri iddia edir ki, indi bunun 3 hektardan çoxu yoxdur: "Bunu rayonun yeni icra başçısı Asif Ağayevə də dedim. O da tikinti şöbəsinin məsullarından bu ərazilərdəki vəziyyəti xəbər aldı. Cavab da belə oldu ki, bu ərazilərin bir hissəsi mənzil tikintisinə verilib, bir hissəsi rayon polis şöbəsi binasının, uşaq bağçasının tikintisinə ayrılıb, bir hissəsi də sahibkara verilib".

Parkın ərazisinin qanunsuz satılması iddiası ilə Z.Mehdiyev 2018-ci ildə Beyləqan Rayon Məhkəməsində iddia qaldırıb, amma məhkəmə iddianı rədd edib: "Bundan irəli gələrək, Beyləqan Rayon Məhkəməsinin qərarından Şirvan İnzibati İqtisadi Məhkəməsinə müraciət etdim. Burada da Beyləqan Rayon Məhkəməsi haqlı sayıldı. Bundan sonra Ali Məhkəməyə müraciət etdim və Ali Məhkəmə 2018-ci il dekabrın 27-də qəbul etdiyi qərarla iddiamı qismən təmin etdi".

Z.Mehdiyev deyir ki, Ali Məhkəmə işi baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərib: "Amma Şirvan Apellyasiya Məhkəməsi prosesə baxılma vaxtını hələ müəyyən etməyib", deyə keçmiş şöbə müdiri bildirir.

Deyilənlərlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək səylərimizə baxmayaraq, bu, mümkün olmayıb.

Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
12/07/2020 [20:25]:
Ədəbiyyatımızın Mirzə Fətəli əsri
12/07/2020 [18:58]:
Dünyanın ən varlı qadınlarının reytinqi açıqlandı
12/07/2020 [17:24]:
Lionel Messi daha bir tarixi rekorda imza atıb
12/07/2020 [16:52]:
“Türk Hava Yolları” İstanbul-Bakı aviareyslərinin sayını artırır
12/07/2020 [16:43]:
Koronavirusun üçüncü dalğası da gözlənilir
12/07/2020 [16:37]:
Qazaxda minik və yük avtomobili toqquşub
12/07/2020 [16:27]:
Ermənilər təxribat törədib, itkilər var - Müdafiə Nazirliyi
12/07/2020 [15:49]:
Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
12/07/2020 [15:41]:
Meksikada koronavirusa yoluxanların ümumi sayı 295,2 mini ötdü
12/07/2020 [15:38]:
Ərdoğan: “Digər ölkələr Aya Sofya haqqında qərara hörmətlə yanaşmalıdır”
12/07/2020 [15:28]:
Luminar Bug fotomüsabiqəsi elan olunub
12/07/2020 [14:40]:
Almaz bəzəkli tibbi maskalar satışa çıxarıldı
12/07/2020 [14:04]:
Ronaldinyonun apelyasiya şikayəti təmin olunmayıb
12/07/2020 [13:26]:
Müntəzəm aktivlik koronavirusa yoluxmanın qarşısını alır?
12/07/2020 [12:48]:
"Yuventus" "Atalanta" ilə məlubiyyətdən son dəqiqələrdə xilas olub
12/07/2020 [12:14]:
Tramp Venesuela və Kuba uğrunda "mübarizə aparacağına" söz verdi
12/07/2020 [11:55]:
Leysan yağışlar selə səbəb olub - Faktiki hava
12/07/2020 [11:43]:
Dünyada koronavirusun ilk vaksinin sınağı başa çatdı
12/07/2020 [11:28]:
Zidanın dövründə 500-cü qol
12/07/2020 [10:42]:
Braziliyada yeni virus təşvişi
12/07/2020 [10:00]:
Koronavirusdan sonra ağciyərləri necə sağaltmaq olar?
12/07/2020 [09:57]:
Aya Sofyanın adı dəyişdirilir? - Rəsmi açıqlama
12/07/2020 [09:38]:
Bir Dünya, Bir Günəş, Bir Şəbəkə
11/07/2020 [22:35]:
Rəssamın “Zəfər tağı” əsəri 22,5 milyon dollara satılıb
11/07/2020 [21:29]:
Antonio Konte transferlərə ən azı 180 milyon avro xərclənməsini tələb edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
DTX-nin XİN-də keçirdiyi əməliyyatın görüntüləri
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub - 8 nəfər vəfat edib
Bir neçə rayona yeni prokuror təyin olundu
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
Avropa Pakistanın Hava Yollarını bağlayır
3 ölkə arasında müasir və proqresiv ticarət sazişi (T-MEC) qüvvəyə minir
3 yaşlı oğlan uşaq terror hücumunda sağ qalıb
“Xınalıq” UNESKO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb
Hazırlanmaqda olan koronavirus vaksininin əsas üstünlüyü açıqlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin