“İclaslar keçirilmirdi, lakin Cahangir Hacıyev protokolları imzalayırdı”

04/03/2019 [15:52] - Cəmiyyət (336)



Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Virtualaz.org-un xəbərinə görə, müttəhimlər kürsüsündə sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, “Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərləri əyləşib.

Təqsirləndirilən şəxslərə qarşı CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və “Aqrokreditbank” tanınıb.

Prosesdə şahid qismində Gündüz Məmmədov ifadə verib. O, ifadəsində 2008-2011-ci illər ərzində Beynəlxalq Bankın Kartlar departamentinin rəhbəri, Kredit komitəsinin üzvü olub.

G.Məmmədov qeyd edib ki, hazırda Beynəlxalq Bankın Abşeron filialının müdir müavini vəzifəsində çalışır: "Kredit komitəsində layihələrə verilən kreditlərə qol çəkmişəm. Bankın Kredit komitəsi kreditlərin verilməsinə nəzarət edən qurum olub. Dəqiq xatırlamıram, həmin kreditlərin limitinin nə qədər olduğunu, təxminən, 100 min manatlıq kreditlər idi. Kredit komitəsinin o vaxtki rəhbər vəzifəsində Akif Əliyev işləyirdi. Layihələrə daha çox kreditlərin verilməsinə isə Bankın Müşahidə Şurası nəzarət edirdi. Tutaq ki, şirkət zavod tikirdi, biznes sənədlərini banka təqdim edirdu və girov qoyurdu. Kredit komitəsi də onları araşdırıb sonra qərar verirdi".

Məhkəmədə elan olunub ki, şahidin ifadələri arasında ziddiyyətlər var. Bildirilib ki, G.Məmmədov 1,5 milyon manatlıq layihələr üçün verilən kreditlərə imza atıb.

G.Məmmədov məhkəmədə söyləyib ki, Kredit komitəsində qərarlar iclas zamanı deyil, iclasdan sonra elan olunub.

Daha sonra şahid qismində Beynəlxalq Bankın digər əməkdaşı Aydın Səlimov dindirilib.

O deyib ki, Bankın Aktivlər və passivlər departamentinin üzvü olub, veksellərin əməliyatları zamanı sənədlərə imza atmayıb: "Çox vaxt iclaslarda iştirak etmirdim. Heç vaxt veksellərin əməliyyatları zamanı məruzə edilməyib, sənədlərdə də imzam yoxdur".

Məhkəmədə şahid qismində ifadə verən Həsən Həsənzadə söyləyib ki, Beynəlxalq Bankın Aktivlər və passivlər departamentinin katibi vəzifəsində çalışıb. Ötən il işdən ayrıldığını bildirən şahid qeyd edib ki, Aktivlər və passivlər departamenti formal qurum olaraq işləyib: "Elə hallar olurdu ki, iclaslarda iştirak etmirdim. Elə hallar da olurdu ki, iclaslar keçirilmirdi, lakin veksellərlə bağlı protokollar tərtib edilirdi, Bankın sədri Cahangir Hacıyev də imza qoyurdu. Cahangir Hacıyev göstəriş verirdi ki, Xəzinədar Departamentindən təqdim edilən sənədləri siyahıya daxil edim. Mən də onun dediklərini edirdim".

Prosesdə şahid qismində Şakir Musayev də dindirilib. O, "İntertekstil" şirkətinin sabiq rəhbəri olduğunu, istintaqa verdiyi ifadəni təsdiq etdiyini söyləyib.

Ş.Musayev deyib ki, D.Xəlilovun göstərişi ilə onun şirkətinin işçilərinin adına Beynəlxalaq Bankdan 5 milyon manatdan artıq kredit götürülüb: "Dünyamin müəllim zəng etdi, mən də mühəndis İlham Ağaverdiyevə dedim ki, işçiləri banka göndərsin sənədlərə imza atsınlar. Sonra məlum oldu ki, həmin işçilərin adına kredit götürülüb, həmin kreditlər də artıq ödənilib".

Şahid söyləyib ki, layihənin rəhbəri D.Xəlilov olub, bütün göstərişləri də sabiq deputatdan alıb.

DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
21/09/2020 [11:12]:
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
21/09/2020 [10:35]:
Donald Tramp: “Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz”
21/09/2020 [10:00]:
İran ABŞ-ı öhdəliklərinə əməl etməyə çağırıb
21/09/2020 [00:19]:
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
20/09/2020 [23:59]:
Vyanada bal mövsümü ləğv edilib
20/09/2020 [21:24]:
Azərbaycan bu il 68 mln. dollarlıq gübrə idxal edib
20/09/2020 [20:58]:
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
20/09/2020 [18:43]:
Ekzoplanetlərdə almaz tapıla bilər
20/09/2020 [17:24]:
Yunanıstan Yanoş qasırğası ilə mübarizə aparır
20/09/2020 [17:12]:
"Bakcell" neftçiləri təbrik etdi
20/09/2020 [17:00]:
İlham Əliyev: "Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır"
20/09/2020 [16:52]:
ABŞ Kanada ilə sərhədləri açmağa hazırlaşır
20/09/2020 [15:43]:
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
20/09/2020 [15:25]:
Daha 154 nəfər COVİD-19-dan sağalıb
20/09/2020 [14:40]:
Gəzinti cavan qalmağa kömək edirmi? - Gündə 10 min addım...
20/09/2020 [13:36]:
BMT Belarusa dair qətnamə qəbul etdi - Rusiyanın bütün təklifləri rədd edilib
20/09/2020 [12:34]:
Azərbaycan tütün məmulatlarının idxalını azaldıb
20/09/2020 [12:10]:
İnsanların yarısında COVID-19-a qarşı anadangəlmə immunitet ola bilər
20/09/2020 [11:41]:
Nazir: "İranda virusdan ölənlərin sayı 45 minə yüksələcək"
20/09/2020 [11:14]:
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
20/09/2020 [10:27]:
Bağlanmış 4 bankın əmanətçilərinə 532 milyon manata yaxın vəsait ödənilib
20/09/2020 [10:00]:
Yenidən koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunacaq
20/09/2020 [09:51]:
"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür
19/09/2020 [23:59]:
Rusiya 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək
19/09/2020 [21:40]:
Hansı bədən temperaturu normal hesab edilməlidir?
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
DÇ-2022-nin 3 stadionunda Çempionlar Liqasının oyunları keçiriləcək
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin