Kredit aministyiyası: MDB təcrübəsi və Azərbaycan variantı-təhlil

04/03/2019 [11:01] - İqtisadiyyat (244)



Prezident İlham Əliyevin  dollar kreditləri iə bağlı fərmanı böyük bir insan qrupunu (500 mindən çox) əhatə etdiyindən sənədi “kredit aministiyası” kimi dəyərləndirmək olar. 2015 devalvasiyasından sonra gözlənilən fərman nəhayət ki, verildi. 

Fərmanda nəzərdə tutulan kompensasiyalar üçün 700 milyon manata yaxın vəsait ayrılacaq. Təbii ki, balaca məbləğ deyil və bu il üçün nəzərə tutulan  minimum əmək haqqı və pensiyanın, təqaüd və müavinətlərin artırılmasının maliyyə tutumuna (882 milyon manatdır) yaxın bir məbləğdir.
MDB ölkələrində devalvasiyadan sonra hökumətlərin verdiyi təzminat təcrübəsini təhlil etsək, Azərbaycan variantının daha çox sosial və iqtisadi tutumlu olması üzə çıxır. 

Birincisi, MDB məkanında devalvasiya ziyanları bank, müştəri və dövlər arsında bölüşdürülürdü. Şərti olaraq, müştəri devalvasiya nəticəsində banka müqavilədən 150 dollar artıq ödəniş etmişdisə,  bu ziyanın 50 dollarını bank, 50 dollarını müştəri, 50 dollarını isə dövlət qarşılayırdı. Ancaq Azərbaycan variantında bu zərərin hamısını dövlət öz üzərinə götürdü. Konkret desək, dollar kreditləri devalvasiyadan əvvəl mövcud olmuş 1 dollar=78 qəpik məzənnəsi ilə hesablanacaq. 

İkincisi, bankların maliyyə imkanları yaxşılaşdı. Çünki dövlət vətəndaşlar qədər banklara da dəstək verdi. Bu devalvasiyadan sonra maliyyə çətinlikləri yaşayan bankların maliyyə göstəricilərini yaxşılaşdırmaq üçün yeni maliyyə resursları qazandılar. Bu Beynəlxalq Bank əməliyyatından sonra bu hökumətin bank sektorunun fəaliyyətindən dolayı 2-ci ən böyük yardım paketidir. 

Üçüncüsü, devalvasiyadan sonra bank sisteminin kredit seqmenti kəskin zəifləmişdi. Devalvasiya şokunu yaşamış insanlar bank kreditlərindən qaçırdılar. Bu banklar normal fəaliyyəti üçün çətinliklər yaradırdı. Bu fərman həm də bu psixoloji diskomfortu aradan qaldırdı. Güman ki, yaxın vaxtlarda kredit bazarı yenidən canlanacaq. Bu həm kiçik biznesin inkişafına müyyən stimullar verəcək.

Gözləntilərin əksinə olaraq , prezident fərmanında kredit təzminatlarının ödənilməsi üçün maliyyə mənbəyi kimi Dövlət Neft Fondu və ya Prezidentin Ehtiyat Fondu yox, dövlət büdcəsi göstərilir. Buna qədər minimum əmək haqqı və pensiyanın, təqaüd və müavinətlərin artırılması ilə bağlı prezident sərəncamları olmuşdu. Bu sərəncamların maliyyə tutumu 882 milyon manatdır və avtomatik olaraq dövlət büdcəsinə bağılanır.  

Deməli, bu qərarların icrası üçün zərurui olan 1,5 milyard manat dövlət büdcəsi hesabına ödəniləcək. Bu, 2019-cu ilin dövlət büdcəsi xərclərinin (25,2 milyard manat)  6 faiz artımı deməkdir. Yəni ya dövlət büdcəsinin xərclərinə yenidən baxılmalı, ya da büdcənin indiki xərclərinin strukturu dəyişməlidir.

Maliyyə naziri Samir Şərifov KİV-ə açıqlamasında bildirib ki, Azərbaycanda bu ilin əvvəlindən əhalinin sosial müdafiəsi məqsədi ilə görülən tədbirlərin – minimum əmək haqqı və pensiyanın, təqaüd və müavinətlərin artırılmasının maliyyə tutumu 882 milyon manatdır: Bu vəsait dövlət büdcəsində formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcək və bu səbəbdən büdcəyə yenidən baxmağa ehtiyac yoxdur. 

Yəqin ki, nazirin məlum çıxışı zamanı büdcə və maliyyə məsələləri ilə bağlı açıqlamalarının məntiqi nəticəsi olaraq konkret əlavə rəsmi məlumatlar da veriləcəkdir. Bu prizmadan yanaşdıqda qeyd etmək olar ki, aparılan sosial islahatların əsas maliyyə mənbəyi büdcədə islahatlarla bağlı nəzərdə tutulan ehtiyat vəsaitlər olacaqdır. 

Bundan başqa, 2019-cu ilin yanvar ayında büdcəyə vergi və gömrük daxilolmalarından əlavə 105 milyon manat vəsait toplanıb. Hesab edirəm ki, faktiki olaraq qarşıdakı aylarda da gözlənilən vergi və gömrük daxilolamlarından proqnozdan artıq yığılan vəsaitlər ehtiyat məbnə rolunu oynaya bilər. Bu baxımdan fikrimcə, büdcə xərclərinin 6 faiz artımını, yəni 1,5 milyardlıq yeni xərcləri qarşılamaq qeyd etdiyim mənbələr hesabına mümkündür. 

Bəzi ekspertlər belə hesab edir ki, bu artımlardan sonra dövlət büdcəsinə yenidən baxılması barədə qərar qəbul edilməlidir. Ancaq fikrimcə, buna hüquqi zəmin yoxdur.  Büdcə sistemi haqqında” qanunun 23-cu maddəsinin (Dövlət büdcəsinə yenidən baxılma və xərclərə sekvestr tətbiq olunmas) 4-cü maddəsinə əsasən, “Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin rüblük göstəricilərinə görə bu Qanunun 17.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş göstəricilərdən 10 faiz və ya bu daxilolmalar Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfert istisna olmaqla, müəyyən olunmuş rüblük göstəricilərdən 5 faiz az olduqda, dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda və həmin halların bu Qanunun 18.4-cü, 18.5-ci, 18.6-cı və 19.6-cı maddələrində nəzərdə tutulan dəyişikliklər aparılmaqla aradan qaldırılması mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) cari ilin dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması və (və ya) dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə qaydasının tətbiqinin dayandırılması barədə qanunvericilik təşəbbüsü qaydasında oktyabr ayının 25-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qarşısında məsələ qaldırır”.

İndiki halda dövlət büdcəsinin gəlirlərinin azalmasından söhbət getmir. 2019-cu ildə büdcə gəlirləri 22,4 milyard manat nəzərdə tutulub. Ortalama hər ayın gəlir proqnozu 1,9 milyarda manatdır. Yanvarda isə aylıq proqnoz 5,5 faiz çox icra edilib. Yəni bu epizod üzrə büdcə gəlirlərində azalma  yox, artım tendensiyası var. Düzdür, bu hələ rüblük göstərici deyil. Elə ona görə də rüb başa çatmamış hansısa rəy bildirmək düzgün deyil.

Maliyyə nazirinin açıqlamasındakı başqa bir nüans da, diqqəti cəlb edir. Bu, son zamanlar bəzi şəxslər tərəfindən hökumətin hansısa maraq xatirinə bu islahtlara getdiyi ilə bağlı səsləndirdiyi fikirlərlə bağlıdır. Bu kökündən yanlışdır. Bu barədə maliyyə nazirinin vurğuladığı kimi “Bəzən deyirlər ki, kimlərsə hökuməti artımlara getməyə vadar edib. Boş söhbətlərdir. Bu işlər əvvəlcədən planlaşdırılmışdı. Söhbət sadəcə həmin vəsaitdən nə zaman istifadə edilməsindən gedə bilər. Dövlət başçısının qərarına uyğun olaraq istənilən vaxt həmin vəsait hesabına maliyyələşdirməyə başlaya bilərik və martın 1-dən bu oldu”.

Maliyyə nazirinin açıqlamasını struktur islahatlarını davam edəcəyinin anonsu kimi də dəyərləndirmək olar. Böyük miqyaslı sosial layihələrin büdcə xərclərinin optimallaşdırılması hesabına həyata keçirmək təbii ki, yaxşıdır və büdcənin izafi yüklənməsinin qarşısını alır. 

Prezidentin sözügedən fərmanı devalvasiyaya qədər 10.000 dollara qədər kredit götürən fiziki şəxslərə şamil edilib. Yaxşı olardı ki, 10.000 dollardan yuxarı kredit götürən fiziki şəxslər və dollarla biznes krediti götürən hüquqi şəxslərin də devalvasiya ziyanların qarşılanması ilə qərarlar qəbul edilsin. Bu həm də ölkədə kiçik biznesin inkişafına dəstək olardı. Ümid edək ki, hökumət bununla da bağlı qərarlar qəbul edəcək.

Qadir İBRAHİMLİ

Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
Ermənistan hərbçilərin maaşını artırmaqdan imtina etdi
Kasprşik Paşinyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Xəzər universiteti ittihamlara cavab verdi
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
Xəbər lenti
25/03/2019 [00:36]:
Azərbaycan millisinin yeni baş məşqçisi jurnalistlərdən futbolçu istədi
24/03/2019 [22:33]:
SOCAR BP ilə Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilər
24/03/2019 [20:44]:
Azərbaycanın Xəzərdə balıq ovu kvotası 33 faiz azaldılıb
24/03/2019 [18:19]:
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
24/03/2019 [16:32]:
"Azərbaycan millisinin müqavimətini qırmaq çox çətin oldu"
24/03/2019 [14:41]:
Türkiyədə əmlaka sahib olan azərbaycanlıların sayı artıb – Rəqəmlər
24/03/2019 [12:38]:
Londonda yüz minlərlə insan Brexit-ə qarşı marşa çıxdı
24/03/2019 [10:26]:
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
23/03/2019 [23:14]:
Gəncə-Bakı reysində dəyişiklik edilib
23/03/2019 [21:26]:
Qazaxıstanda paytaxtın adı yenidən dəyişdirilib
23/03/2019 [19:38]:
Azərbaycan nefti 67 dollara qədər ucuzlaşıb
23/03/2019 [17:43]:
Polşa-Latviya oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
23/03/2019 [16:14]:
Səfir: “Pakistan hər zaman Azərbaycanın yanındadır”
23/03/2019 [15:59]:
Ermənistan hərbçilərin maaşını artırmaqdan imtina etdi
23/03/2019 [14:33]:
Azərbaycanda böyrək köçürülmüş 900-dən çox insan var
23/03/2019 [12:21]:
Kasprşik Paşinyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
23/03/2019 [11:50]:
Xəzər universiteti ittihamlara cavab verdi
23/03/2019 [10:18]:
Ağ Ev: Suriya İŞİD-dən azad edilib
22/03/2019 [23:39]:
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
22/03/2019 [22:31]:
Zakir Həsənov Pakistanın müdafiə naziri ilə görüşüb
22/03/2019 [21:43]:
“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırıldılar - təfsilat
22/03/2019 [20:47]:
Rəsmi Bakıdan Paşinyanın bəyanatına sərt reaksiya
22/03/2019 [19:44]:
Dünyanın ən bahalı şəhərləri - siyahı
22/03/2019 [17:36]:
Bakıda bu yollar bağlanır - siyahı
22/03/2019 [15:41]:
Xəzərdə zəlzələ olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər universiteti ittihamlara cavab verdi
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
İlham Əliyev böyük siyasi dəyişikliklərin anonsunu verdi - sənədlər paketi hazırlanır
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Azərbaycan səfiri 10 banka kürü oğurladı - təfsilat
Hindlilərin rəngarəng Holi bayramı
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu
Dünyanın ən xoşbəxt ölkəsinin adı açıqlanıb
“Aparıcının efirdə böyük-böyük danışması yolverilməzdir” – MTRŞ
Bu gün İlaxır çərşənbədir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin