Vergilər və Maliyyə nazirliklərinə yeni vəzifələr həvalə edilib

03/03/2019 [21:34] - İqtisadiyyat (420)



Vergilər və Maliyyə nazirliklərinə yeni vəzifələr həvalə edilib.

ONA-nın məlumatına görə, Prezident İlham Əliyevin 1 mart 2019-cu il tarixli fərmanı ilə Vergilər və Maliyyə nazirliklərinin Əsasnamələrinə müvafiq dəyişikliklər edilib. Hər iki nazirlik “Mühasibat uçotu haqqında” qanun ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirəcəcək. Eyni zamanda Vergilər Nazirliyi  “Mühasibat uçotu haqqında” qanun ilə müəyyən edilmiş qaydada kommersiya təşkilatlarının siyahısını Maliyyə Nazirliyinə təqdim etməlidir.

Maliyyə Nazirliyinin vəzifələri sırasına peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını təmin etmək, peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını həyata keçirmək daxil edilib. Nazirlik həmçinin kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinə dair təkliflərini hər üç ildən bir aprel ayının 30-dək Nazirlər Kabinetinə təqdim etməlidir.

Maliyyə Nazirliyinin indiyə qədər vəzifələrindən biri təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün qanunvericiliyin tələblərinə müvafiq olaraq mühasibat uçotunu tənzimləyən Milli Mühasibat Uçotu Standartlarını, onların tətbiqi üzrə Şərhlər və Tövsiyələri, habelə Qaydaları işləyib hazırlamaq olub. Bundan sonra isə nazirlik Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Azərbaycan dilinə tərcüməsini təşkil etməli, bu tərcümələrin həmin standartların Azərbaycan dilində rəsmi mətnləri kimi dərc olunmasını təmin etməli və uçot qaydalarını təsdiqləməlidir.

Maliyyə Nazirliyi indiyə qədər Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi ilə bağlı təsərrüfat subyektlərinə metodiki köməklik göstərməli və qanunvericiliklə nəzərdə tutulmuş digər zəruri tədbirləri həyata keçirməli idisə, bundan sonra nazirliyin vəzifəsi Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və uçot qaydalarının tətbiqi ilə bağlı təlim kursları, seminarlar, konfranslar təşkil etmək və digər zəruri tədbirləri həyata keçirmək olacaq.
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
12/07/2020 [18:58]:
Dünyanın ən varlı qadınlarının reytinqi açıqlandı
12/07/2020 [17:24]:
Lionel Messi daha bir tarixi rekorda imza atıb
12/07/2020 [16:52]:
“Türk Hava Yolları” İstanbul-Bakı aviareyslərinin sayını artırır
12/07/2020 [16:43]:
Koronavirusun üçüncü dalğası da gözlənilir
12/07/2020 [16:37]:
Qazaxda minik və yük avtomobili toqquşub
12/07/2020 [16:27]:
Ermənilər təxribat törədib, itkilər var - Müdafiə Nazirliyi
12/07/2020 [15:49]:
Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
12/07/2020 [15:41]:
Meksikada koronavirusa yoluxanların ümumi sayı 295,2 mini ötdü
12/07/2020 [15:38]:
Ərdoğan: “Digər ölkələr Aya Sofya haqqında qərara hörmətlə yanaşmalıdır”
12/07/2020 [15:28]:
Luminar Bug fotomüsabiqəsi elan olunub
12/07/2020 [14:40]:
Almaz bəzəkli tibbi maskalar satışa çıxarıldı
12/07/2020 [14:04]:
Ronaldinyonun apelyasiya şikayəti təmin olunmayıb
12/07/2020 [13:26]:
Müntəzəm aktivlik koronavirusa yoluxmanın qarşısını alır?
12/07/2020 [12:48]:
"Yuventus" "Atalanta" ilə məlubiyyətdən son dəqiqələrdə xilas olub
12/07/2020 [12:14]:
Tramp Venesuela və Kuba uğrunda "mübarizə aparacağına" söz verdi
12/07/2020 [11:55]:
Leysan yağışlar selə səbəb olub - Faktiki hava
12/07/2020 [11:43]:
Dünyada koronavirusun ilk vaksinin sınağı başa çatdı
12/07/2020 [11:28]:
Zidanın dövründə 500-cü qol
12/07/2020 [10:42]:
Braziliyada yeni virus təşvişi
12/07/2020 [10:00]:
Koronavirusdan sonra ağciyərləri necə sağaltmaq olar?
12/07/2020 [09:57]:
Aya Sofyanın adı dəyişdirilir? - Rəsmi açıqlama
12/07/2020 [09:38]:
Bir Dünya, Bir Günəş, Bir Şəbəkə
11/07/2020 [22:35]:
Rəssamın “Zəfər tağı” əsəri 22,5 milyon dollara satılıb
11/07/2020 [21:29]:
Antonio Konte transferlərə ən azı 180 milyon avro xərclənməsini tələb edib
11/07/2020 [20:32]:
Fövqəladə vəziyyət rejimi iyulun 31-dək uzadılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
DTX-nin XİN-də keçirdiyi əməliyyatın görüntüləri
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub - 8 nəfər vəfat edib
Bir neçə rayona yeni prokuror təyin olundu
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
Avropa Pakistanın Hava Yollarını bağlayır
3 ölkə arasında müasir və proqresiv ticarət sazişi (T-MEC) qüvvəyə minir
3 yaşlı oğlan uşaq terror hücumunda sağ qalıb
“Xınalıq” UNESKO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb
Hazırlanmaqda olan koronavirus vaksininin əsas üstünlüyü açıqlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin