Bakıda məşhur iş adamının evindən 2 il ərzində oğurluq edən kim imiş?

03/03/2019 [09:47] - Cəmiyyət (371)



“Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirovun evindən pul və zinət əşyaları oğurlanıb. Ailə oğrunu yaxalamaq üçün evə kamera yerləşdirib, bəlli olub ki, mənzilə “əl gəzdirən” kənar şəxs deyil, uşaqların dayəsi Gülər Piriyevadır.

Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran rayon sakini 44 yaşlı Gülər Piriyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, Gülər Piriyeva Vüsalə Bəşirovanın uşaqlarına dayəlik edib, onun mənzilində xadimə işləyib. İşlədiyi iki il ərzində ev sahibinin mənzilindən qızıl-zinət əşyaları və nağd pul oğurlayıb. Ümumilikdə, V.Bəşirovaya 56 min 770 manatlıq ziyan vurub.

Ev sahibəsinin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan G.Piriyevaya Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda oğurluq etmə) maddəsi ilə ittiham elan edilib. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Gülər Piriyeva ifadəsində 2016-cı ildən etibarən qohumlarının vasitəsilə tanış olduğu Vüsalə Bəşirovanın evində onun uşaqlarına dayəlik etdiyini, sonradan təmizlik işləri ilə məşğul olmağa başladığını, ötən ilin avqust ayına kimi sözügedən mənzildə xadimə işlədiyini deyib: “Ayda 300 manat maaş alırdım. Ev sahibəsi ilə heç vaxt ədavətim, düşmənçiliyim olmayıb. Ötən ilin fevralında yataq otağını təmizləyəndə xalçanın üzərindən bir üzük tapdım. Həmin üzüyü Lənkərana gedəndə “Böyük bazar”da 180 manata satdım”.

Növbəti dəfə mənzildə təmizlik işləri aparan Gülərin əlləri “dinc” dayanmayıb. Bu dəfə gözü çarpayının üzərindəki qara sellofan paketə sataşıb. Tez-tələsik paketi açıb içərisinə baxıb: “Paketin içərisində bir neçə zərf, zərflərdə ağ kağıza bükülmüş dollarlar var idi. Hamam otağına keçdim. Zərfin birinin içərisindən 100-lük dollarlar götürüb alt paltarımda gizlətdim. Qalan pulları isə səliqə ilə yerinə qoydum. Həmin vaxt Vüsalə xanım uşaqları ilə birgə digər otaqda idi”.

G.Piriyeva oğurladığı pulları həmin gün özü ilə evinə aparmayıb, oğurluq etdiyi mənzildə gizlədib: “Götürdüyüm pulları saydım, 1000 dollar idi. Başqa otaqda gizlətdim. Ertəsi gün isə öz evimə aparıb şkafda gizlətdim. Həmin pulları təhqiqat zamanı təqdim etmişəm”.

Zərərçəkmiş Vüsalə Bəşirova ifadəsində üç il bundan öncə xadimə axtardığını, uzaq qohumlarının vasitəsilə Gülərlə tanış olduğunu, onu işə götürdüyünü, ayda 450 manat maaş verdiyini deyib: “Uşaqlarımla birgə Türkiyəyə istirahətə gedəndə “Atatürk” hava limanında pul kisəsini Gülərə saxlamağa verdim. Özüm isə uşaqları ayaqyoluna apardım. Bakıya qayıdanda gördüm ki, pul kisəsinin içərisindəki 2 min dollardan 400 dolları yoxa çıxıb. Gülərə ondan şübhələndiyimi desəm də, oğurluğu etiraf etmədi. Bundan sonra Gülərin maaşını azaltdım, hər ay 300 manat verdim”.

Zərərçəkmişin ifadəsinə görə, 2018-ci ilin fevral ayından etibarən ona məxsus qızıl-zinət əşyalarının bir hissəsi, yataq otağında saxladığı bağlamanın içərisindəki pulların bir qismi müəmmalı şəkildə yoxa çıxıb. Xadimədən şübhələnsə də, əlində heç bir sübut olmayıb. Sonuncu dəfə sellofan paketdə saxladığı pulları sayarkən 1000 dollar çatmadığını görüb. Mənzildə quraşdırılmış müşahidə kamerasına baxdıqda isə pulların xadimə tərəfindən götürüldüyünü şahidi olub: “Gülərin zərfləri necə açaraq on ədəd 100-lük dollarları götürüb paltarında gizlətdiyi videogörüntülərdə əks olunmuşdu. Onun mütəmadi olaraq oğurluq etdiyinə əmin idim, amma sübut edə bilmirdim. Sonuncu hadisədən sonra polisə şikayət etdim”.

Məhkəmədə son sözlə çıxış edən G.Piriyeva isə ittihamla razılaşmadığını, V.Bəşirovanın evindən bir qızıl üzük və 1000 dollar pul oğurladığını etiraf edib. Belə bir addım atmasını isə üç aydan bəri maaşını ala bilməməsi ilə əsaslandırıb.

Məhkəmənin hökmü ilə G.Piriyeva 6 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq zamanı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş V.Bəşirova “Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirovun həyat yoldaşıdır.


Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
12/07/2020 [20:25]:
Ədəbiyyatımızın Mirzə Fətəli əsri
12/07/2020 [18:58]:
Dünyanın ən varlı qadınlarının reytinqi açıqlandı
12/07/2020 [17:24]:
Lionel Messi daha bir tarixi rekorda imza atıb
12/07/2020 [16:52]:
“Türk Hava Yolları” İstanbul-Bakı aviareyslərinin sayını artırır
12/07/2020 [16:43]:
Koronavirusun üçüncü dalğası da gözlənilir
12/07/2020 [16:37]:
Qazaxda minik və yük avtomobili toqquşub
12/07/2020 [16:27]:
Ermənilər təxribat törədib, itkilər var - Müdafiə Nazirliyi
12/07/2020 [15:49]:
Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
12/07/2020 [15:41]:
Meksikada koronavirusa yoluxanların ümumi sayı 295,2 mini ötdü
12/07/2020 [15:38]:
Ərdoğan: “Digər ölkələr Aya Sofya haqqında qərara hörmətlə yanaşmalıdır”
12/07/2020 [15:28]:
Luminar Bug fotomüsabiqəsi elan olunub
12/07/2020 [14:40]:
Almaz bəzəkli tibbi maskalar satışa çıxarıldı
12/07/2020 [14:04]:
Ronaldinyonun apelyasiya şikayəti təmin olunmayıb
12/07/2020 [13:26]:
Müntəzəm aktivlik koronavirusa yoluxmanın qarşısını alır?
12/07/2020 [12:48]:
"Yuventus" "Atalanta" ilə məlubiyyətdən son dəqiqələrdə xilas olub
12/07/2020 [12:14]:
Tramp Venesuela və Kuba uğrunda "mübarizə aparacağına" söz verdi
12/07/2020 [11:55]:
Leysan yağışlar selə səbəb olub - Faktiki hava
12/07/2020 [11:43]:
Dünyada koronavirusun ilk vaksinin sınağı başa çatdı
12/07/2020 [11:28]:
Zidanın dövründə 500-cü qol
12/07/2020 [10:42]:
Braziliyada yeni virus təşvişi
12/07/2020 [10:00]:
Koronavirusdan sonra ağciyərləri necə sağaltmaq olar?
12/07/2020 [09:57]:
Aya Sofyanın adı dəyişdirilir? - Rəsmi açıqlama
12/07/2020 [09:38]:
Bir Dünya, Bir Günəş, Bir Şəbəkə
11/07/2020 [22:35]:
Rəssamın “Zəfər tağı” əsəri 22,5 milyon dollara satılıb
11/07/2020 [21:29]:
Antonio Konte transferlərə ən azı 180 milyon avro xərclənməsini tələb edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
DTX-nin XİN-də keçirdiyi əməliyyatın görüntüləri
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub - 8 nəfər vəfat edib
Bir neçə rayona yeni prokuror təyin olundu
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
Avropa Pakistanın Hava Yollarını bağlayır
3 ölkə arasında müasir və proqresiv ticarət sazişi (T-MEC) qüvvəyə minir
3 yaşlı oğlan uşaq terror hücumunda sağ qalıb
“Xınalıq” UNESKO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb
Hazırlanmaqda olan koronavirus vaksininin əsas üstünlüyü açıqlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin