Dövlət Komitəsi Cəfər Cabbarlının ev-muzeyinin müdafiəsinə qalxdı

02/03/2019 [23:56] - Mədəniyyət (459)



Görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının ev-muzeyinin sökülməsi ətrafında baş verənlər ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır. Mədəni irs abidəsinin məhv edilməsi ilə bağlı hiddətini həm sadə vətəndaşlar, həm də ziyalılar bildirirlər.

Daha öncə yazıçı Çingiz Abdullayevin Cəfər Cabbarlının evinin sökülməsi ətrafında baş verənləri “özbaşınalıq” adlandırması barədə yazmışdıq.

İndi isə ev-muzeyin müdafiəsinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qalxıb. Virtualaz.org-un sorğusuna cavab olaraq Komitənin mətbuat xidmətindən bildiriblər ki, bu günə kimi onlara nə ərazi planlanması sənədlərinin təsdiqi, nə də ev-muzeyin ünvanı üzrə (Bakı, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 44) söküntü, yaxud tikinti işlərinin aparılmasına icazə almaq üçün müraciət edilməyib.

Dövlət Komitəsindən bildirildiyinə görə, beləliklə, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan həmin ərazidə Cəfər Cabbarlının ev-muzeyinin sökülməsinə və tikintinin başlanmasına istənilən cəhd qanunsuz hərəkətlər kimi qiymətləndirilməlidir.

Bununla əlaqədar olaraq, həmin ünvanda hər hansı qeyri-qanuni işlərin qarşısının alınması üçün Dövlət Komitəsi Bakı Şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müvafiq müraciətlər ünvanlayıb.

Dövlət Komitəsindən onu da qeyd ediblər ki, muzeyin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə təsdiq etdiyi yerli əhəmiyyətli tarixi və memarlıq abidələrinin siyahısına daxildir (abidənin inventar nömrəsi 5592-dir). Bu ərazidə hər hansı tikinti işlərinin aparılması üçün müraciət edilərsə, məsələyə yalnız muzeyin binasının qorunub saxlanması və ilkin formasında və həcmində bərpası, həmçinin şəhərsalma qanunvericiliyinə riayət edilməsi şərtilə baxıla bilər.

Xatırladaq ki, bu ünvanda sökülntü işlərinin aparılması və çoxmərtəbəli yaşayış binasının tikintisi barədə məlumatı virtualaz.org-a Bakı şəhər Baş Mədəniyyət İdarəsindən vermişdilər və əlavə etmişdilər ki, Cəfər Cabbarlının ev-muzeyinə aid torpaq sahəsi və tikililər 1998-2005-ci illərdə özəlləşdirilib.

Mədəniyyət Nazirliyi dramaturqun qohumlarına onların özəlləşdirdikləri evə görə kompensasiya ödəyərək, binanı yenidən öz balansına götürməyi lazım bilməyib, qərara alıb ki, Cəfər Cabbarlı üçün yeni tikilidə “ev” almaq daha sərfəlidir.
Türkiyə minaaxtaranları Qarabağda əməliyyata başladılar
Azərbaycanda distant təhsil müddəti uzadılıb
Laçın rayonunun yol nişanları hazırdır
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib
Azərbaycanda son sutkada 2981 nəfər COVID-19-a yoluxub
Xəbər lenti
30/11/2020 [21:55]:
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının tarixinə düşüb
30/11/2020 [20:46]:
Türkiyə minaaxtaranları Qarabağda əməliyyata başladılar
30/11/2020 [20:11]:
Azərbaycanda distant təhsil müddəti uzadılıb
30/11/2020 [19:37]:
Neft ucuzlaşdı
30/11/2020 [19:13]:
Laçın rayonunun yol nişanları hazırdır
30/11/2020 [18:21]:
KİV: Paşinyanın Rusiyaya səfəri ləğv olunub
30/11/2020 [17:59]:
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib
30/11/2020 [17:28]:
Azərbaycanda son sutkada 2981 nəfər COVID-19-a yoluxub
30/11/2020 [17:17]:
Yerevanda əsgər valideynləri yenidən etiraza qalxdı
30/11/2020 [17:03]:
ANAMA: İşğaldan azad olunmuş ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəlidir
30/11/2020 [16:14]:
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət
30/11/2020 [15:47]:
Baş Prokurorluq vətəndaşlara müraciət edib
30/11/2020 [15:28]:
Moldova prezidenti hökuməti istefaya çağırdı
30/11/2020 [14:46]:
Ukraynada karantin qaydalarını pozan azərbaycanlılar deportasiya olunub
30/11/2020 [13:59]:
Azərbaycan Ermənistan sərhədinə qədər yeni yol çəkir
30/11/2020 [13:22]:
Təhsil naziri Tibb Universitetinin qəzada ölən tələbələri ilə bağlı paylaşım edib
30/11/2020 [13:15]:
Dekabr ayına olan hava proqnozu açıqlanıb
30/11/2020 [12:24]:
Eduard Şərmazanov: "Paşinyan həyasızcasına yalan danışır"
30/11/2020 [11:29]:
ABŞ-ın baş infeksionisti: “Məktəbləri yox, barları bağlayın”
30/11/2020 [11:02]:
Azərbaycanda yeni qızıl yatağı istismara verilib
30/11/2020 [10:33]:
"Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik" - Türkiyə Milli Müdafiə Nazirliyi
30/11/2020 [09:41]:
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin