Ya Sputnik Azərbaycan-ın qapadılmasına nail olmalıyıq, ya da… - Qorxmaz İbrahimli yazır

02/03/2019 [17:12] - Gündəm (393)



Hər bir vətənpərvər azərbaycanlını, xüsusən də ictimai-siyasi xadimləri bu milli təhlükəsizlik məsələmizdə dəstək olmağa çağırıram
Bəlkə mənim üç minin üzərində olan “Facebook” dostlarımın, yaxud çevrəmdəki insanların hamısını ilgiləndirməyə bilər. Oxuyan da, oxumayan da özü bilsin. Ancaq bu məsələ mənim üçün çox önəmlidir. İnanıram ki, vətəndaşlarımızın çox böyük əksəriyyəti üçün də önəmli, həyati vacib məsələdir - Milli təhlükəsizliyimiz məsələsi.

Bu dövləti böyük sevgi və bacarıqla qurmuş babalarımızın ruhları, ağır mübarizə sayəsində 1991-ci ildə rus imperiyasının əsarətindən xilas etdiyimizdən sonra şad və rahat oldu. Müstəqilliyimizi çox ağır şərtlər altında bərpa edə bildik. Xüsusən namərd qonşularımızın mübarizəmizi batırmaq üçün rus-erməni tandemi ilə Qarabağda üsyanı tətikləyərək, bizi susdurmağa çalışmasını unutmamalıyıq. İndiki Ermənistan ərazisində yaşayan Türk millətimizin zorla oradan çıxarılması əl-qolumuzu çox bağlayırdı. Böyük ərazi və insani itkilərimizə baxmayaraq müstəqilliyimizə nail olduq.

Ancaq Azərbaycanın - Türk dövlətinin müstəqil olmasını istəməyən dövlətlər, havadarları və əlaltıları hələ də bunu həzm edə bilmirlər. 1991-ci ildən bu yana bir an belə, ara vermədən çalışırlar. Şimal və cənubda olan iki imperiya və onların dəstək verdikləri xəyanətkar, dənizdən dənizə dövlət qurmaq xəyalını yüz illərdir bütün millətinin xəstə beyninə yeritmiş tulaları heç vaxt dayanmadılar. Əksinə, bizim dövlətimizə zərbə vurmaq, çökdürmək üçün çalışmaları hər gün yeni bir formada ortaya çıxır, şükürlər olsun, çox vaxt ifşa olunurlar.

İfşa etmək, qarşısını almaq isə həmişə asan olmur. Çünki yazıqlar olsun, biz bəzən dövlətimizin təhlükəsizliyi məsələsini hər hansı bir iqtidarla mübarizəmizlə qarışdırırıq. Bəzən də bilməyərəkdən xarici düşmənlərimizə dəstək oluruq. 

Lakin sözümüzün canı bu deyil. Yuxarıda dediyimiz kimi, milli təhlükəsizliyimiz məsələsidir. Milli təhlükəsizliyimizin qorunması qəlbi Azərbaycanla atan hər birimizin boynunun borcu olmalıdır. 

Düşmənlərimizin ən çox savaşdığı sahə informasiya sahəsidir. Kim informasiya işini düzgün qurursa, informasiya savaşında uğurları təbii, çox olur.

Bilirsiniz ki, xəstə düşmənlərimiz son üç yüz ildə yaxalandığı xəstəliyi sayəsində Osmanlı imperiyasına, İran şahlarına xəyanət edərək güclənməkdə olan rus imperiyasına hər yolla “girməyi” bacardılar. İyirminci yüz ildə mətbuat, kino, TV sürətlə inkişaf etdiyindən, bu xəstə təxəyyüllü insanlar vahid mərkəzdən idarə olunan şəkildə sadalanan sahələrə ciddi şəkildə daxil oldular. Azərbaycan SSR xüsusi xidmət və digər orqanları da bura daxildir.

Müstəqilliyimizi bərpa etdikdən sonra mətbuat sahəsində də işlərimizi inkişaf etdirməyə başladıq. Yerli mətbuat, KİV nə qədər güclü olsa, dövlətimizin milli təhlükəsizliyi də o qədər güclü olar. Buna dövlətin xüsusi diqqət və qayğısı olmalıdır və bu, nə dərəcə təqdirəlayiq təşkil olunub, deyə bilmərəm. Bunun üçün dövlətin ilgili və məsul qurumları ciddi düşünməlidir.

Ancaq mənim sözümün “mustafa”sı düşmənlərimizin bu sahədə nə kimi yeniliklər etmələridir. Düşmən tərəf Rusiya kütləvi informasiya vasitələrində kifayət qədər planlı və mütəşəkkil formada yerləşdiyindən inanılmaz uğurlar əldə edib.

Düşmənin yaxşıca yerləşdiyi kütləvi informasiya vasitələrindən biri də Rusiyanın “Sputnik” Beynəlxalq İnformasiya Agentliyidir. Bu agentlik dünyanın müxtəlif ölkələrində ofislərini açıb. Agentliyin baş redaktoru səviyyəsinə qədər irəli çəkilmiş erməni Marqarita Simonyan Rusiya dövlətinin agentliyini zaman-zaman öz xəstə millətinin planlarını həyata keçirmək üçüm istifadə edir.

“Sputnik”in Ermənistandakı şöbəsi tamamən erməni məkrini həyata keçirməyə xidmət edir. Deyək ki, ora müdaxilə edə bilmirik. Ancaq xarici bir dövlətin ölkəmizdəki agentliyi həm də milli təhlükəsizliyimizə dəxli olan məsələ olduğundan diqqət yetirməlyik.

Allahdan Sputnik Azərbaycan-ın şef redaktoru (istefa vermiş) Mətin Yaşaroğlu və agentliyin digər yerli əməkdaşlarının milli vətənpərvər və yüksək dövlət bağlılığı olması işimizə yaradı. Simonyan məkrli erməni planını burada həyata keçirə bilmədi. 

Bu vətənpərvər komandanın sayəsində Sputnik Azərbaycan-da erməni təbliğatının qarşısı alındı. Qarabağla və ölkəmizlə bağlı erməni planları ifşa edildi. Layiqli cavabları verildi. 

Bunun qarşılığında ermənilərin həzm efə bilmədiyi Mətin bəyi işdən atmaq üçün çox uğraşıldı. Düz üç il. Nəhayət, Xocalı soyqırımının ildönümündə bizə "sürpriz" elədilər. Mətin Yaşaroğlu seçim qarşısında buraxıldı: “Ya erməni məsələsində bizim (Simonyanın) dediyimiz kimi davranırsan, ya da işdən çıxarılırsan”.

Düşmənin hesablaya bilmədiyi bir məqam vardı – Millətini sevən heç bir azərbaycanlı çörəkpulu üçün Vətənini satmaz. Mətin bəy də düşmənin gözünün içinə dik baxaraq, atmalı olduğu addımı atdı – İstefa verdi.

Lakin biz baş verənlərə biganə, müşahidəçi qalmamalıyıq. Bu namərdlərə qarşı birləşərək, ya Sputnik Azərbaycan-ın ölkəmizdən qovulmasına nail olmalıyıq, ya da Mətin Yaşaroğlu yerinə qaytarılmalı və Bakının mərkəzində Azərbaycanın maraqlarına uyğun gələn status-kvo bərpa edilməlidir. 

Mən hər bir vətənpərvər azərbaycanlını, xüsusən də ictimai-siyasi xadimləri bu milli təhlükəsizlik məsələmizdə dəstək olmağa çağırıram.

Qorxmaz İbrahimli,
Aydınlar Partiyası sədrinin birinci müavini, 
tanınmış ictimai-siyasi xadim
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
12/07/2020 [20:25]:
Ədəbiyyatımızın Mirzə Fətəli əsri
12/07/2020 [18:58]:
Dünyanın ən varlı qadınlarının reytinqi açıqlandı
12/07/2020 [17:24]:
Lionel Messi daha bir tarixi rekorda imza atıb
12/07/2020 [16:52]:
“Türk Hava Yolları” İstanbul-Bakı aviareyslərinin sayını artırır
12/07/2020 [16:43]:
Koronavirusun üçüncü dalğası da gözlənilir
12/07/2020 [16:37]:
Qazaxda minik və yük avtomobili toqquşub
12/07/2020 [16:27]:
Ermənilər təxribat törədib, itkilər var - Müdafiə Nazirliyi
12/07/2020 [15:49]:
Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
12/07/2020 [15:41]:
Meksikada koronavirusa yoluxanların ümumi sayı 295,2 mini ötdü
12/07/2020 [15:38]:
Ərdoğan: “Digər ölkələr Aya Sofya haqqında qərara hörmətlə yanaşmalıdır”
12/07/2020 [15:28]:
Luminar Bug fotomüsabiqəsi elan olunub
12/07/2020 [14:40]:
Almaz bəzəkli tibbi maskalar satışa çıxarıldı
12/07/2020 [14:04]:
Ronaldinyonun apelyasiya şikayəti təmin olunmayıb
12/07/2020 [13:26]:
Müntəzəm aktivlik koronavirusa yoluxmanın qarşısını alır?
12/07/2020 [12:48]:
"Yuventus" "Atalanta" ilə məlubiyyətdən son dəqiqələrdə xilas olub
12/07/2020 [12:14]:
Tramp Venesuela və Kuba uğrunda "mübarizə aparacağına" söz verdi
12/07/2020 [11:55]:
Leysan yağışlar selə səbəb olub - Faktiki hava
12/07/2020 [11:43]:
Dünyada koronavirusun ilk vaksinin sınağı başa çatdı
12/07/2020 [11:28]:
Zidanın dövründə 500-cü qol
12/07/2020 [10:42]:
Braziliyada yeni virus təşvişi
12/07/2020 [10:00]:
Koronavirusdan sonra ağciyərləri necə sağaltmaq olar?
12/07/2020 [09:57]:
Aya Sofyanın adı dəyişdirilir? - Rəsmi açıqlama
12/07/2020 [09:38]:
Bir Dünya, Bir Günəş, Bir Şəbəkə
11/07/2020 [22:35]:
Rəssamın “Zəfər tağı” əsəri 22,5 milyon dollara satılıb
11/07/2020 [21:29]:
Antonio Konte transferlərə ən azı 180 milyon avro xərclənməsini tələb edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
DTX-nin XİN-də keçirdiyi əməliyyatın görüntüləri
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub - 8 nəfər vəfat edib
Bir neçə rayona yeni prokuror təyin olundu
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
Avropa Pakistanın Hava Yollarını bağlayır
3 ölkə arasında müasir və proqresiv ticarət sazişi (T-MEC) qüvvəyə minir
3 yaşlı oğlan uşaq terror hücumunda sağ qalıb
“Xınalıq” UNESKO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb
Hazırlanmaqda olan koronavirus vaksininin əsas üstünlüyü açıqlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin