YARAT-dan yeni layihə

27/02/2019 [18:22] - Mədəniyyət (419)



Bu ilin mart ayından dekabr ayına kimi YARAT Müasir İncəsənət Məkanı özünüinkişafla bağlı ödənişsiz əlavə təhsil imkanları üçün "İnsan: özünü dərk et" proqramını təşkil edəcək.

YARAT-dan Trend-ə verilən məlumata görə, bu proqram şirkət rəhbərləri, habelə tələbə və müəllimlər, yaradıcı şəxslər, yaşından və təhsilindən asılı olmayaraq, hamıya çağdaş insan üçün vacib bacarıqlara yiyələnmək üçün praktik biliklər verməyə kömək edə bilər.

YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın sözlərinə görə "Nəzərdə tutulan təlim və mühazirələrin əsas mahiyyəti şüurdur. Məlumdur ki, bu bacarığın inkişafı nəticəsində insan Özü özünə qoyduğu məhdudiyyətlərdən azad olub özünü inkişaf etdirərək həyatını kökündən dəyişə bilər. Əminəm ki, şüurun inkişafı istiqamətində atılmış hər hansı bir addım bizə daha yaxşı insani keyfiyyətlər qazanmağa və ətraf mühitlə harmoniyada olmağa yardım edəcək.

Proqramın mövzusu çoxşaxəli özünüinkişafla bağlı 4 əsas kateqoriyanı ehtiva edir:

Mən indi və burda: zehni bacarıqlar
Mənim gələcəkdə olmaq istədiyim obraz və bu istiqamətdə etdiyim cəhdlər: planlamaq və arzulara çatmaq bacarıqları
Əmin-amanlıq və xoşbəxtlik: bunlara elmi baxış
Ətrafla qarşılıqlı münasibət: empati, minnətdarlıq və bağışlama bacarıqları

"Çağdaş dünyamız o qədər sürətlə dəyişir və inkişaf edir ki, insanın psixi və daxili tarazlığını qoruyub saxlamaq bacarıqlarını inkişaf etdirmək günbəgün aktuallaşır. Bu bacarıqları inkişaf etdirmək üçün heç də hamı əlavə təhsil almaq imkanına malik deyil. Odur ki, bu proqram boşluğu doldurmağa effektiv kömək edir", - deyə proqramın direktoru Arstarulsmirus qeyd edir.

Proqrama dünyanın müxtəlif ölkələrindən fərdi inkişaf sahəsində qabaqcıl mütəxəssis və bestseller müəlliflər dəvət olunublar. Mart ayından etibarən və 2019-cu il boyu proqramda ABŞ, Almaniya, Rusiya, Belorus, İsveç və İrlandiyadan olan 10 müəllim və alim iştirak edəcəklər. Onların hər biri aşağıdakı sahələrin və bacarıqların inkişafı üçün tədris kursunu təqdim edəcəklər:

Diqqətin yönləndirilməsi • Stress müqavimətliliyi
Emosional özünütənzimləmə • Ettektiv istirahət
Özünüidarə qabiliyyəti • Pozitiv psixologiya

Məşğələlərdə insanın daxili dünyasının xüsusiyyətləri, onun vərdişləri və meyilləri, beynin neyroplastikliyi və psixoemosional vəziyyətlərin idarə olunma metodlarına baxılacaq. Təlimçilərin gəlmə imkanlarını nəzərə alaraq, proqram ardıcıl olaraq davamlı keçirilməyəcək, təlimləri tək-tək seçərək iştirak edə bilərsiniz. Təlim proqramına əsasən məşğələlər bu formatda keçiriləcək:

Giriş dərsləri — ümumi, tanışlıq məlumatı ( 2 saat).

Təlimlər — daha yüksək səviyyə, vərdişlərin transformasiyası (6 saatdan 3 günə qədər). Proqramı məşhur Amerika professoru və müəllimi Barbara Oukli açacaq və ilk tədbiri o aparacaq. O, özünün məşhur "Öyrənməyi necə öyrənməliyik" kursunu keçəcək. Siz bu təlimlə qarşınıza qoyduğunuz hədəfə necə yönəlməyi, yaddaşınızı inkişaf etdirərək yeni və çətin materialları asanlıqla yadda saxlamağı öyrəncəksiniz. Bu təlim sizin öyrənmək prosesinə baxışınızı tamamilə dəyişə bilər.

Layihənin giriş mühazirəsi martın 7-də, təlimlər isə 2019-cu il martın 8-də və 9-da başlayacaq.
Türkiyə minaaxtaranları Qarabağda əməliyyata başladılar
Azərbaycanda distant təhsil müddəti uzadılıb
Laçın rayonunun yol nişanları hazırdır
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib
Azərbaycanda son sutkada 2981 nəfər COVID-19-a yoluxub
Xəbər lenti
30/11/2020 [21:55]:
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının tarixinə düşüb
30/11/2020 [20:46]:
Türkiyə minaaxtaranları Qarabağda əməliyyata başladılar
30/11/2020 [20:11]:
Azərbaycanda distant təhsil müddəti uzadılıb
30/11/2020 [19:37]:
Neft ucuzlaşdı
30/11/2020 [19:13]:
Laçın rayonunun yol nişanları hazırdır
30/11/2020 [18:21]:
KİV: Paşinyanın Rusiyaya səfəri ləğv olunub
30/11/2020 [17:59]:
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib
30/11/2020 [17:28]:
Azərbaycanda son sutkada 2981 nəfər COVID-19-a yoluxub
30/11/2020 [17:17]:
Yerevanda əsgər valideynləri yenidən etiraza qalxdı
30/11/2020 [17:03]:
ANAMA: İşğaldan azad olunmuş ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəlidir
30/11/2020 [16:14]:
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət
30/11/2020 [15:47]:
Baş Prokurorluq vətəndaşlara müraciət edib
30/11/2020 [15:28]:
Moldova prezidenti hökuməti istefaya çağırdı
30/11/2020 [14:46]:
Ukraynada karantin qaydalarını pozan azərbaycanlılar deportasiya olunub
30/11/2020 [13:59]:
Azərbaycan Ermənistan sərhədinə qədər yeni yol çəkir
30/11/2020 [13:22]:
Təhsil naziri Tibb Universitetinin qəzada ölən tələbələri ilə bağlı paylaşım edib
30/11/2020 [13:15]:
Dekabr ayına olan hava proqnozu açıqlanıb
30/11/2020 [12:24]:
Eduard Şərmazanov: "Paşinyan həyasızcasına yalan danışır"
30/11/2020 [11:29]:
ABŞ-ın baş infeksionisti: “Məktəbləri yox, barları bağlayın”
30/11/2020 [11:02]:
Azərbaycanda yeni qızıl yatağı istismara verilib
30/11/2020 [10:33]:
"Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik" - Türkiyə Milli Müdafiə Nazirliyi
30/11/2020 [09:41]:
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin