Azərbaycanda aliment problemi: ödəməyənlər həbs edilir

22/02/2019 [11:32] - Cəmiyyət (329)



Azərbaycanda aliment ödəməkdən boyun qaçıran şəxslərə qarşı inzibati həbs cəzası verilir. Bu gün ölkədə belə hallar tez-tez yaşanır.Bunu Media.Az-a verdiyi açıqlamada Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Ofeliya Rəhimova bildirib.

“İş cinayət təqibi həddinə nadir hallarda çatsa da, inzibati həbslər müntəzəm xarakter alıb”, -deyə Rəhimova qeyd edib.

Vəkilin dediyinə görə, hazırda aliment ödəməkdən yayınanlar arasında kişilər üstünlük təşkil edir. Ancaq bəzi hallarda qadınlar da bundan boyun qaçırır. Boşanma hallarında uşaqlar əksər hallarda ana ilə qalır. Əksinə, uşaqlar ata ilə qalırsa, deməli, bunun tutarlı səbəbləri var. Belə olan halda alimenti ana ödəmək məcburiyyətindədir.

Hüquqşünas açıqlamasını real həyatdan olan nümunələrlə əsaslandırıb (məlum səbəblərə görə, tərəflərin adları və soyadları göstərilmir): “Bir kişi 2018-ci ilin iyul ayından etibarən iki övladına görə 308 manat aliment ödəməli olsa da, öhdəliyini yerinə yetirməyə tələsmirdi. Nəticədə, iyul ayından dekabr ayına kimi 1540 manat aliment borcu yığılır. İş inzibati həbs həddinə çatdı və o, 15 günlük həbs edildi. Həbs müddətinin başa çatmasından sonra aliment ödəyicisi tələb olunan məbləği ödədi. Başqa sözlə desək, inzibati həbs hər hansı şəxsi aliment ödənişindən azad etmir.

Başqa bir misalda, qadın körpəyə görə aliment ödəməli idi. O da ödənişdən boyun qaçırır və nəticədə, 2019-cu ilin yanvar ayına iki min manat məbləğində aliment borcu yığılır. Qadına 10 gün həbs cəzası verilir. Azadlığa çıxdıqdan sonra tələb olunan məbləğin bir hissəsini ödəyir, digər hissəsini sonradan ödəyəcəyinə söz verir”.

Bundan əvvəl Milli Məclisin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri, deputat Aqiyə Naxçıvanlı bu problemə toxunmuşdu.

“Bəli, alimentlərlə bağlı həddindən çox problem müşahidə olunur. Alimentləri ödəmirlər, maaşı gizlədirlər, aliment ödəməli olan şəxsi axtarıb tapmaq olmur. Qadınlar yanımıza gəlib göz yaşı tökürlər, ərlərinin aylarla alimenti ödəmədiyini bildirirlər. Məhkəmələrə müraciət edirik, onlar ya tapılır, ya da harasa çıxıb gedirlər. Kimsə qeyri-rəsmi olaraq yeni ailə qurur. Statistika çox qorxuludur, o, həm bizi, həm sizi, həm də ümumilikdə bütün cəmiyyəti narahat edir”, - deyə xanım millət vəkili bildirib.

Bu arada, Azərbaycan Vəkillər Kollegiyasının üzvü O.Rəhimova belə işlərin azlıq təşkil etmədiyini qeyd edib. O belə tendensiyaları çoxsaylı boşanmalar və aliment ödənişi tələblərinin artımı ilə əlaqələndirib. Eyni zamanda, nəzərdə tutulmuş ödənişlərin icra olunmasına nəzarət edən icraçıların gördüyü işə diqqət çəkib.

O.Rəhimovanın sözlərinə görə, alimentlərin gecikməsinə səbəb müxtəlif ola bilər. Əsasən, maddi çətinliklər ucbatından baş verir, ancaq elə də olur ki, insanlar ödəniş etməkdən başqa səbəblərə görə imtina edir. Məsələn, keçmiş ər-arvad arasında münaqişə düşəndə, ana atanın uşağı ilə görüşməsinə icazə verməyəndə.

Bundan başqa, mövcud qanunvericiliyə görə, səhhəti ilə əlaqədar, məsələn, cərrahiyə əməliyyatı keçirdiyinə görə alimenti ödəyə bilməyən şəxslərə möhlət verilə bilər. Lakin aliment ödəyicisi bilərəkdən aliment ödənişindən yayınsa, iş inzibati həbs həddinə çatır.

Vəkilin dediyinə görə, hazırda bir nəfərə görə ödənişin minimal məbləği (aliment ödəyicisi işsiz olarsa) 160 manat təşkil edir. Bölgələrdə, yaşayış səviyyəsindən asılı olaraq, bu məbləğ bir qədər aşağı müəyyən edilə bilər.

O əlavə edib ki, qanunvericiliyə görə, alimentlərin ödənilməməsi ilə bağlı qərarlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi əsasında çıxarılır.

Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Həmin şəxs inzibati həbsdən sonra aliment ödənişindən boyun qaçırdığı təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
12/07/2020 [20:25]:
Ədəbiyyatımızın Mirzə Fətəli əsri
12/07/2020 [18:58]:
Dünyanın ən varlı qadınlarının reytinqi açıqlandı
12/07/2020 [17:24]:
Lionel Messi daha bir tarixi rekorda imza atıb
12/07/2020 [16:52]:
“Türk Hava Yolları” İstanbul-Bakı aviareyslərinin sayını artırır
12/07/2020 [16:43]:
Koronavirusun üçüncü dalğası da gözlənilir
12/07/2020 [16:37]:
Qazaxda minik və yük avtomobili toqquşub
12/07/2020 [16:27]:
Ermənilər təxribat törədib, itkilər var - Müdafiə Nazirliyi
12/07/2020 [15:49]:
Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
12/07/2020 [15:41]:
Meksikada koronavirusa yoluxanların ümumi sayı 295,2 mini ötdü
12/07/2020 [15:38]:
Ərdoğan: “Digər ölkələr Aya Sofya haqqında qərara hörmətlə yanaşmalıdır”
12/07/2020 [15:28]:
Luminar Bug fotomüsabiqəsi elan olunub
12/07/2020 [14:40]:
Almaz bəzəkli tibbi maskalar satışa çıxarıldı
12/07/2020 [14:04]:
Ronaldinyonun apelyasiya şikayəti təmin olunmayıb
12/07/2020 [13:26]:
Müntəzəm aktivlik koronavirusa yoluxmanın qarşısını alır?
12/07/2020 [12:48]:
"Yuventus" "Atalanta" ilə məlubiyyətdən son dəqiqələrdə xilas olub
12/07/2020 [12:14]:
Tramp Venesuela və Kuba uğrunda "mübarizə aparacağına" söz verdi
12/07/2020 [11:55]:
Leysan yağışlar selə səbəb olub - Faktiki hava
12/07/2020 [11:43]:
Dünyada koronavirusun ilk vaksinin sınağı başa çatdı
12/07/2020 [11:28]:
Zidanın dövründə 500-cü qol
12/07/2020 [10:42]:
Braziliyada yeni virus təşvişi
12/07/2020 [10:00]:
Koronavirusdan sonra ağciyərləri necə sağaltmaq olar?
12/07/2020 [09:57]:
Aya Sofyanın adı dəyişdirilir? - Rəsmi açıqlama
12/07/2020 [09:38]:
Bir Dünya, Bir Günəş, Bir Şəbəkə
11/07/2020 [22:35]:
Rəssamın “Zəfər tağı” əsəri 22,5 milyon dollara satılıb
11/07/2020 [21:29]:
Antonio Konte transferlərə ən azı 180 milyon avro xərclənməsini tələb edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
DTX-nin XİN-də keçirdiyi əməliyyatın görüntüləri
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub - 8 nəfər vəfat edib
Bir neçə rayona yeni prokuror təyin olundu
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
Avropa Pakistanın Hava Yollarını bağlayır
3 ölkə arasında müasir və proqresiv ticarət sazişi (T-MEC) qüvvəyə minir
3 yaşlı oğlan uşaq terror hücumunda sağ qalıb
“Xınalıq” UNESKO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb
Hazırlanmaqda olan koronavirus vaksininin əsas üstünlüyü açıqlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin