Türkiyəli deputatlar Bakı Atatürk Liseyində olub

21/02/2019 [21:22] - Mədəniyyət (93)



Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti bu gün Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Bakı Atatürk Liseyində olub. 

Qonaqlar öncə ayrı-ayrı siniflərə baş çəkib, Liseydə yaradılan şəraitlə maraqlanıblar. Sonra Liseyin rəhbərliyi ilə görüş olub. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın, səfirliyin təhsil müşaviri Mahmut Ağırmanın və səfirliyin digər təmsilçilərinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin dekanı, prof.dr. Hayati Beşirlinin də iştirak etdiyi görüşdə Liseyin müdiri Eylem Gültəkin rəhbərlik etdiyi təhsil ocağının yaranma tarixi, fəaliyyəti və qazanılan uğurlar barədə ətraflı məlumat verib. TDAV qurucu başqanı rəhmətlik Turan Yazqan tərəfindən yaradılan bu Liseyin ötən illər ərzində yalnız və yalnız "Bir millət, iki dövlət" fəlsəfəsinə xidmət edən bacarıqlı, dövlətini sevən və Türk dünyasının inkişafına xidmət amalı ilə böyüyən bir gənclik yetişdirdiyini deyən Eyləm Gültəkin hazırda burada təhsil almaq istəyənlərin sayının çox olduğunu, lakin məktəbin indiki binasının buna imkan vermədiyini bildirib. Liseyin müdiri qonaqlardan Bakı Atatürk Liseyinə yeni binanın ayrılması və digər məsələlərdə yardımçı olmalarını xahiş edib. 

Prof.dr. Hayati Beşirli isə Türk Dünyası Araşdırmaları Vəqfinin təhsilə verdiyi önəm barədə danışıb, istər Liseyin, istərsə də fakültənin hər hansı maddi maraq güdmədən, daha bacarıqlı gənclərin iki qardaş ölkəyə qazandırılması üçün fəaliyyət göstərdiyini bildirib. Türkiyəli qonaqların bu Liseyə gəlməsini yüksək qiymətləndirən dekan "Bakı Atatürk Liseyi fəaliyyət göstərdiyi 27 il ərzində öz saflığını qoruyub və FETÖ terror təşkilatı bu təhsil müəssisəsinə nüfuz edə bilməyib", - deyib.  

Görüşdə çıxış edən Şamil Ayrım öncə növbəti dəfə Azərbaycanda olmaqdan və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Nümayəndə heyətinin rəhbəri qardaş ölkələrimiz arasında əlaqələrin bu gün bütün sahələrdə, o cümlədən təhsil sahəsində ən yüksək səviyyədə olduğunu deyib. Şamil Ayrım eyni zamanda görüşdə iştirak edən  nümayəndə heyətinin üzvlərinin Türkiyəyə qayıtdıqdan sonra Turan Yazqanın yadigarı olan Bakı Ataürk Liseyinə lazım olan dəstəyin göstərilməsi üçün müəyyən addımlar atacağını da bildirib.
Qarşılıqlı dialoq şəraitində davam edən görüşün sonunda nümayəndə heyətinin rəhbəri Liseyin müdirinə xatirə hədiyyələri təqdim edib.  
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
Ermənistan hərbçilərin maaşını artırmaqdan imtina etdi
Kasprşik Paşinyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Xəzər universiteti ittihamlara cavab verdi
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
Xəbər lenti
25/03/2019 [00:36]:
Azərbaycan millisinin yeni baş məşqçisi jurnalistlərdən futbolçu istədi
24/03/2019 [22:33]:
SOCAR BP ilə Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilər
24/03/2019 [20:44]:
Azərbaycanın Xəzərdə balıq ovu kvotası 33 faiz azaldılıb
24/03/2019 [18:19]:
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
24/03/2019 [16:32]:
"Azərbaycan millisinin müqavimətini qırmaq çox çətin oldu"
24/03/2019 [14:41]:
Türkiyədə əmlaka sahib olan azərbaycanlıların sayı artıb – Rəqəmlər
24/03/2019 [12:38]:
Londonda yüz minlərlə insan Brexit-ə qarşı marşa çıxdı
24/03/2019 [10:26]:
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
23/03/2019 [23:14]:
Gəncə-Bakı reysində dəyişiklik edilib
23/03/2019 [21:26]:
Qazaxıstanda paytaxtın adı yenidən dəyişdirilib
23/03/2019 [19:38]:
Azərbaycan nefti 67 dollara qədər ucuzlaşıb
23/03/2019 [17:43]:
Polşa-Latviya oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
23/03/2019 [16:14]:
Səfir: “Pakistan hər zaman Azərbaycanın yanındadır”
23/03/2019 [15:59]:
Ermənistan hərbçilərin maaşını artırmaqdan imtina etdi
23/03/2019 [14:33]:
Azərbaycanda böyrək köçürülmüş 900-dən çox insan var
23/03/2019 [12:21]:
Kasprşik Paşinyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
23/03/2019 [11:50]:
Xəzər universiteti ittihamlara cavab verdi
23/03/2019 [10:18]:
Ağ Ev: Suriya İŞİD-dən azad edilib
22/03/2019 [23:39]:
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
22/03/2019 [22:31]:
Zakir Həsənov Pakistanın müdafiə naziri ilə görüşüb
22/03/2019 [21:43]:
“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırıldılar - təfsilat
22/03/2019 [20:47]:
Rəsmi Bakıdan Paşinyanın bəyanatına sərt reaksiya
22/03/2019 [19:44]:
Dünyanın ən bahalı şəhərləri - siyahı
22/03/2019 [17:36]:
Bakıda bu yollar bağlanır - siyahı
22/03/2019 [15:41]:
Xəzərdə zəlzələ olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər universiteti ittihamlara cavab verdi
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
İlham Əliyev böyük siyasi dəyişikliklərin anonsunu verdi - sənədlər paketi hazırlanır
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Azərbaycan səfiri 10 banka kürü oğurladı - təfsilat
Hindlilərin rəngarəng Holi bayramı
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu
Dünyanın ən xoşbəxt ölkəsinin adı açıqlanıb
“Aparıcının efirdə böyük-böyük danışması yolverilməzdir” – MTRŞ
Bu gün İlaxır çərşənbədir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin