Mustafa Hacılıya hökm oxundu

21/02/2019 [14:17] - Gündəm (125)



Bakı Ağır Cinayətlər Məhkəməsində "Bastainfo.com" saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacılının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Prosesdə dövlət ittihamçısı çıxış edərək M.Hacıbəylinın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti olmaqla cəza təyin edilməsini istəyib. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən M.Hacılı barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti olmaqla cəza təyin edilib.

İttihamda yazılır ki, M.Hacılı rəhbəri olduğu saytda 5 iyulda yayımlanmış "Mingəçevirdəki qəza repressiya maşınını dayandırmayıb", 6 iyulda isə "Azərbaycanlılar özlərinin ictimai müqavimət modelini yaradıb" başlıqlı yazılara görə cinayət məsuliyyətinə cəlb olunub. Yazılardan birində AXCP üzvlərinin həbsindən, digərində isə Gəncənin icra başçısı Elmar Vəliyevin gülllənməsi, ona qarşı bu əməli törətməkdə təqsirləndirilən Yunis Səfərovun həbs olunduqdan sonra üzərində xəsarət izləri olan fotolarının yayılması və s. məsələlərdən bəhs olunur.

İttihamda yazılıb ki, M.Hacılı "Gəncə və Mingəçevirdəki hadisələr nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış vəziyyəti özü üçün əlverişli hesab edərək, vətəndaşlar arasında xaos və çaşqınlıq yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsədiylə" bu yazıları rəhbərlik etdiyi sayta yerləşdirib.

Daha sonra ittihamda göstərilir ki, Xəzər rayon sakinləri olan üç qadın - İlahə Xalidova, Arzuxanım Məmmədova və Zülfiyyə Babayeva o məqalələri oxuyub qorxuya düşüblər və narahatlıq keçiriblər.

M.Hacılı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
Ermənistan hərbçilərin maaşını artırmaqdan imtina etdi
Kasprşik Paşinyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Xəzər universiteti ittihamlara cavab verdi
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
Xəbər lenti
25/03/2019 [00:36]:
Azərbaycan millisinin yeni baş məşqçisi jurnalistlərdən futbolçu istədi
24/03/2019 [22:33]:
SOCAR BP ilə Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilər
24/03/2019 [20:44]:
Azərbaycanın Xəzərdə balıq ovu kvotası 33 faiz azaldılıb
24/03/2019 [18:19]:
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
24/03/2019 [16:32]:
"Azərbaycan millisinin müqavimətini qırmaq çox çətin oldu"
24/03/2019 [14:41]:
Türkiyədə əmlaka sahib olan azərbaycanlıların sayı artıb – Rəqəmlər
24/03/2019 [12:38]:
Londonda yüz minlərlə insan Brexit-ə qarşı marşa çıxdı
24/03/2019 [10:26]:
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
23/03/2019 [23:14]:
Gəncə-Bakı reysində dəyişiklik edilib
23/03/2019 [21:26]:
Qazaxıstanda paytaxtın adı yenidən dəyişdirilib
23/03/2019 [19:38]:
Azərbaycan nefti 67 dollara qədər ucuzlaşıb
23/03/2019 [17:43]:
Polşa-Latviya oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
23/03/2019 [16:14]:
Səfir: “Pakistan hər zaman Azərbaycanın yanındadır”
23/03/2019 [15:59]:
Ermənistan hərbçilərin maaşını artırmaqdan imtina etdi
23/03/2019 [14:33]:
Azərbaycanda böyrək köçürülmüş 900-dən çox insan var
23/03/2019 [12:21]:
Kasprşik Paşinyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
23/03/2019 [11:50]:
Xəzər universiteti ittihamlara cavab verdi
23/03/2019 [10:18]:
Ağ Ev: Suriya İŞİD-dən azad edilib
22/03/2019 [23:39]:
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
22/03/2019 [22:31]:
Zakir Həsənov Pakistanın müdafiə naziri ilə görüşüb
22/03/2019 [21:43]:
“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırıldılar - təfsilat
22/03/2019 [20:47]:
Rəsmi Bakıdan Paşinyanın bəyanatına sərt reaksiya
22/03/2019 [19:44]:
Dünyanın ən bahalı şəhərləri - siyahı
22/03/2019 [17:36]:
Bakıda bu yollar bağlanır - siyahı
22/03/2019 [15:41]:
Xəzərdə zəlzələ olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər universiteti ittihamlara cavab verdi
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
İlham Əliyev böyük siyasi dəyişikliklərin anonsunu verdi - sənədlər paketi hazırlanır
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Azərbaycan səfiri 10 banka kürü oğurladı - təfsilat
Hindlilərin rəngarəng Holi bayramı
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu
Dünyanın ən xoşbəxt ölkəsinin adı açıqlanıb
“Aparıcının efirdə böyük-böyük danışması yolverilməzdir” – MTRŞ
Bu gün İlaxır çərşənbədir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin