Leyla Şıxlinskayanın işçisi: "O qadının qısqanclığı bizi bu duruma saldı"

19/02/2019 [19:30] - Gündəm (381)



“Bu, Leyla Şıxlinskaya ilə onun kassiri Nadejda Kaysının oyunu idi. Bu cinayət işi qadın qısqanclığının nəticəsidir. O qadının (Leyla Şıxlinskayanı nəzərdə tutur-red.) qısqanclığı bizi bu səviyyəyə gətirib çıxardı...”, - Polad Əliyevin məhkəmədə dediklədir.

O,  “Leyla Şıxlinskaya Klinikası”nda baş mühasibin müavini olub. 1 il 3 aydır ki, daha altı nəfər iş yoldaşı ilə məhkəmə qarşısındadır. Məhkəmədən öncə də 5 il 5 ay istintaq gedib. Onlar klinikanın rəhbəri, xalq artisti Leyla Şıxlinskayanın şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Onlar klinikanın 804 min manat vəsaitini mənimsəməkdə suçlanırlar.

Amma heç biri özlərini təqsirli bilmirlər. Fevralın 19-da məhkəmədə son sözlərində də deyiblər ki, günahları yoxdur, L.Şıxlinskaya onları şərləyib.

Öncə təqsirləndirilən şəxslərin vəkili çıxış edib. Deyib ki, təqsirləndirilən şəxslərin klinikaya 804 min ziyan vurduğu iddia olunur, bunun da 768 mini “qara mühasibatlıq” əsasında, qeyri-rəsmi sənədlərlə hesablanıb. Ortada cəmi 35 min 617 manatlıq rəsmi sənədlər var.

“Şəhla Abbasova və Polad Əliyev 35 min 617 manatı kartdan çıxarıb gətirib kassir Nadejda Kaysına verib. O da həkimlərə zərflərdə verirdi. Kasın deyir ki, istintaqa həmin zərfləri təqdim edib, amma iş materiallarında yoxdur. Hanı zərflər?”, - vəkil çıxışında deyib.

Müdafiəçi bildirib ki, klinikanın keçmiş baş mühasibi, təqsirləndirilən Şəhla Abbasova dəfələrlə işdən çıxmaq istəyib, amma L.Şıxlinskaya imkan verməyib, onun ərizəsini alıb cırıb: “Axırıncı dəfə də deyib ki, getmək istəyirsənsə, biz sənin üçün yol taparıq, birbaşa türməyə...”

L.Şıxlinskayanın məhkəmədə nümayəndəsi Günay Sultanova Xalq artistinin 804 min manatlıq mülki iddiasının təmin olunmasını, bu vəsaitin təqsirləndirilən şəxslərdən alınıb ona ödənilməsini istəyib.

Ardınca klinikanın keçmiş işçiləri son sözlərini deyiblər.

“Bircə bunu deyə bilərəm ki, mən heç bir cinayət törətməmişəm. Sizdən də xahiş edirəm, bəraət hökmü çıxarasınız”, - sabiq baş mühasib Şəhla Abbasova belə deyib.

Onun müavini Polad Əliyev də günahsız olduqlarını vurğulayıb: “Biz o arvadın bir manatını da mənimsəməmişik. Hamısı şər-böhtandır, onun qısqanclığının nəticəsidir. Əgər biz o pulu yemişiksə, o zaman kassir Nadejda Kaysın da bizimlə burada olmalıydı. Amma yoxdur. Çünki bu, Leyla Şıxlinskaya ilə Kaysının ikisinin birlikdə hazırladığı oyundur”.

Digər təqsirləndirilən şəxslər də məhkəmədən ədalətli hökm çıxarılmasını, onlara bəraət verilməsini xahiş ediblər.

Təqsirləndirilən şəxslərin son sözündən sonra Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib.

 Xatırlatma

Klinikanın keçmiş əməkdaşlarına CM-nin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib. Şıxlinskaya keçmiş işçilərini klinikaya daxil olan vəsaitləri az göstərməkdə, gəlirləri mənimsəməkdə suçlayır.

Təqsirləndirilən əməkdaşlar isə deyirlər ki, L.Şıxlinskaya özü gəlirlərin az göstərilməsi, işçilərin maaşının rəsmi sənədlərdə faktiki verildiyindən dəfələrlə aşağı yazılması haqda göstəriş vermişdi. Məqsəd isə verginin məbləğinin aşağı olması idi.

Təqsirləndirilən şəxslər həbsdə deyil. Prokuror çıxışında onların məhkəmə zalından həbs olunmasını, Şəhla Abbasova və Polad Əliyevin hər birinin 9 il, Yelena Abdullayevanın 2 il, qalan 4 nəfər – mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Mədinə Hüsüyeva və Nigar Rzaquliyevanın isə 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Bu iş üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedəndə klinikanın vergidən yayınması ilə bağlı yeni hallar aşkarlanıb. Bununla əlaqədar daha bir cinayət işi ayrılaraq, araşdırılması üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Orada söhbət milyonlarla manatlıq yayınmadan gedir.

L.Şıxlinskaya isə rəhbərlik etdiyi klinikada maliyyə məsələlərinə cavabdeh olmadığını deyib: “İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq, maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur. Sənədlərə direktor, baş həkim və baş mühasib imza ata bilər”.

Aytən

DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
21/09/2020 [11:12]:
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
21/09/2020 [10:35]:
Donald Tramp: “Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz”
21/09/2020 [10:00]:
İran ABŞ-ı öhdəliklərinə əməl etməyə çağırıb
21/09/2020 [00:19]:
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
20/09/2020 [23:59]:
Vyanada bal mövsümü ləğv edilib
20/09/2020 [21:24]:
Azərbaycan bu il 68 mln. dollarlıq gübrə idxal edib
20/09/2020 [20:58]:
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
20/09/2020 [18:43]:
Ekzoplanetlərdə almaz tapıla bilər
20/09/2020 [17:24]:
Yunanıstan Yanoş qasırğası ilə mübarizə aparır
20/09/2020 [17:12]:
"Bakcell" neftçiləri təbrik etdi
20/09/2020 [17:00]:
İlham Əliyev: "Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır"
20/09/2020 [16:52]:
ABŞ Kanada ilə sərhədləri açmağa hazırlaşır
20/09/2020 [15:43]:
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
20/09/2020 [15:25]:
Daha 154 nəfər COVİD-19-dan sağalıb
20/09/2020 [14:40]:
Gəzinti cavan qalmağa kömək edirmi? - Gündə 10 min addım...
20/09/2020 [13:36]:
BMT Belarusa dair qətnamə qəbul etdi - Rusiyanın bütün təklifləri rədd edilib
20/09/2020 [12:34]:
Azərbaycan tütün məmulatlarının idxalını azaldıb
20/09/2020 [12:10]:
İnsanların yarısında COVID-19-a qarşı anadangəlmə immunitet ola bilər
20/09/2020 [11:41]:
Nazir: "İranda virusdan ölənlərin sayı 45 minə yüksələcək"
20/09/2020 [11:14]:
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
20/09/2020 [10:27]:
Bağlanmış 4 bankın əmanətçilərinə 532 milyon manata yaxın vəsait ödənilib
20/09/2020 [10:00]:
Yenidən koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunacaq
20/09/2020 [09:51]:
"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür
19/09/2020 [23:59]:
Rusiya 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək
19/09/2020 [21:40]:
Hansı bədən temperaturu normal hesab edilməlidir?
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
DÇ-2022-nin 3 stadionunda Çempionlar Liqasının oyunları keçiriləcək
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin