Kəllə qəndlərə insan sağlamlığı üçün təhlükəli maddə vurulur - araşdırma

19/02/2019 [16:11] - Cəmiyyət (375)



“Marketdən kəllə qənd aldım. Çay içən zaman qənddə xoşagəlməz dad hiss etdim.  Dəfələrlə saytlarda oxumuşam ki, qənd istehsal edən zaman tərkibinə müxtəlif maddələr vururlar. Qınddə hiss etdiyim tam məni narahat etdi. “Qızıl Tac” firmasının istehsalı olan qəndin qablaşdırmasının üzərində tərkibi barədə heç bir məlumata rast gəlmədim”.

Bunu Az24saat.org saytına oxuculardan biri yazıb. O, məsələnin araşdırılması və müvafiq qurumların qurumların rəyinin öyərinlməsi üçün saytımıza müraciət edib.

Araşdırmalarımız zamanı ortaya maraqlı faktlar çıxdı.

Belə ki, ölkədə sağlamlığa zərərli kəllə qəndlər satılması barədə mediada dəfələrlə məlumatlar dərc edilib. Məlumatlarda qeyd edilir ki, bəzi istehsal müəssisələri kəllə qəndin ağardılmasında kimyəvi məhsullardan, xüsusilə də insan səhhəti üçün çox zərərli olan “sodium hidrosulfit” maddəsindən istifadə edilir.

Azad İstehlakçılar Birliyinin ötən il apardığı araşdırmada isə  “Qızıl Tac” firması da həmin maddədən istifadə edən firmalar sırasındadır.

Azad İstehlakçılar Birliyinin  sədri Eyyub Hüseynov mətbuata açıqlamasında bildirmişdi ki, istehlakçılar mütəmadi olaraq qəndin ağardılmasında müxtəlif qadağan edilmiş kimyəvi maddələrdən istifadə edildiyi barədə məlumat verirdilər.

AİB ötən il istehlakçılardan daxil olmuş bu şikayətləri araşdırmaq üçün satışdakı qəndləri laborator yoxlamasını aparıb: “Ölkədə istehsal edilən 27 növ qəndin akreditasiya olunmuş laboratoriyada ekspertizasını keçirtdik. Ekpertizanın rəyindən məlum oldu ki, şəkər tozundan kəllə qənd istehsal edən kiçik sexlərin əksəriyyəti qəndin ağardılması zamanı insan orqanizmi üçün ciddi fəsad yaradan kimyəvi maddədən istifadə edirlər. Bəllidir ki, kəllə qənd əldə etmək üçün şəkər tozu qaynadılır. Bu zaman onun rəngi dəyişərək tündləşir. Şəkər tozundan ağ kəllə qənd istehsal etmək üçün texnoloji proses aparılmalıdır.

Bunun üçün “sentrafuqlma” adlanan qurğuda qənd ağardılma prosesindən keçməlidir.

Bu  qurğu mərkəzdən qaçma qüvvəsinə əsaslanır. “Sentrafuqlma” yəni sürətli fırlanma prosesi hesabına qəndin tərkibindən rəngli maddə ayrılır, və ağ qənd qalır. Amma bu gün ölkədə fəaliyyət göstərən kiçik qənd sexlərində bu qurğu yoxdur. Bizim akreditasiya olunmuş laboratoriyada apardığımız ekspertiza zamanı məlum oldu ki, həmin sexlər qəndi ağartmaq üçün qeyd etdiyim kimi, çox təhlükəli maddədən yararlanırlar. Bu, “sodium hidrosulfit” adlanan maddədir. Bu maddənin tərkibi kükürdlə zəngindir.

Mədə-bağırsaq fəaliyyətinin pozulmasına səbəb ola biləcək kükürd tərkibli “sodium hidrosulfit” maddəsindən qida istehsalında norma daxilində istifadəyə icazə verilir.

Bildiyim qədər qənd istehsalında isə bu maddənin istifadəsi qəti yolverilməzdir. Çox təəssüf ki, ölkədə kəllə qənd istehsal edən sexlər, “sentrafuqlma” adlanan qurğunu almaq baha başa gəldiyindən, istehlakçıların sağlamlığını təhlükə altına ataraq kükürd tərkibli “sodium hidrosulfit”dən istifadə edirlər. Bizim apardığımız ekspertiza zamanı “Bolluq” firmasının 700 qramlıq kəllə qəndlərində, “Qidam”şirkətinin “Dişləmə” 500 qramlıq paketlərində, “Seçmə”, “Azeliya”, “Oman”, “Vesta”, “Tərlan”, “Qızıltac”, “Xəyal”,  “Mastero”, “Unudulmaz”, “Bəxşiş” firmasının qəndlərində, Gəncəbasar zonasında istehsal olunan əksər kəllə qəndlərdə “sodium hidrosulfit” aşkarlandı” – deyə Eyyub Hüseynov bildirib.

24saat.org saytı məsələ ilə bağlı “Qızıl Tac” firmasının rəhbərliyi ilə əlaqə saxlayıb.

Firma rəhbərliyi qəndin tərkibinə “sodium hidrosulfit” maddəsinni vurulması ilə bağlı məlumatları təkzib edib. O bildirib ki, firmanın məhsulları yaxın vaxtlarda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılıb. Yoxlamaların nəticələri ilə bağlı sənədi təqdim etməsini istəsək də, hələlik redaksiyaya belə bir sənəd təqdim edilməyib.

24saat.org məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlayıb və verilən cavabla bağlı əlavə məlumat dərc edəcəyik.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
21/09/2020 [11:12]:
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
21/09/2020 [10:35]:
Donald Tramp: “Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz”
21/09/2020 [10:00]:
İran ABŞ-ı öhdəliklərinə əməl etməyə çağırıb
21/09/2020 [00:19]:
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
20/09/2020 [23:59]:
Vyanada bal mövsümü ləğv edilib
20/09/2020 [21:24]:
Azərbaycan bu il 68 mln. dollarlıq gübrə idxal edib
20/09/2020 [20:58]:
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
20/09/2020 [18:43]:
Ekzoplanetlərdə almaz tapıla bilər
20/09/2020 [17:24]:
Yunanıstan Yanoş qasırğası ilə mübarizə aparır
20/09/2020 [17:12]:
"Bakcell" neftçiləri təbrik etdi
20/09/2020 [17:00]:
İlham Əliyev: "Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır"
20/09/2020 [16:52]:
ABŞ Kanada ilə sərhədləri açmağa hazırlaşır
20/09/2020 [15:43]:
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
20/09/2020 [15:25]:
Daha 154 nəfər COVİD-19-dan sağalıb
20/09/2020 [14:40]:
Gəzinti cavan qalmağa kömək edirmi? - Gündə 10 min addım...
20/09/2020 [13:36]:
BMT Belarusa dair qətnamə qəbul etdi - Rusiyanın bütün təklifləri rədd edilib
20/09/2020 [12:34]:
Azərbaycan tütün məmulatlarının idxalını azaldıb
20/09/2020 [12:10]:
İnsanların yarısında COVID-19-a qarşı anadangəlmə immunitet ola bilər
20/09/2020 [11:41]:
Nazir: "İranda virusdan ölənlərin sayı 45 minə yüksələcək"
20/09/2020 [11:14]:
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
20/09/2020 [10:27]:
Bağlanmış 4 bankın əmanətçilərinə 532 milyon manata yaxın vəsait ödənilib
20/09/2020 [10:00]:
Yenidən koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunacaq
20/09/2020 [09:51]:
"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür
19/09/2020 [23:59]:
Rusiya 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək
19/09/2020 [21:40]:
Hansı bədən temperaturu normal hesab edilməlidir?
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
DÇ-2022-nin 3 stadionunda Çempionlar Liqasının oyunları keçiriləcək
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin