“Təxribatlara qarşı vahid mövqe nümayiş etdirmək lazımdır” – BAXCP

18/02/2019 [21:18] - Siyasət (296)



Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası keçirilib. İclasda ictimai-siyasi və cari məsələlər müzakirə olunub. İctimai-siyasi məsələlərin müzakirəsi çərçivəsində ötən həftə Rusiyanın paytaxtı Moskva şəhərində çeçen millətindən olan bir qrup şəxsin azərbaycanlıların ictimai-iaşə obyektinə hücumu nəticəsində yaranan qarşıdurmaya, bəzi qüvvələrin yaranmış vəziyyətdən sui-stifadə etmək cəhdlərinə də toxunulub. 

İdarə Heyətinin iclasında Qafqazın aborigen xalqları olan azərbaycanlılarla çeçenləri yüzillərin sınağından keçmiş dostluq münasibətlərinin, ortaq dəyərlərin və ənənələrin birləşdirdiyi, ən çətin günlərdə bu iki xalqın nümayəndələrinin bir-birinə dəstək verdikləri vurğulanıb. 

Qeyd olunub ki, hadisələrin inkişaf dinamikası, sosial şəbəkələrdə və bəzi digər internet resurslarında azərbaycanlı-çeçen qarşıdurmasına çağırışlar baş verənlərin öncədən hazırlanmış təxribat olduğuna şübhə yaradır: “Çeçen xalqının ayrı-ayrı xarici ölkələrdə, o cümlədən Belçikada sığınacaq tapmış bəzi nümayəndələrinin azərbaycanlıların, eləcə də digər xalqlarının nümayəndələrinin kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı çağırışları, çoxsaylı şikayətlərə baxmayaraq, bu qəbildən olan çağırışların hələ də YouTube və bu kimi digər sosial şəbəkələrdən silinməməsi prosesin arxasında Qafqaz xalqlarını qarşıdurmaya sövq etmək niyyəti güdən qüvvələrin dayandığını sübuta yetirir. BAXCP İdarə Heyəti hesab edir ki, açıq şəkildə terrora, insanları etnik mənsubiyyətinə görə qətlə yetirməyə və digər insanlıq əleyhinə cinayətlərə çağırış edən şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülməli, onların yaşadıqları ölkələrin müvafiq dövlət qurumları qarşısında belə şəxslərin cinayətkar əməllərinə son quyulması ilə bağlı vəsatət qaldırılmalıdır.

BAXCP Rusiyada yaşayan azərbaycanlıları və çeçen diasporunun nümayəndələrini üçüncü qüvvələrin, o cümlədən Ermənistanın xüsusi xidmət orqanlarının təxribatlarına uymamağa, sayıq olmağa, təxribatlara qarşı vahid mövqe nümayiş etdirməyə çağırır”.

BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan digər məsələ xaricdə yaşayan Azərbaycan vətəndaşlarına müvafiq dövlət xidmətlərinin “Elektron hökumət” portalı vasitəsilə elektron qaydada göstərilməsi ilə bağlı olub. BAXCP İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bu istiqamətdə planlaşdırdıqları işləri təqdir etdiyini bildirib.

Qeyd olunub ki, xarici ölkələrdə, o cümlədən qardaş Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının müvafiq sənədlərlə, həmçinin şəxsiyyət vəsiqələri ilə təmin edilməsi onların hüquqularının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. BAXCP İdarə Heyəti ümid edir ki, bu işbirliyi çərçivəsində Türkiyədə, əsasən İstanbul şəhərində kompakt şəkildə yaşayan, Naxçıvandan olan vətəndaşlarımızın da şəxsiyyət vəsiqələri və digər sənədlərlə təmin edilmələrinə imkan yaradılacaq.

BAXCP İdarə Heyəti Azərbaycan hökumətini iş tapmaq məqsədi ilə paytaxt Bakıya və ölkənin digər ərazilərinə köç edən Naxçıvan sakinlərinə, Naxçıvana gediş-gəlişin çətin olduğu nəzərə alınaraq, yaşadıqları ərazilərdə şəxsiyyət vəsiqəsi və digər sənədləri ala bilmələri üçün müvafiq tədbirlər həyata keçirməyə çağırıb. BAXCP İdarə Heyəti hesab edir ki, Naxçıvan Muxtar Respublikasının da müvafiq dövlət qurumları ASAN Xidmət sisteminə inteqrasiya edilməli və Muxtar Respublikanın ərazisində ASAN Xidmət Mərkəzləri açılmaalıdır.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
21/09/2020 [11:12]:
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
21/09/2020 [10:35]:
Donald Tramp: “Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz”
21/09/2020 [10:00]:
İran ABŞ-ı öhdəliklərinə əməl etməyə çağırıb
21/09/2020 [00:19]:
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
20/09/2020 [23:59]:
Vyanada bal mövsümü ləğv edilib
20/09/2020 [21:24]:
Azərbaycan bu il 68 mln. dollarlıq gübrə idxal edib
20/09/2020 [20:58]:
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
20/09/2020 [18:43]:
Ekzoplanetlərdə almaz tapıla bilər
20/09/2020 [17:24]:
Yunanıstan Yanoş qasırğası ilə mübarizə aparır
20/09/2020 [17:12]:
"Bakcell" neftçiləri təbrik etdi
20/09/2020 [17:00]:
İlham Əliyev: "Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır"
20/09/2020 [16:52]:
ABŞ Kanada ilə sərhədləri açmağa hazırlaşır
20/09/2020 [15:43]:
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
20/09/2020 [15:25]:
Daha 154 nəfər COVİD-19-dan sağalıb
20/09/2020 [14:40]:
Gəzinti cavan qalmağa kömək edirmi? - Gündə 10 min addım...
20/09/2020 [13:36]:
BMT Belarusa dair qətnamə qəbul etdi - Rusiyanın bütün təklifləri rədd edilib
20/09/2020 [12:34]:
Azərbaycan tütün məmulatlarının idxalını azaldıb
20/09/2020 [12:10]:
İnsanların yarısında COVID-19-a qarşı anadangəlmə immunitet ola bilər
20/09/2020 [11:41]:
Nazir: "İranda virusdan ölənlərin sayı 45 minə yüksələcək"
20/09/2020 [11:14]:
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
20/09/2020 [10:27]:
Bağlanmış 4 bankın əmanətçilərinə 532 milyon manata yaxın vəsait ödənilib
20/09/2020 [10:00]:
Yenidən koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunacaq
20/09/2020 [09:51]:
"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür
19/09/2020 [23:59]:
Rusiya 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək
19/09/2020 [21:40]:
Hansı bədən temperaturu normal hesab edilməlidir?
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
DÇ-2022-nin 3 stadionunda Çempionlar Liqasının oyunları keçiriləcək
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin