FHN generalının banka külli miqdarda borcu aşkarlandı

18/02/2019 [12:43] - İqtisadiyyat (659)



Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Ənvər oğlu Paşayevin ləğv prosesində olan Qafqaz İnkişaf Bankı ASC-ə külli miqdarda borcu var. AzNews.az-ın məlumatına görə, generalla bank arasında borc məsələsi uzun müddətdir ki, davam edir.

Belə ki, 2018-ci ilin oktyabr ayının 10-da Ali Məhkəmənin hakimi Ənvər Şadıyev aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv edərək işi yenidən baxmaq üçün apellyasiya məhkəməsinə göndərib.

Qeyd edək ki, məhkəmə prosesində iddiaçı kimi ləğv prosesində olan Qafqaz İnkişaf Bankı ASC, cavabdeh qismində isə Paşayev Şahmar Ənvər oğlu, Alza Holding-1 MMC və Həziyev Əli Həsən oğlu tanınıb. İddiaçı məhkəmədə ilkin olaraq borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi qoyub. Qarşılıqlı tələb kimi isə ilkin iddia tələblərinin qanunsuz hesab edilməsi qoyulub. Ancaq Ali Məhkəmə iddiaçının tələbini təmin etməyərək generalın xeyrinə qərar çıxarıb. Çıxarılan qərardan narazı qalan, ləğv prosesində olan Qafqaz İnkişaf Bankı ASC-nin apellyasiya şikayətinə fevral ayının 19-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrliyi ilə keçiriləcək iclasda baxılacaq.

Xatırladaq ki, Şahmar Paşayev ötən əsrin axırlarında Xətai rayonu RPİ-nin 37-ci polis bölməsinin rəisi vəzifəsində işləyərkən gündəmə gəlib. O, uzun illər həmin vəzifədə işləyəndən sonra Yasamal RPİ-nin rəisi vəzifəsinə təyin olunub. Sonrakı illərdə xeyli dəyişikliklər baş verib.

Bakı BPİ rəisinin birinci muavini işləyən Cavadağa Sultanov vəzifəsindən azad olunub və bu posta yenə də Şahmar Paşayev gətirilib. 2007-ci ildə Ş. Paşayev Şirvan şəhərinin, Şamaxı rayon Polis Şöbəsinin rəisi işləyir.

2014-cü ilin aprel ayında müəyyən səbəblərdən Daxili İşlər orqanlarından xaric edilir. Həmin vaxt Ş.Paşayev mətbuata açıqlamasında işdən öz ərizəsi ilə çıxarıldığını, buna səbəb kimi isə səhhətində yaranmış problemləri, artıq işləyə bilmədiyini əsas göstərir.

Lakin cəmi bir neçə ay sonra o tamam başqa bir nazirliyə vəzifə tutur.

Belə ki, fövqəladə hallar naziri Kamaləddin Heydərovun əmri ilə, Ş.Paşayev 2015-ci ilin yanvar ayında FHN-in Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi vəzifəsinə gətirilir. Bir neçə ay sonra isə (18 noyabr 2015) o daha yüksək vəzifəyə təyinat alır. Nazirin əmriylə Ş.Paşayev Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi təyin edilir. Sonra isə Paşayev FHN sistemində general rütbəsinə layiq görülür.
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
28/09/2020 [21:24]:
Türkiyə lirəsinin məzənnəsi bir daha tarixi minimuma enib
28/09/2020 [21:07]:
Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına zəng edib
28/09/2020 [21:00]:
Prezident İlham Əliyev Ərdoğana təşəkkür edib
28/09/2020 [20:49]:
Yoluxma riskini azaldır – ABŞ-da koronavirus araşdırması
28/09/2020 [20:47]:
Ombudsman ermənilərin atəşə tutduğu bölgədə
28/09/2020 [20:40]:
Şanlı Ordumuzun uğurları
28/09/2020 [20:00]:
Ermənilər Tərtərdə mülki əhalini atəşə tutdu - Ölənlər və yaralananlar var
28/09/2020 [19:16]:
Azərbaycan və Ukrayna XİN rəhbərlərinin telefon danışığı oldu
28/09/2020 [18:48]:
Ukraynanın ən böyük aviaşirkəti Yerevana uçuşları dayandırdı
28/09/2020 [18:38]:
Düşmənin növbəti provakasiya siyasəti
28/09/2020 [18:19]:
Türk Şurası Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı
28/09/2020 [17:46]:
BİZ ZƏFƏR ÇALACAĞIQ.QARABAĞ BİZİMDİR, QARABAĞ AZƏRBAYCANDIR !
28/09/2020 [17:35]:
Qarabağ Azərbaycandır!
28/09/2020 [17:22]:
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
28/09/2020 [17:10]:
Karantin rejimi noyabrın 2-dək uzadıldı
28/09/2020 [17:00]:
Ordumuzun yüksək döyüş əzmi bu gün öz sözünü deyir
28/09/2020 [16:46]:
BİZİM İŞİMİZ HAQQ İŞİDİR. BiZ ZƏFƏR ÇALACAĞIQ!
28/09/2020 [16:35]:
Bizim yolumuz haqq yoludur!
28/09/2020 [16:34]:
Ronaldu Avropanın top-5 liqasında tarixi rekorda imza atdı
28/09/2020 [16:15]:
Azərbaycan haqq yolundadır
28/09/2020 [16:00]:
Şanlı Ordumuzun yanındayıq!
28/09/2020 [15:44]:
Bizim yolumuz haqq yoludur!
28/09/2020 [15:34]:
QARABAĞ AZƏRBAYCANIN BÖLÜNMƏZ PARÇASIDIR!
28/09/2020 [15:15]:
Azərbaycan xalqının orduya inamı böyükdür
28/09/2020 [15:14]:
ABŞ-da məhkəmə “TikTok” qadağasını müvəqqəti bloklayıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Prezident Administrasiyasını belə heçə sayan “Konstra” MKT-nın qurbanları – Söhbət təkcə “qurban keçisi”ndən getmir
Ərtoğrula vəzifə verildi
Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bəyan etdi
“Oyaq gözəl” yenidən səhnədə
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Dünyada bankların səhmləri ucuzlaşıb
TANAP-la Türkiyəyə 6,7 mlrd. kubmetr qaz nəql edilib
Modi: "Hindistan bütün digər ölkələrlə birgə işləməyə ümid edir"
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin