Əfvdən gözləntilər: Millət vəkili və hüquq müdafiəçiləri ümidlidirlər

17/02/2019 [21:58] - Gündəm (393)



Hər Novruz bayramında verilən əfv fərmanından bu dəfə ictimai fəalların, hüquq müdafiəçilərinin gözləntiləri yüksəkdir. Onlar gözlənən əfv fərmanı ilə ölkədə “siyasi məhbus probleminə” son qoyulacağını düşünürlər.

Dövlət Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, hazırda 200-ə qədər müraciət baxıblar və proses hələ də davam edir.

“BBC News Azərbaycanca”ya danışan millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyir ki, adının hansısa siyahıya düşüb-düşməməyindən asılı olmayaraq, məhkumlar Əfv Komissiyasına müraciət etməlidirlər.

Hüquq müdafiəçisi Rəsul Cəfərov Novruzda gözlənən əfv fərmanından sonra “siyasi məhbus” kimi tanıdıqları şəxslərin hamısının azadlığa çıxacağına ümidlidir: “Ötən ilki fərmanla cəmi 12 siyasi məhbus azadlığa çıxdı. Yaxşı olardı ki, bu dəfə belə olmasın”.

Rəsul Cəfərov düşünür ki, yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı şəxslərin hamısı azadlığa buraxılsa, Azərbaycan hakimiyyətinin imici “beynəlxalq arenada müsbətə doğru dəyişər”, “ölkədə vətəndaşla hökumət arasındakı münasibətə müsbət təsir göstərəcək”.

“Bizim Avropa Şurası qarşısında könüllü götürdüyümüz öhdəliklər var. 2001 ildə üzv olanda həll edilməli problemlərdən biri də siyasi məhbus problemi idi, İndiyədək köklü şəkildə həll edilə bilməyib”, R.Cəfərov deyir.

Digər hüquq müdafiəçisi Novella Cəfəroğlu da Azərbaycanın “bu il siyasi məhbus məsələsinə birdəfəlik” son qoyulmasını istəyir, amma əlavə edir ki, Avropa Şurasına təqdim edilmiş siyasi məhbus siyahılarına yenidən baxmaq ehtiyacı var.

O, qeyd edib ki, hazırda siyasi məhbusların dəqiqləşdirilməsi prosesi gedir.

“Siyahımızdan kim əfvə ərizə verib, bilmirik. Ancaq biz öz siyahımızı bilirik ki, buradakılar dəqiq siyasi məhbuslardır. O siyahıdakıların adı o birisi siyahılarda da vardı. Ona görə biz hamısına baxırıq ki, kimi çıxaraq, kimi nə edək?”

Siyahıların fərqli olmasına gəlincə isə, Novella Cəfəroğlu deyir ki, siyahıları tərtib edərkən, Avropa Şurasının saytında göstərilən kriteriyalar əsas göstərilməlidir və onlar siyahılarını həmin “göstərilən tələblərə uyğun” şəkildə tərtib ediblər.

Novella Cəfəroğlunun fikrincə, “bu siyasi məhbus məsələsi bitsə, AŞPA-dakı növbəti məsələ hüquqları pozulan yarım milyon qaçqının məsələsi ola bilər”. Hazırda ayrı-ayrı hüquq müdafiəçisi qrupu Avropa Şurasına fərqli “siyasi məhbus siyahısı” təqdim ediblər. Bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, Azərbaycanda 130 siyasi məhbus var.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov vurğulayır ki, həbsdə olan şəxs adının hər hansı siyahıda olub-olumamasına, hər hansı beynəlxalq təşkilat tərəfindən hallanıb-hallanmamasına baxmayaraq, Əfv Komissiyasına müraciət edə bilər.

Ancaq o, gözlənən əfv fərmanı ilə bağlı gözləntisini bölüşməyib, deyib ki, bu, prezidentin səlahiyyətində olan məsələdir.

“BBC News Azərbaycanca”ya danışan millət vəkili ortada “siyasi məhbus məsələsinə” dair müxtəlif siyahıların olmasından da gileylənib: “Təəssüf ki, beynəxalq təşkilatlarda işləyən bir insan kimi, bəzən görürük ki, beynəlxalq təşkilatlar bir-birinə zidd siyahılar təqdim edirlər. Baş çıxarmaq olmur, o adlar ora necə düşüb”.

Ona görə də o hesab edir ki, adlarıının hansısa siyahıya düşüb-düşməməsindən asılı olmayaraq, vaxtından əvvəl azadlığa çıxmaq istəyən məhbuslar Əfv Komissiyasına müraciət etməlidir və onların əfv şərtlərinə cavab verib-verməyəcəyini də bu qurum araşdıracaq.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Müraciət edənlərin kimliyini açıqlamayıb, amma deyib ki, onlar “ayrı-seçkilik qoymadan bütün müraciətləri araşdırırlar.

“Əfv müraciətlərinə baxılarkən, kimin fəal, kimin qeyri-fəal olması bizim üçün həlledici amil hesab olunmur. Hansısa beynəlxalq təşkilatın tövsiyəsi var, yoxdur bu da bizim üçün əsas məsələ deyil. Bizim üçün əsas olan şəxsin müraciəti məsələsidir. Şəxsin taleyi ilə bağlı məsələlərdir”, Əliməmməd Nuriyev qeyd edib.

O, “bütün müraciətlərə” növbəti həftələr ərzində baxılacağını vurğulayır. Ə. Nuriyevin sözlərinə görə, Əfv Komissiyası üçün hansısa siyahıların olub-olmaması əhəmiyyətli fakt deyil.

“Biz ən sonda bilirik ki, adı hansısa siyahıda olmuş şəxs əfv olunub. Elə götürək, ötən ilki əfv sərəncamında da 12 nəfərə kimi müxtəlif siyahılarda olan şəxslər əfv olunmuşdu”.

Əfv Komissiyasının üzvü xatırladıb ki, Əfvetmə haqqında əsasnaməyə uyğun olaraq, bağışlanması üçün vəsatət həm yerli, həm beynəlxalq təşkilatları qaldıra bilər, deputatlar, həm ombudsman, həm də yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiya qaldıra bilər, penitensiar xidmətin rəhbərliyi də belə bir vəsatətlə çıxış edə bilər.

Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
28/09/2020 [21:24]:
Türkiyə lirəsinin məzənnəsi bir daha tarixi minimuma enib
28/09/2020 [21:07]:
Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına zəng edib
28/09/2020 [21:00]:
Prezident İlham Əliyev Ərdoğana təşəkkür edib
28/09/2020 [20:49]:
Yoluxma riskini azaldır – ABŞ-da koronavirus araşdırması
28/09/2020 [20:47]:
Ombudsman ermənilərin atəşə tutduğu bölgədə
28/09/2020 [20:40]:
Şanlı Ordumuzun uğurları
28/09/2020 [20:00]:
Ermənilər Tərtərdə mülki əhalini atəşə tutdu - Ölənlər və yaralananlar var
28/09/2020 [19:16]:
Azərbaycan və Ukrayna XİN rəhbərlərinin telefon danışığı oldu
28/09/2020 [18:48]:
Ukraynanın ən böyük aviaşirkəti Yerevana uçuşları dayandırdı
28/09/2020 [18:38]:
Düşmənin növbəti provakasiya siyasəti
28/09/2020 [18:19]:
Türk Şurası Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı
28/09/2020 [17:46]:
BİZ ZƏFƏR ÇALACAĞIQ.QARABAĞ BİZİMDİR, QARABAĞ AZƏRBAYCANDIR !
28/09/2020 [17:35]:
Qarabağ Azərbaycandır!
28/09/2020 [17:22]:
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
28/09/2020 [17:10]:
Karantin rejimi noyabrın 2-dək uzadıldı
28/09/2020 [17:00]:
Ordumuzun yüksək döyüş əzmi bu gün öz sözünü deyir
28/09/2020 [16:46]:
BİZİM İŞİMİZ HAQQ İŞİDİR. BiZ ZƏFƏR ÇALACAĞIQ!
28/09/2020 [16:35]:
Bizim yolumuz haqq yoludur!
28/09/2020 [16:34]:
Ronaldu Avropanın top-5 liqasında tarixi rekorda imza atdı
28/09/2020 [16:15]:
Azərbaycan haqq yolundadır
28/09/2020 [16:00]:
Şanlı Ordumuzun yanındayıq!
28/09/2020 [15:44]:
Bizim yolumuz haqq yoludur!
28/09/2020 [15:34]:
QARABAĞ AZƏRBAYCANIN BÖLÜNMƏZ PARÇASIDIR!
28/09/2020 [15:15]:
Azərbaycan xalqının orduya inamı böyükdür
28/09/2020 [15:14]:
ABŞ-da məhkəmə “TikTok” qadağasını müvəqqəti bloklayıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Prezident Administrasiyasını belə heçə sayan “Konstra” MKT-nın qurbanları – Söhbət təkcə “qurban keçisi”ndən getmir
Ərtoğrula vəzifə verildi
Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bəyan etdi
“Oyaq gözəl” yenidən səhnədə
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Dünyada bankların səhmləri ucuzlaşıb
TANAP-la Türkiyəyə 6,7 mlrd. kubmetr qaz nəql edilib
Modi: "Hindistan bütün digər ölkələrlə birgə işləməyə ümid edir"
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin