Prezident Polad Bülbüloğluna tapşırıq verdi

17/02/2019 [00:08] - Gündəm (429)



Azərbaycan Prezidenti İlham Əliyev Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş hadisə ətrafında vəziyyəti nəzarət altında saxlayır. Virtualaz.org-un əməkdaşı ilə söhbətində bunu Azərbaycanın Rusiyadakı fövləqadə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

Səfir qeyd edib ki, dövlət başçısı yaranmış vəziyyətlə əlaqədar zəruri bütün göstərişləri verib. O cümlədən Azərbaycanın Moskvadakı səfirliyinə də tapşırıqlar verilib. Azərbaycan səfirliyi bu məsələ ilə sıx məşğuldur, münaqişənin həllinə cəlb edilmiş azərbaycanlılarla görüşlər keçirilib.

Polad Bülbüloğlu əlavə edib ki, bu gün o, Azərbaycan DİN təmsilçisi, general-mayor Əkbər Yusifovla birlikdə Rusiya DİN Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi, polis general-leytenantı Oleq Baranovla görüş keçirib.

Görüşdə yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb və münaqişənin qızışdırılmasının yolverilməzliyi ilə əlaqədar tədbirlər müzakirə olunub. Oleq Baranova Azərbaycan və çeçen xalqlarını bir-birinə bağlayan dostluq və mehriban qonşuluq hissləri, Moskvanın çoxmilli meydançasında bu cür idarəolunmaz vəziyyətə keçməsinin qarşısı alınmalı olan, təxirəsalınmaz tədbirlərin görülməsini tələb edən hadisələrin yolverilməzliyi barədə məlumat verilib.

Səfirin sözlərinə görə, general-leytenant Oleq Baranov bildirib ki, hər iki hadisə ilə əlaqədar operativ işlər görülür, ələlxüsus “Neolit” kafesinə hücum faktı üzrə yaxın zamanda ittihamlar irəli sürüləcək, həmçinin taksi sürücüsünün qətlində əli olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və saxlanılması, bu hadisənin araşdırılması üzrə intensiv işlər aparılır. Cinayət işləri məhkəməyə veriləcək və ictimaiyyət bununla bağlı məlumatlandırılacaq.

General-leytenant əmin edib ki, vəziyyət şəhər hakimiyyətinin və polisin tam nəzarəti altındadır və bütün zəruri tədbirlər görüləcək.

Polad Bülbüloğlu əlavə edib ki, dünən və bu gün o, bu məsələnin həllinə bilavasitə cəlb olunmuş azərbaycanlılarla bir sıra görüşlər keçirib.

“Dönə-dönə xahiş edirik ki, yalan məlumatlara və təxribatçı bəyanatlara inanmayasınız. Səfirlik bilavasitə bu problemlə məşğuldur və ictimaiyyəti hadisələrin sonrakı inkişafı barədə məlumatlandıracaq”, – o bildirib.
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
12/07/2020 [18:58]:
Dünyanın ən varlı qadınlarının reytinqi açıqlandı
12/07/2020 [17:24]:
Lionel Messi daha bir tarixi rekorda imza atıb
12/07/2020 [16:52]:
“Türk Hava Yolları” İstanbul-Bakı aviareyslərinin sayını artırır
12/07/2020 [16:43]:
Koronavirusun üçüncü dalğası da gözlənilir
12/07/2020 [16:37]:
Qazaxda minik və yük avtomobili toqquşub
12/07/2020 [16:27]:
Ermənilər təxribat törədib, itkilər var - Müdafiə Nazirliyi
12/07/2020 [15:49]:
Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
12/07/2020 [15:41]:
Meksikada koronavirusa yoluxanların ümumi sayı 295,2 mini ötdü
12/07/2020 [15:38]:
Ərdoğan: “Digər ölkələr Aya Sofya haqqında qərara hörmətlə yanaşmalıdır”
12/07/2020 [15:28]:
Luminar Bug fotomüsabiqəsi elan olunub
12/07/2020 [14:40]:
Almaz bəzəkli tibbi maskalar satışa çıxarıldı
12/07/2020 [14:04]:
Ronaldinyonun apelyasiya şikayəti təmin olunmayıb
12/07/2020 [13:26]:
Müntəzəm aktivlik koronavirusa yoluxmanın qarşısını alır?
12/07/2020 [12:48]:
"Yuventus" "Atalanta" ilə məlubiyyətdən son dəqiqələrdə xilas olub
12/07/2020 [12:14]:
Tramp Venesuela və Kuba uğrunda "mübarizə aparacağına" söz verdi
12/07/2020 [11:55]:
Leysan yağışlar selə səbəb olub - Faktiki hava
12/07/2020 [11:43]:
Dünyada koronavirusun ilk vaksinin sınağı başa çatdı
12/07/2020 [11:28]:
Zidanın dövründə 500-cü qol
12/07/2020 [10:42]:
Braziliyada yeni virus təşvişi
12/07/2020 [10:00]:
Koronavirusdan sonra ağciyərləri necə sağaltmaq olar?
12/07/2020 [09:57]:
Aya Sofyanın adı dəyişdirilir? - Rəsmi açıqlama
12/07/2020 [09:38]:
Bir Dünya, Bir Günəş, Bir Şəbəkə
11/07/2020 [22:35]:
Rəssamın “Zəfər tağı” əsəri 22,5 milyon dollara satılıb
11/07/2020 [21:29]:
Antonio Konte transferlərə ən azı 180 milyon avro xərclənməsini tələb edib
11/07/2020 [20:32]:
Fövqəladə vəziyyət rejimi iyulun 31-dək uzadılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
DTX-nin XİN-də keçirdiyi əməliyyatın görüntüləri
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub - 8 nəfər vəfat edib
Bir neçə rayona yeni prokuror təyin olundu
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
Avropa Pakistanın Hava Yollarını bağlayır
3 ölkə arasında müasir və proqresiv ticarət sazişi (T-MEC) qüvvəyə minir
3 yaşlı oğlan uşaq terror hücumunda sağ qalıb
“Xınalıq” UNESKO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb
Hazırlanmaqda olan koronavirus vaksininin əsas üstünlüyü açıqlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin