Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi

16/02/2019 [00:02] - Cəmiyyət (162)



Respublika Narkoloji Mərkəzində 25 nəfərin öldüyü yanğının bir ili tamam olacaq. Amma hələ də bu olayla bağlı məhkəmə araşdırmaları davam edir. Artıq dindirmələr başa çatıb, hazırda məhkəmə istintaqının sonuncu – sənədlərin tədqiqi mərhələsidir.

Bu iş üzrə araşdırmalar yarım ildən çoxdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılır. Fevralın 15-də keçirilən məhkəmə iclasında Narkoloji Mərkəzin keçmiş direktoru, təqsirləndirilən Telman Məmmədhəsənovun vəkili Vasif İsrafilov sənədlər təqdim edib. Bunlar yanğın vaxtı xəsarət almış zərərçəkənlərin şikayət və tələblərinin olmama barədə notarial qaydada təsdiqlənmiş ərizələr, bir də T.Məmmədhəsənovun həm özünün, həm də həyat yoldaşının səhhətində problemlər olması barədə həkim arayışı idi.

Vəkil bildirib ki, T.Məmmədhəsənov şəkərli diabetdən əziyyət çəkir, boynundakı fəqərələr də implant olunub. Həyat yoldaşı da sinir xəstəliyindən əziyyət çəkir.

Ardınca işdə olan ekspert rəyləri təqdim olunub. Ekspert yazır ki, hadisə vaxtı Mərkəzdə alkoqolizmə görə müalicə alan və yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov anlaqlı olub, öz hərəkətlərini dərk edib. Ekspertizanın rəyinə əsasən, 25 nəfər tüstüdən zəhərlənmə nəticəsində ölüb.

Ekspertizanın nəticəsində həmçinin qeyd olunur ki, hadisə baş verən bina tam yanar materialdan olmaqla, istifadəyə yararsız olub.

Vəkil V.İsrafilov iş materiallarında Məhəmməd Məmmədovla bağlı daha bir məqamı hakimlərin diqqətinə çatdırıb. İttihamda yazılıb ki, M.Məmmədov oğlunun verdiyi rüşvət hesabına, məcburi şəkildə Mərkəzdə saxlanıb. O, martın 1-də müalicə müddətinin uzadılmasını biləndə özünü öldürmək üçün yanğın törədib. Lakin Mərkəzin qəbul şöbəsinin kitabçasında yazılıb ki, M.Məmmədov öz ərizəsilə Mərkəzə qəbul olunub, o, müvafiq müqaviləyə də imza atıb.

Təqsirləndirilən Məhəmməd Məmmədov isə bir daha bildirib ki, yanğını o törətməyib: “Mən özümə qəsd edən olsaydım, çıxıb bayırda özümü yandırardım, camaatı niyə yandırırdım?”

Vəkillər rəy vermiş ekspertin dindirilməsini istəyib.

Martın 1-dən 2-nə keçən gecə saat 12-dən saat 4-ə qədər korpusdakı müşahidə kameralarının qeydə aldığı görüntülər məhkəmədə nümayiş etdirilib. Görüntülərdən məlum olur ki, gecə saatlarında bir sıra xəstələr, o cümlədən Məhəmməd Məmmədov da oyaq olub, siqaret çəkmək üçün sanitar qovşağa gedib.

“Orada “oxranlar” vardı, amma onlar gecə yıxılıb yatırdılar. Deyirdilər ki, lazım olanda gəlib çağırarsız. Bir çox ağır xəstələr vardı, onlar bəzən yıxılırdı, kömək lazım olurdu. Onda mən və başqaları kömək eləyirdik”, - gecə saatlarında oyaq olmasını belə əsaslandırıb.
Məhkəmə prosesi fevralın 22-də davam edəcək.

Xatırladaq ki, Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29-nun xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu. İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərovun haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat etdi.

Məhkəmə qarşısına çıxarılan dörd nəfər isə hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədovadır. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

64 yaşlı M.Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş A.Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir.

Lakin onların heç biri özlərini təqsirli bilmir. M.Məmmədov bildirir ki, polis idarəsində onu döyə-döyə Mərkəzi yandırması haqda ifadəyə imza atdırıblar.

Azərbaycan cinayət qanunvericiliyində iki və daha çox adamın qəsdən öldürülməsinə görə 20 ilədək və ya ömürlük, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olanda 3 ildən 7 ilə qədər, dəfələrlə rüşvət almağa görə 8 ildən 12 ilə, yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmişlərin ölümünə səbəb olanda isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Aytən

Qadir müəllim, biri Narkoloji Mərkəzdə yanğındı
İndi Beynəlxalq Bankı da göndərirəm

Beynəlxalq Bankdan milyonları götürmək üçün şirkətləri kimlər və necə yaradıb?

Beynəlxalq Bankın keçmiş rəhbəri, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, keçmiş deputat Dünyamin Xəlilov və daha 19 nəfərin məhkəməsi davam edir. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Dekabrın 15-də hakim Faiq Qəniyevin sədrliyilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərdən beş nəfər ifadə verib. Onların adlarına şirkətlər yaradılıb və bu şirkətlər vasitəsilə Beynəlxalq Bankdan yüzmilyonlarla kredit götürülüb. Lakin onlar həmin kreditləri görmədiklərini, hara xərclənməsindən də xəbərsiz olduqlarını bildirirlər. Bu şəxslərin hamısı Cahangir Hacıyevin göstərişilə Dünyamin Xəlilovun yaratdığı “General Construction” şirkətinin işçiləri olub. Sonradan onların adına şirkətlər yaradılıb.

Təqsirləndirilən “Sigma Line” şirkətinin direktoru Samir Hacıyev ifadəsində bildirib ki, formal olaraq, şirkətə rəhbərlik edib. Əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru, daha sonra “General Construction” şirkətində İT mütəxəssisi kimi çalışdığını deyən S.Hacıyev bildirib ki, şirkətin nə vaxt yaradılmasını dəqiq bilmir. Bütün sənədlərə, kredit müqavilələrinə oxumadan imza atıb. Hətta Beynəlxalq Bankdan götürülmüş 9 milyonluq kredit müqaviləsini dəhlizdə ayaqüstü imzalayıb: “Mən Dünyamin müəllimə etibar edirdim. Demişdi ki, götürülən kreditlər bağlanacaq”.
O, 2008-ci ildə “General Construction”dan çıxıb başqa işdə çalışsa da, rəsmi sənədlərdə “Sigma Line”ın direktoru kimi qalıb: “Dünyamin müəllim şirkətin direktoru kimi qalmağımı istədi. Mən başqa yerdə çalışan zaman Dünyamin müəllim banka gedib, kredit sənədlərinə qol çəkməyimi istəyirdi. Gedib, qol çəkib, pulları onlara, konkret Əli Muradova verirdim”.

Təqsirləndirilən S.Hacıyevin adına 22 milyon manatlıq kredit borcu var. Bunun ödənilməsi barədə inzibati-iqtisadi məhkəmə qərar da çıxarıb: “Məni icra şöbəsinə çağırıb dedilər. Bildirdim ki, mən o pulu görməmişəm, ödəyə də bilmirəm”.

Daha sonra təqsirləndirilən Sərxan Rəsulov dindirilib. O, “Adelaide Park Holdings” MMC-nin direktoru olub. Bildirib ki, Dünyamin Xəlilov adətən böyük dövlət layihələrini, sosial layihələri həyata keçirirdi. Ona görə də güvənib, razılıq verib: “Arada inam olub, ona görə. Amma mən faktiki turizm işilə məşğul olmuşam. Komplekslərə turist göndərmişəm, bu işə görə 500 manat maaş alırdım. Mən o şirkətin fəaliyyətində iştirak eləməmişəm”.

Bu şirkətin adına 2013-cü ilin mayında 1 milyon 490 min kredit rəsmiləşdirilib. Amma bankdan nəğd şəkildə iyul ayında 30 min bir, 10 min də bir olmaqla, cəmi 40 min manat götürülüb.
“Xəzər Menecment Sistems”in rəhbəri Arif Mikayılov da təqsirləndirilən şəxs qismində ifadə verib. O bildirib ki, Dünyamin Xəlilov Şəki Su Elektrik Stansiyasının tikintisilə bağlı ona təklif edib: “Çətinliklə işi başa çatdırdıq. Dünyamin müəllim əvvəl mənə 700 manat, sonra 1000 manat maaş verdi. “Xəzər Menecment”in direktoru olandan sonra isə 2500 manat maaş almışam. 2009-cu ildə Beynəlxalq Bankın təminatı ilə Almaniya şirkəti ilə müqavilə bağladıq, avadanlıqlar gəldi. Mən də sənədlərə qol çəkmişəm. Bizə nə deyirdilər onu da edirdik. Pulları bankdan götürüb, gətirib kassir Əli Muradova verirdik. Pulların nəyə xərcləndiyini bilmirdim. Mən pulları gətirib, ayda maaşımı alırdım”.

“Azerbaijan Consalting Group”un rəhbəri Erxan Cavad da Beynəlxalq Bank işinə görə məsuliyyətə cəlb olunub. O, “Buta Kitchen” MMC-nin direktoru təyin olunub. “Cargill” şirkəti ilə “Buta Kitchen” MMC arasında 163 milyon manatlıq müqavilə imzalanıb: “Cargill” məhsulu bizə satırdı, sonra yenidən bizdən alıb, başqa şirkətə satırdı. “Cargill” böyük şirkətdir, məhsul gəmi ilə gələn zaman yolda başqasına da satılır. Azərbaycana qarğıdalı gətiriləcəkdi. Bir müddətdən sonra qarğıdalı satıldı. Faiz çıxılandan sonra “Cargill” “Buta Kitchen”in xarici hesabına 130 milyon manat pul köçürdü. 30 milyon bəri başdan Azərbaycana göndərildi, qalan 100 milyon isə şirkətin səhmdarı Nəsib Piriyevin başqa şirkətinə borc kimi köçürüldü. Amma həmin pulun taleyi barədə məlumatım olmadı, çünük mən 2015-ci ildə həbs edildim”.

C.Hacıyev deyib ki, “Cargill” şirkətinin “Buta Kitchen”in hesabına köçürdüyü pullardan 30 milyon manat Beynəlxalq Bankın depozit hesabındadır.

E.Cavad 2015-ci ildə həbs olunub, təxminən bir il sonra azadlığa buraxılıb ki, banka dəymiş ziyanın ödənilməsi istiqamətində iş görsün

Məhkəmə prosesi fevralın 18-də davam edəcək.

Aytən
Avropa çempionatı: Azərbaycan qızıl medal qazandı
Ramil Usubov polis rəisini işdən çıxartdı
Təyyarəyə gecikən nazir istefa verməli oldu
Xəstə olsalar da, səlahiyyət müddətləri bitsə də, oturublar yerlərində - deputat
Mayın 27-ə hava proqnozu
Xəbər lenti
27/05/2019 [01:31]:
Avropa çempionatı: Azərbaycan qızıl medal qazandı
27/05/2019 [01:01]:
Ramil Usubov polis rəisini işdən çıxartdı
27/05/2019 [00:47]:
Təyyarəyə gecikən nazir istefa verməli oldu
26/05/2019 [23:34]:
Xəstə olsalar da, səlahiyyət müddətləri bitsə də, oturublar yerlərində - deputat
26/05/2019 [22:13]:
Fuad Abbasovla bağlı deportasiya qərarından şikayəti verilib
26/05/2019 [20:41]:
Vaqif Səmədoğluya həsr edilən sərgi və konsert keçirilib
26/05/2019 [18:59]:
Mayın 27-ə hava proqnozu
26/05/2019 [17:16]:
Azərbaycanın faciəsi ondadır ki, bizdə böyük şəxsiyyətlər çox olub - nazir
26/05/2019 [15:42]:
Goranboya dolu düşüb
26/05/2019 [15:06]:
Deputatın bacısı oğlu vəzifədən azad edildi
26/05/2019 [14:32]:
“Qalatasaray” Fatih Terimlə yeni müqaviləni imzalayıb
26/05/2019 [13:17]:
Sevilyada son 700 ildə ilk dəfə məscid tikiləcək
26/05/2019 [11:44]:
PKK-nın Qara dəniz üzrə düşərgəsi ələ keçirildi
26/05/2019 [10:26]:
Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib
26/05/2019 [01:33]:
Dənizkənarı Bulvarda Azarkeş Festivalı başladı
26/05/2019 [00:37]:
Gürcüstan XİN: David Qareci yaxınlığında mühəndislik işləri Azərbaycanın sərhədləri daxilində aparılır
26/05/2019 [00:06]:
Güclü külək Quba və Qusarda ciddi fəsadlar törətdi
25/05/2019 [23:08]:
Bayıl sürüşmə zonasında yaşayanlar köçürülür – baş nazir sərəncam imzaladı
25/05/2019 [21:19]:
Ermənistan Boks Federasiyası: Azərbaycan və UEFA-nı tənqid etmək ağlasığmazdır
25/05/2019 [19:56]:
AMEA magistraturasına qəbul zamanı müsahibə mərhələsi ləğv olunub
25/05/2019 [18:32]:
Azərbaycan üzüm şərablarının ixracını azaldıb
25/05/2019 [17:07]:
Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazanıb
25/05/2019 [15:51]:
Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər
25/05/2019 [14:32]:
"Bu məğlubiyyət mənim üçün ağır zərbə idi" - Messi
25/05/2019 [14:07]:
21 nəfərə fəxri ad verildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı - yenilənib
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Deputatın bacısı oğlu vəzifədən azad edildi
"ATA Bank" 1-ci qrup əlilin əmlakını satıb- pulunu mənimsəyib...
Qəfildən gördük ki, prezident içəri daxil oldu – İlham Əliyevlə söhbət edən satıcı
46 milyon da belə havaya sovruldu - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin