İkinci qrup əlil: “Özümü prokurorluğun qarşısında yandıracağam...”

15/02/2019 [12:36] - Gündəm (166)



Sumqayıt sakini Fazil Əsədov bir ay öncə özünü bıçaqlayaraq, intihara cəhd edib. Amma yaxınları onu vaxtında xəstəxanaya çatdırıblar, həkimlər cərrahiyyə əməliyyatıyla onun həyatını xilas ediblər. Amma F.Əsədov yenidən intihara cəhd edəcəyi barədə xəbərdarlıq edir. O, "İstiqlal.az"a açıqlamasında bildirib ki, bu dəfə Respublika Baş Prokurorluğunun qarşısında özünü yandıracaq. Səbəb isə hüquq-mühafizə orqanlarının onun şikayətinə obyektiv baxmamasıdır.
F.Əsədov danışır ki, ötən il dekabrın 5-də Bakı-Sumqayıt yolunun kənarında, Saray qəsəbəsinin yerləşən “Pəhləvanlar” adlı kafe-restoranda 3 min 400 manat pulunu oğurlayıblar. İddia edir ki, Abşeron Rayon Polis İdarəsi qarşı tərəflə sövdələşməyə gedib, bu işi obyektiv araşdırmır, cinayətkarlar cəzalandırılmır.
F.Əsədovun dediyinə görə, o kafe həm də əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir: “Həmin gün mənim yeməyimə nə qatıblarsa, xəbərim olmayıb. Ora gedəndə cibimdə 3 min 820 manat pul olub. O puldan 420 manata qədərini özüm orada xərcləmişəm. 3 min 400 manat gödəkçəmin cibində qalmışdı. Gödəkçəmi də asmışdım. Səhər cibimə baxanda gördüm ki, o puldan bir qəpik də qalmayıb”.
Dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdiyi və Abşeron Rayon Polis İdarəsinin Hüseyn adlı əməkdaşının bu məsələ ilə məşğul olduğunu deyən şikayətçinin sözlərinə görə, bir müddət sonra həmin polis əməkdaşı ona bir təklif verib: “Həmin Hüseyn adlı şəxs dedi ki, sən şikayətini geri götür, onlarla danışmışıq, həll eləyəcəklər məsələni, pulunu da qaytaracaqlar. Onların sözünə inanıb, yenə “102”yə zəng elədim, məndən barışıq izahatı da aldılar. Gözlədim, amma həll olunmadı. Yanvarda Hüseynə zəng elədim, cavab vermədi. Yanvarın 5-də yenə həmin kafeyə gəldim ki, müdirlə görüşüm. Mühafizəçi buraxmadı, dedilər ki, belə göstəriş verilib, məni buraxmasınlar”.
F.Əsədovun sözlərinə görə, polisdə ilk vaxtlarda işi araşdıranda kamera görüntülərinə baxıblar, kafenin əməkdaşlarını dindiriblər. Təsdiqlənib ki, onun cibində o qədər pul olub, 420 manata qədər orada xərcləyib, qalanı qalıb.
Tank əleyhinə minaya düşdüyünü və ikinci qrup əlil olduğunu deyən F.Əsədov onsuz da əsəbi olduğunu, bu hadisədən sonra bütün sinir sisteminin pozulduğunu bildirir. Deyir ki, polis əməkdaşlarının bu cür davranışına əsəbləri dözməyib, yanvarın 5-də özünü bıçaqlayıb: “İntihara cəhdlə əlaqədar Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanmışdı. Prokurorluqda da izah elədim ki, niyə bu addımı atmışam. Onlar dedilər ki, oğurluq məsələsinin bizə aidiyyəti yoxdur, o işlə Abşeron polisi məşğul olur. Biz intihara cəhdi araşdırırıq. İndi prokurorluğa gedirəm, heç içəri buraxmırlar ki, sözümü deyim. Baş prokuror Zakir Qaralovla görüşmək istəyirəm. Əgər imkan verməsələr, özümü Baş Prokurorluğun qarşısında yandıracağam. Onsuz da canımdan bezmişəm...”

Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
Ermənistan hərbçilərin maaşını artırmaqdan imtina etdi
Kasprşik Paşinyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Xəzər universiteti ittihamlara cavab verdi
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
Xəbər lenti
25/03/2019 [00:36]:
Azərbaycan millisinin yeni baş məşqçisi jurnalistlərdən futbolçu istədi
24/03/2019 [22:33]:
SOCAR BP ilə Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilər
24/03/2019 [20:44]:
Azərbaycanın Xəzərdə balıq ovu kvotası 33 faiz azaldılıb
24/03/2019 [18:19]:
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
24/03/2019 [16:32]:
"Azərbaycan millisinin müqavimətini qırmaq çox çətin oldu"
24/03/2019 [14:41]:
Türkiyədə əmlaka sahib olan azərbaycanlıların sayı artıb – Rəqəmlər
24/03/2019 [12:38]:
Londonda yüz minlərlə insan Brexit-ə qarşı marşa çıxdı
24/03/2019 [10:26]:
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
23/03/2019 [23:14]:
Gəncə-Bakı reysində dəyişiklik edilib
23/03/2019 [21:26]:
Qazaxıstanda paytaxtın adı yenidən dəyişdirilib
23/03/2019 [19:38]:
Azərbaycan nefti 67 dollara qədər ucuzlaşıb
23/03/2019 [17:43]:
Polşa-Latviya oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
23/03/2019 [16:14]:
Səfir: “Pakistan hər zaman Azərbaycanın yanındadır”
23/03/2019 [15:59]:
Ermənistan hərbçilərin maaşını artırmaqdan imtina etdi
23/03/2019 [14:33]:
Azərbaycanda böyrək köçürülmüş 900-dən çox insan var
23/03/2019 [12:21]:
Kasprşik Paşinyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
23/03/2019 [11:50]:
Xəzər universiteti ittihamlara cavab verdi
23/03/2019 [10:18]:
Ağ Ev: Suriya İŞİD-dən azad edilib
22/03/2019 [23:39]:
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
22/03/2019 [22:31]:
Zakir Həsənov Pakistanın müdafiə naziri ilə görüşüb
22/03/2019 [21:43]:
“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırıldılar - təfsilat
22/03/2019 [20:47]:
Rəsmi Bakıdan Paşinyanın bəyanatına sərt reaksiya
22/03/2019 [19:44]:
Dünyanın ən bahalı şəhərləri - siyahı
22/03/2019 [17:36]:
Bakıda bu yollar bağlanır - siyahı
22/03/2019 [15:41]:
Xəzərdə zəlzələ olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər universiteti ittihamlara cavab verdi
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
İlham Əliyev böyük siyasi dəyişikliklərin anonsunu verdi - sənədlər paketi hazırlanır
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Azərbaycan səfiri 10 banka kürü oğurladı - təfsilat
Hindlilərin rəngarəng Holi bayramı
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu
Dünyanın ən xoşbəxt ölkəsinin adı açıqlanıb
“Aparıcının efirdə böyük-böyük danışması yolverilməzdir” – MTRŞ
Bu gün İlaxır çərşənbədir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin