1000-2000 manat gəliri olan sahibkarın pulundan 15-20 manat yoxsulun maaşına əlavə etmək ədalətlidir - təhlil

15/02/2019 [02:01] - İqtisadiyyat (200)



Minimum əmək haqqının 180 manata çatması dövlət sektorunda işləyən 450 min, özəl bölmədə çalışan 150 min nəfərin gəlirlərini artıracaq. 842 min fərdi sahibkarın və 1 milyon 750 min nəfər torpaq mülkiyyətçisinin isə sosial sığorta ayırmalarını artıracaq. İddialara görə, minimum əmək haqqının artımından ən yaxşı yalda 600 min nəfər udur, 2 milyon 592 min nəfər isə uduzur.

Əslində bu cür yanaşma düzgün deyil.

Birincisi, minimum əmək haqqının artması nəticəsində sosial sığorta ödənişlərin artımı həmin şəxslərin pensiya kapitalına yönəldilir ki, bu da gələcəkdə təyin olunan pensiya məbləğlərinin daha yüksək rəqəmlə ifadə olunması və daha erkən minimum pensiya təminatının formalaşmasına imkan yaradır. Yəni cari baxımdan uduzsa da, prespektivdə daha təminatlı və yüksək gəlir əldə edir. Əvvəlki qanunvericiliklə pensiya kapitalına yönəldilən illik məbləğ 702 manat təşkil edirdi ki, bu halda minimum pensiya təminatını əldə etmək üçün 25 il işləmək lazım gəlirdi. Artımdan sonra isə pensiya kapitalına yönəldilən illik məbləğ 972 manat təşkil edir ki, bu halda minimum pensiya təminatı hüququ 18 ilə, yəni, 7 il tez yaranır.

İkincisi, Vergi Məcəlləsində edilmiş dəyişiklikdə bütün ölkə üzrə sadələşdirilmiş verginin dərəcəsi 2 faiz müəyyən edilməsi, kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vəsaitlər üzrə sürətli amortizasiya normalarının (ikiqat) tətbiqi, gəlirin və xərcin uçotunu qanunla müəyyən olunmuş qaydada aparan kiçik sahibkarlıq subyektinin təsisçisinin dividend gəlirlərinin vergidən azad olması, mikro sahibkarlıq subyektlərinin 5 % dərəcə ilə (mənfəətin 75 faizi) mənfəət və ya gəlir vergisinə cəlb olunması nəzərdə tutulmuşdur. Kənd təsərrüfatına yaralı torpaq mülkiyyətçiləri olan şəxslər üzrə isə artımdan sonra belə onlar tərəfindən sığorta haqlarının məbləği çüzi təşkil edir. Belə ki, pensiya kapitalına yönəldilən illik məbləğ 117 manat təşkil edir ki, bu da minimum pensiya təminatının formalaşdırılmasına imkan vermir və dövlət həmin şəxslərin minimum pensiya təminatına çatdırılmasını öz vəsaiti hesabına təmin edir. Bununla yanaşı qeyd edilməlidir ki, Vergi Məcəlləsində edilmiş dəyişiklikdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin daha 5 il müddətinə uzadılmışdır.

Üçüncüsü, vergi gəlirlərin yenidən bölüşdürülməsində ən effektiv vasitələrdən biridir. Hətta, böyük bir qrupun ziyanına olsa belə, aztəminatlı təbəqənin gəlirlərinin artımı təmin edilməlidir. Sadə dildə desək, gəliri 1000-2000 manat olan fərdi sahibkarın gəlirindən 15-20 manat yoxsul təbəqənin gəlirinə əlavə etmək daha ədalətlidir, nəinki yoxsulların gəlirini sabit saxlamaqla çoxluğun maraqlarını güdmək. O məntiqlə minimum əmək haqqı anlayışını ləğv edib, yoxsulları Allahın ümidinə buraxmaq lazımdır. Bir daha təkrar edirəm ki, fərdi sahibkarlar bu məsələdə cari ziyana düşür, prespektivdə isə böyük hesabla qazanır.

Qadir İBRAHİMLİ
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
Ermənistan hərbçilərin maaşını artırmaqdan imtina etdi
Kasprşik Paşinyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Xəzər universiteti ittihamlara cavab verdi
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
Xəbər lenti
25/03/2019 [00:36]:
Azərbaycan millisinin yeni baş məşqçisi jurnalistlərdən futbolçu istədi
24/03/2019 [22:33]:
SOCAR BP ilə Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilər
24/03/2019 [20:44]:
Azərbaycanın Xəzərdə balıq ovu kvotası 33 faiz azaldılıb
24/03/2019 [18:19]:
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
24/03/2019 [16:32]:
"Azərbaycan millisinin müqavimətini qırmaq çox çətin oldu"
24/03/2019 [14:41]:
Türkiyədə əmlaka sahib olan azərbaycanlıların sayı artıb – Rəqəmlər
24/03/2019 [12:38]:
Londonda yüz minlərlə insan Brexit-ə qarşı marşa çıxdı
24/03/2019 [10:26]:
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
23/03/2019 [23:14]:
Gəncə-Bakı reysində dəyişiklik edilib
23/03/2019 [21:26]:
Qazaxıstanda paytaxtın adı yenidən dəyişdirilib
23/03/2019 [19:38]:
Azərbaycan nefti 67 dollara qədər ucuzlaşıb
23/03/2019 [17:43]:
Polşa-Latviya oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
23/03/2019 [16:14]:
Səfir: “Pakistan hər zaman Azərbaycanın yanındadır”
23/03/2019 [15:59]:
Ermənistan hərbçilərin maaşını artırmaqdan imtina etdi
23/03/2019 [14:33]:
Azərbaycanda böyrək köçürülmüş 900-dən çox insan var
23/03/2019 [12:21]:
Kasprşik Paşinyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
23/03/2019 [11:50]:
Xəzər universiteti ittihamlara cavab verdi
23/03/2019 [10:18]:
Ağ Ev: Suriya İŞİD-dən azad edilib
22/03/2019 [23:39]:
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
22/03/2019 [22:31]:
Zakir Həsənov Pakistanın müdafiə naziri ilə görüşüb
22/03/2019 [21:43]:
“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırıldılar - təfsilat
22/03/2019 [20:47]:
Rəsmi Bakıdan Paşinyanın bəyanatına sərt reaksiya
22/03/2019 [19:44]:
Dünyanın ən bahalı şəhərləri - siyahı
22/03/2019 [17:36]:
Bakıda bu yollar bağlanır - siyahı
22/03/2019 [15:41]:
Xəzərdə zəlzələ olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər universiteti ittihamlara cavab verdi
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
İlham Əliyev böyük siyasi dəyişikliklərin anonsunu verdi - sənədlər paketi hazırlanır
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Azərbaycan səfiri 10 banka kürü oğurladı - təfsilat
Hindlilərin rəngarəng Holi bayramı
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu
Dünyanın ən xoşbəxt ölkəsinin adı açıqlanıb
“Aparıcının efirdə böyük-böyük danışması yolverilməzdir” – MTRŞ
Bu gün İlaxır çərşənbədir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin